18.1. Şəxsin verilməsi ilə bağlı bütün əlaqələr Azərbaycan Respublikasının səlahiyyətli orqanının vasitəsi ilə həyata keçirilir.
18.2. Şəxsin verilməsi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan dilinə yaxud Azərbaycan Respublikasının səlahiyyətli orqanının razılığı əsasında Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərindən birinə tərcümə edilir.