Qanunvericilik › “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.03.2021) › Tam mətn

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.03.2021)

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.03.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamının 6.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Qədim Şəmkir Şəhəri” Dövlət TarixMədəniyyət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Orta Əsr Ağsu Şəhəri” Dövlət TarixMədəniyyət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (3 nömrəli əlavə).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 mart 2021-ci il

1.1. “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu (bundan sonra – Qoruq) “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamı ilə yaradılmışdır və ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.

1.2. Qoruq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

1.3. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası mədəniyyət nazirinin əmrlərini, həmin Nazirliyin kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (bundan sonra – Dövlət Xidməti) əmrlərini və bu Əsasnaməni rəhbər tutur.

1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi vardır.

1.5. Qoruq fəaliyyətinə dair illik hesabatı Dövlət Xidmətinə təqdim edir.

1.6. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən meşə fonduna aid ərazilərdə meşə mühafizəsi və bərpası tədbirləri istisna olmaqla, təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.

1.7. Qoruğun ərazisində yerləşən abidələr və təbii landşaft Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur. Qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

2.1. Qoruğun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Qoruğun ərazisində dövlət nəzarətini həyata keçirir;

2.1.2. Qoruğun sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;

2.1.3. Qoruğun ərazisində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir və qorunub saxlanılmasını təmin edir;

2.1.4. Qoruğun ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunu qoruyur, tarix-memarlıq abidələrinin bərpasını, toxunulmazlığını və onlardan istifadə olunmasını təmin edir;

2.1.5. Qoruğun ərazisində və mühafizə zonasında yerləşən tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinə nəzarət edir;

2.1.6. Qoruğun ərazisində yerləşən mədəni, təbii və tarixi irsdən səmərəli istifadəni təşkil edir;

2.1.7. Qoruğun sahəsinə aid dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir;

2.1.8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planları hazırlayır, Dövlət Xidməti ilə razılaşdırır və həyata keçirir;

3.1.2. Qoruğun sərhədləri daxilində abidələrin və tikililərin bərpasına və təmirinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq işlər görür;

3.1.3. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin və tikililərin inventarlaşdırılmasını aparır, səlahiyyətləri daxilində texniki pasportlaşmanı həyata keçirir, ərazidə abidələr aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların siyahıya və dövlət qeydiyyatına alınması üçün təkliflər verir;

3.1.4. Qoruğun sərhədləri daxilində abidələr üçün hər hansı təhlükə yarada biləcək təmir işlərinin aparılmasına qadağa qoyur, bununla əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirir və tətbiq edir;

3.1.4-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;

3.1.5. Qoruğun ərazisində turizmi inkişaf etdirir, turist marşrutlarını müəyyən edir və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir;

3.1.6. biblioqrafik tədqiqatların, tarixi araşdırmaların həyata keçirilməsini, habelə təbiəti mühafizə tədbirlərini təşkil edir, abidələrin aşkar edilməsi, öyrənilməsi və təbiətin qorunması üçün mütəxəssislər cəlb edir;

3.1.7. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin təşkili, sənədli və qısametrajlı filmlərin, reklam roliklərinin hazırlanması, elmi-kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;

3.1.8. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq, arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Arxeoloji qazıntı zamanı Qoruğun ərazisində aşkar olunan tarix və mədəniyyət abidələrinin Qoruğun fonduna təhvil verilməsini təşkil və təmin edir;

3.1.9. Qoruğun ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün müvafiq tədbirlər görür;

3.1.10. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını, müəyyən olunmuş xüsusi rejimin saxlanılmasını təmin edir, qorunan obyektlərin daim mühafizəsini təşkil edir, tarix və mədəniyyət abidələrinin funksional təyinatının, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün müvafiq tədbirlər görür;

3.1.11. Qoruğun ərazisi ilə bağlı qanunvericiliyin tələblərini pozmuş şəxslər barədə müvafiq dövlət orqanlarına məlumat verir;

3.1.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

4.1. Qoruq öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlayır;

4.1.2. Qoruğun ərazisində qanunvericiliyə zidd olaraq görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı olmadan minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə qadağa qoyur;

4.1.3. Qoruğun ərazisində və ya mühafizə zonasında yerləşən dövlət (bələdiyyə) mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin Dövlət Xidmətinin razılığı olmadan istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işləri dayandırır;

4.1.4. Qoruğun ərazisində və ya mühafizə zonasında yerləşən abidələr üçün hər hansı təhlükə yaratmayan təmir-tikinti və inşaat işlərinin görülməsi Dövlət Xidmətinin razılığı ilə həyata keçirilir;

4.1.5. Qoruğun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsini, elmi tədqiqat, təlim-tərbiyə, turizm və rekreasiya məqsədlərini həyata keçirir;

4.1.6. Qoruğun ərazisində abidələrin mühafizəsi və istifadəsi zamanı baş vermiş qanunazidd halların aradan qaldırılması üçün müvafiq tədbirlər görür;

4.1.7. sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər verir;

4.1.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;

4.1.9. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə qanunvericiliyə zidd olmayan gəlir əldə edir;

4.1.10. qanunvericiliklə müəyyən edilmiş qaydada Qoruğa aid buklet, açıqca və digər nəşrlər buraxır, internet saytı yaradır, Qoruğu sosial şəbəkələrdə təbliğ edir;

4.1.11. Qoruğun ərazisində kütləvi tədbirlərin, konfrans və seminarların keçirilməsini təşkil edir;

4.1.12. Qoruğun maraqlarını məhkəmədə təmsil edir.

4.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə Dövlət Xidməti tərəfindən təsdiq edilir.

5.1. Qoruğun maliyyələşdirilmə mənbələri aşağıdakılardır:

5.1.1. dövlət büdcəsindən ayrılan vəsait;

5.1.2. əhaliyə göstərilən mədəni və turizm xidmətlərindən, habelə qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən gəlirlər;

5.1.3. dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə edilən gəlirlər;

5.1.4. hüquqi və fiziki şəxslərin xeyriyyə vəsaitləri və ianələr.

6.1. Qoruğun fəaliyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan direktor rəhbərlik edir.

6.2. Qoruğun direktoru Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

6.3. Qoruğun baş fond mühafizi, direktorunun müavinləri və baş mühasibi Qoruğun direktorunun təqdimatı ilə Dövlət Xidməti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Qoruğun inzibati işçiləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, texniki işçiləri isə birbaşa Qoruğun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunurlar.

6.4. Qoruğun direktoru:

6.4.1. Qoruğun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

6.4.2. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;

6.4.3. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları mükafatlandırır, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;

6.4.4. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;

6.4.5. Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruğun ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;

6.4.6. müəyyən olunmuş qaydada ştat cədvəlinin dəyişdirilməsi haqqında təkliflər verir.

6.5. Qoruğun baş fond mühafizinin vəzifələri aşağıdakılardır:

6.5.1. inventar kitabına əsasən ona tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdir;

6.5.2. Qoruğun fondlarının mühafizəsini və tam uçotunu təmin edir, eksponatların elmi təsvirinin verilməsi (pasportlaşdırılması), həmçinin bərpaya ehtiyacı olan eksponatların aşkar edilməsi və bərpası işini təşkil edir. Qoruğun fondunun mühafizəsi, uçotu və ərazidə bərpa işlərinin təkmilləşdirilməsi üzrə tədbirlər hazırlayır. Fond xəzinəsi işlərinin asanlaşdırılması məqsədilə tədbirlər görür. Kolleksiya kataloqlarını, fond materiallarının icmalını, metodik tövsiyələri nəşrə hazırlayır;

6.5.3. elmi tədqiqat işi aparır, müşavirə, konfrans və seminarlarda mühazirə və məruzələrlə çıxış edir, məsləhətlər verir, müəyyən olunmuş forma üzrə uçot və hesabat işlərini təşkil edir;

6.5.4. Qoruğun abidələrinin toxunulmazlığının təmin edilməsi üçün ərazisində müxtəlif təsvirlərin və yazıların yerləşdirilməsinə, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazidə od qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol vermir, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirir, ərazidə olan dəyişiklik, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə halları barədə rəhbərliyə və müvafiq orqanlara məlumat verir, Qoruğun mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, abidələrin icazəsiz tədqiqinə, onlara məxsus bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə vermir.

6.6. Qoruğun əməkdaşları Azərbaycan Respublikasının ərazisində tarix və mədəniyyət abidələrinin mühafizəsinə və istifadəsinə dair keçirilən seminar və yığıncaqlarda iştirak edə, mədəniyyət işçilərinin təkmilləşdirilməsi kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.

6.7. Qoruğun strukturu və işçilərinin say həddi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir.

7.1. Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla, ləğv edilə və ya yenidən təşkil oluna bilər.

1.1. “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu (bundan sonra – Qoruq) “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamı ilə yaradılmışdır və ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.

1.2. Qoruq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

1.3. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası mədəniyyət nazirinin əmrlərini, həmin Nazirliyin kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (bundan sonra – Dövlət Xidməti) əmrlərini və bu Əsasnaməni rəhbər tutur.

1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi vardır.

1.5. Qoruq fəaliyyətinə dair illik hesabatı Dövlət Xidmətinə təqdim edir.

1.6. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.

1.7. Qoruğun ərazisində yerləşən abidələr və təbii landşaft Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur. Qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

2.1. Qoruğun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Qoruğun ərazisində dövlət nəzarətini həyata keçirir;

2.1.2. Qoruğun sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;

2.1.3. Qoruğun ərazisində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir və qorunub saxlanılmasını təmin edir;

2.1.4. Qoruğun ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunu qoruyur, tarix-memarlıq abidələrinin bərpasını, toxunulmazlığını və onlardan istifadə olunmasını təmin edir;

2.1.5. Qoruğun ərazisində və mühafizə zonasında yerləşən tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinə nəzarət edir;

2.1.6. Qoruğun ərazisində yerləşən mədəni, təbii və tarixi irsdən səmərəli istifadəni təşkil edir;

2.1.7. Qoruğun sahəsinə aid dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir;

2.1.8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planları hazırlayır, Dövlət Xidməti ilə razılaşdırır və həyata keçirir;

3.1.2. Qoruğun sərhədləri daxilində abidələrin və tikililərin bərpasına və təmirinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq işlər görür;

3.1.3. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin və tikililərin inventarlaşdırılmasını aparır, səlahiyyətləri daxilində texniki pasportlaşmanı həyata keçirir, ərazidə abidələr aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların siyahıya və dövlət qeydiyyatına alınması üçün təkliflər verir;

3.1.4. Qoruğun sərhədləri daxilində abidələr üçün hər hansı təhlükə yarada biləcək təmir işlərinin aparılmasına qadağa qoyur, bununla əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirir və tətbiq edir;

3.1.4-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;

3.1.5. Qoruğun ərazisində turizmi inkişaf etdirir, turist marşrutlarını müəyyən edir və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir;

3.1.6. biblioqrafik tədqiqatların, tarixi araşdırmaların həyata keçirilməsini, habelə təbiəti mühafizə tədbirlərini təşkil edir, abidələrin aşkar edilməsi, öyrənilməsi və təbiətin qorunması üçün mütəxəssislər cəlb edir;

3.1.7. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin təşkili, sənədli və qısametrajlı filmlərin, reklam roliklərinin hazırlanması, elmi-kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;

3.1.8. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq, arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Arxeoloji qazıntı zamanı Qoruğun ərazisində aşkar olunan tarix və mədəniyyət abidələrinin Qoruğun fonduna təhvil verilməsini təşkil və təmin edir;

3.1.9. Qoruğun ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün müvafiq tədbirlər görür;

3.1.10. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını, müəyyən olunmuş xüsusi rejimin saxlanılmasını təmin edir, qorunan obyektlərin daim mühafizəsini təşkil edir, tarix və mədəniyyət abidələrinin funksional təyinatının, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün müvafiq tədbirlər görür;

3.1.11. Qoruğun ərazisi ilə bağlı qanunvericiliyin tələblərini pozmuş şəxslər barədə müvafiq dövlət orqanlarına məlumat verir;

3.1.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

4.1. Qoruq öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlayır;

4.1.2. Qoruğun ərazisində qanunvericiliyə zidd olaraq görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı olmadan minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə qadağa qoyur;

4.1.3. Qoruğun ərazisində və ya mühafizə zonasında yerləşən dövlət (bələdiyyə) mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin Dövlət Xidmətinin razılığı olmadan istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işləri dayandırır;

4.1.4. Qoruğun ərazisində və ya mühafizə zonasında yerləşən abidələr üçün hər hansı təhlükə yaratmayan təmir-tikinti və inşaat işlərinin görülməsi Dövlət Xidmətinin razılığı ilə həyata keçirilir;

4.1.5. Qoruğun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsini, elmi tədqiqat, təlim-tərbiyə, turizm və rekreasiya məqsədlərini həyata keçirir;

4.1.6. Qoruğun ərazisində abidələrin mühafizəsi və istifadəsi zamanı baş vermiş qanunazidd halların aradan qaldırılması üçün müvafiq tədbirlər görür;

4.1.7. sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər verir;

4.1.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;

4.1.9. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə edir;

4.1.10. qanunvericiliklə müəyyən edilmiş qaydada Qoruğa aid buklet, açıqca və digər nəşrlər buraxır, internet saytı yaradır, Qoruğu sosial şəbəkələrdə təbliğ edir;

4.1.11. Qoruğun ərazisində kütləvi tədbirlərin, konfrans və seminarların keçirilməsini təşkil edir;

4.1.12. Qoruğun maraqlarını məhkəmədə təmsil edir.

4.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə Dövlət Xidməti tərəfindən təsdiq edilir.

5.1. Qoruğun maliyyələşdirilmə mənbələri aşağıdakılardır:

5.1.1. dövlət büdcəsindən ayrılan vəsait;

5.1.2. əhaliyə göstərilən mədəni və turizm xidmətlərindən, habelə qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən gəlirlər;

5.1.3. dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə edilən gəlirlər;

5.1.4. hüquqi və fiziki şəxslərin xeyriyyə vəsaitləri və ianələr.

6.1. Qoruğun fəaliyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan direktor rəhbərlik edir.

6.2. Qoruğun direktoru Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

6.3. Qoruğun baş fond mühafizi, direktorunun müavinləri və baş mühasibi Qoruğun direktorunun təqdimatı ilə Dövlət Xidməti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Qoruğun inzibati işçiləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, texniki işçiləri isə birbaşa Qoruğun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunurlar.

6.4. Qoruğun direktoru:

6.4.1. Qoruğun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

6.4.2. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;

6.4.3. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları mükafatlandırır, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;

6.4.4. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;

6.4.5. Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruğun ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;

6.4.6. müəyyən olunmuş qaydada ştat cədvəlinin dəyişdirilməsi haqqında təkliflər verir.

6.5. Qoruğun baş fond mühafizinin vəzifələri aşağıdakılardır:

6.5.1. inventar kitabına əsasən ona tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdir;

6.5.2. Qoruğun fondlarının mühafizəsini və tam uçotunu təmin edir, eksponatların elmi təsvirinin verilməsi (pasportlaşdırılması), həmçinin bərpaya ehtiyacı olan eksponatların aşkar edilməsi və bərpası işini təşkil edir. Qoruğun fondunun mühafizəsi, uçotu və ərazidə bərpa işlərinin təkmilləşdirilməsi üzrə tədbirlər hazırlayır. Fond xəzinəsi işlərinin asanlaşdırılması məqsədilə tədbirlər görür. Kolleksiya kataloqlarını, fond materiallarının icmalını, metodik tövsiyələri nəşrə hazırlayır;

6.5.3. elmi tədqiqat işi aparır, müşavirə, konfrans və seminarlarda mühazirə və məruzələrlə çıxış edir, məsləhətlər verir, müəyyən olunmuş forma üzrə uçot və hesabat işlərini təşkil edir;

6.5.4. Qoruğun abidələrinin toxunulmazlığının təmin edilməsi üçün ərazisində müxtəlif təsvirlərin və yazıların yerləşdirilməsinə, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazidə od qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol vermir, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirir, ərazidə olan dəyişiklik, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə halları barədə rəhbərliyə və müvafiq orqanlara məlumat verir, Qoruğun mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, abidələrin icazəsiz tədqiqinə, onlara məxsus bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə vermir.

6.6. Qoruğun əməkdaşları Azərbaycan Respublikasının ərazisində tarix və mədəniyyət abidələrinin mühafizəsinə və istifadəsinə dair keçirilən seminar və yığıncaqlarda iştirak edə, mədəniyyət işçilərinin təkmilləşdirilməsi kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.

6.7. Qoruğun strukturu və işçilərinin say həddi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir.

7.1. Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla, ləğv edilə və ya yenidən təşkil oluna bilər.

1.1. “Orta əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu (bundan sonra – Qoruq) “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamı ilə yaradılmışdır və ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.

1.2. Qoruq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

1.3. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası mədəniyyət nazirinin əmrlərini, həmin Nazirliyin kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (bundan sonra – Dövlət Xidməti) əmrlərini və bu Əsasnaməni rəhbər tutur.

1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi vardır.

1.5. Qoruq fəaliyyətinə dair illik hesabatı Dövlət Xidmətinə təqdim edir.

1.6. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən meşə fonduna aid ərazilərdə meşə mühafizəsi və bərpası tədbirləri istisna olmaqla, təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.

1.7. Qoruğun ərazisində yerləşən abidələr və təbii landşaft Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur. Qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

2.1. Qoruğun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Qoruğun ərazisində dövlət nəzarətini həyata keçirir;

2.1.2. Qoruğun sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;

2.1.3. Qoruğun ərazisində yerləşən abidələri elmi, tarixi və mədəni cəhətdən öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir və qorunub saxlanılmasını təmin edir;

2.1.4. Qoruğun ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunu qoruyur, tarix-memarlıq abidələrinin bərpasını, toxunulmazlığını və onlardan istifadə olunmasını təmin edir;

2.1.5. Qoruğun ərazisində və mühafizə zonasında yerləşən tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinə nəzarət edir;

2.1.6. Qoruğun ərazisində yerləşən mədəni, təbii və tarixi irsdən səmərəli istifadəni təşkil edir;

2.1.7. Qoruğun sahəsinə aid dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir;

2.1.8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planları hazırlayır, Dövlət Xidməti ilə razılaşdırır və həyata keçirir;

3.1.2. Qoruğun sərhədləri daxilində abidələrin və tikililərin bərpasına və təmirinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq işlər görür;

3.1.3. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin və tikililərin inventarlaşdırılmasını aparır, səlahiyyətləri daxilində texniki pasportlaşmanı həyata keçirir, ərazidə abidələr aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların siyahıya və dövlət qeydiyyatına alınması üçün təkliflər verir;

3.1.4. Qoruğun sərhədləri daxilində abidələr üçün hər hansı təhlükə yarada biləcək təmir işlərinin aparılmasına qadağa qoyur, bununla əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirir və tətbiq edir;

3.1.4-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;

3.1.5. Qoruğun ərazisində turizmi inkişaf etdirir, turist marşrutlarını müəyyən edir və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir;

3.1.6. biblioqrafik tədqiqatların, tarixi araşdırmaların həyata keçirilməsini, habelə təbiəti mühafizə tədbirlərini təşkil edir, abidələrin aşkar edilməsi, öyrənilməsi və təbiətin qorunması üçün mütəxəssislər cəlb edir;

3.1.7. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin təşkili, sənədli və qısametrajlı filmlərin, reklam roliklərinin hazırlanması, elmi-kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;

3.1.8. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq, arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Arxeoloji qazıntı zamanı Qoruğun ərazisində aşkar olunan tarix və mədəniyyət abidələrinin Qoruğun fonduna təhvil verilməsini təşkil və təmin edir;

3.1.9. Qoruğun ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün müvafiq tədbirlər görür;

3.1.10. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını, müəyyən olunmuş xüsusi rejimin saxlanılmasını təmin edir, qorunan obyektlərin daim mühafizəsini təşkil edir, tarix və mədəniyyət abidələrinin funksional təyinatının, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün müvafiq tədbirlər görür;

3.1.11. Qoruğun ərazisi ilə bağlı qanunvericiliyin tələblərini pozmuş şəxslər barədə müvafiq dövlət orqanlarına məlumat verir;

3.1.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

4.1. Qoruq öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlayır;

4.1.2. Qoruğun ərazisində qanunvericiliyə zidd olaraq görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı olmadan minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə qadağa qoyur;

4.1.3. Qoruğun ərazisində və ya mühafizə zonasında yerləşən dövlət (bələdiyyə) mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin Dövlət Xidmətinin razılığı olmadan istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işləri dayandırır;

4.1.4. Qoruğun ərazisində və ya mühafizə zonasında yerləşən abidələr üçün hər hansı təhlükə yaratmayan təmir-tikinti və inşaat işlərinin görülməsi Dövlət Xidmətinin razılığı ilə həyata keçirilir;

4.1.5. Qoruğun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsini, elmi tədqiqat, təlim-tərbiyə, turizm və rekreasiya məqsədlərini həyata keçirir;

4.1.6. Qoruğun ərazisində abidələrin mühafizəsi və istifadəsi zamanı baş vermiş qanunazidd halların aradan qaldırılması üçün müvafiq tədbirlər görür;

4.1.7. sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər verir;

4.1.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;

4.1.9. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə edir;

4.1.10. qanunvericiliklə müəyyən edilmiş qaydada Qoruğa aid buklet, açıqca və digər nəşrlər buraxır, internet saytı yaradır, Qoruğu sosial şəbəkələrdə təbliğ edir;

4.1.11. Qoruğun ərazisində kütləvi tədbirlərin, konfrans və seminarların keçirilməsini təşkil edir;

4.1.12. Qoruğun maraqlarını məhkəmədə təmsil edir.

4.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə Dövlət Xidməti tərəfindən təsdiq edilir.

5.1. Qoruğun maliyyələşdirilmə mənbələri aşağıdakılardır:

5.1.1. dövlət büdcəsindən ayrılan vəsait;

5.1.2. əhaliyə göstərilən mədəni və turizm xidmətlərindən, habelə qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən gəlirlər;

5.1.3. dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə edilən gəlirlər;

5.1.4. hüquqi və fiziki şəxslərin xeyriyyə vəsaitləri və ianələr.

6.1. Qoruğun fəaliyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan direktor rəhbərlik edir.

6.2. Qoruğun direktoru Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

6.3. Qoruğun baş fond mühafizi, direktorunun müavinləri və baş mühasibi Qoruğun direktorunun təqdimatı ilə Dövlət Xidməti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Qoruğun inzibati işçiləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, texniki işçiləri isə birbaşa Qoruğun direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunurlar.

6.4. Qoruğun direktoru:

6.4.1. Qoruğun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

6.4.2. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;

6.4.3. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları mükafatlandırır, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;

6.4.4. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;

6.4.5. Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruğun ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;

6.4.6. müəyyən olunmuş qaydada ştat cədvəlinin dəyişdirilməsi haqqında təkliflər verir.

6.5. Qoruğun baş fond mühafizinin vəzifələri aşağıdakılardır:

6.5.1. inventar kitabına əsasən ona tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdir;

6.5.2. Qoruğun fondlarının mühafizəsini və tam uçotunu təmin edir, eksponatların elmi təsvirinin verilməsi (pasportlaşdırılması), həmçinin bərpaya ehtiyacı olan eksponatların aşkar edilməsi və bərpası işini təşkil edir. Qoruğun fondunun mühafizəsi, uçotu və ərazidə bərpa işlərinin təkmilləşdirilməsi üzrə tədbirlər hazırlayır. Fond xəzinəsi işlərinin asanlaşdırılması məqsədilə tədbirlər görür. Kolleksiya kataloqlarını, fond materiallarının icmalını, metodik tövsiyələri nəşrə hazırlayır;

6.5.3. elmi tədqiqat işi aparır, müşavirə, konfrans və seminarlarda mühazirə və məruzələrlə çıxış edir, məsləhətlər verir, müəyyən olunmuş forma üzrə uçot və hesabat işlərini təşkil edir;

6.5.4. Qoruğun abidələrinin toxunulmazlığının təmin edilməsi üçün ərazisində müxtəlif təsvirlərin və yazıların yerləşdirilməsinə, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazidə od qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol vermir, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirir, ərazidə olan dəyişiklik, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə halları barədə rəhbərliyə və müvafiq orqanlara məlumat verir, Qoruğun mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, abidələrin icazəsiz tədqiqinə, onlara məxsus bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə vermir.

6.6. Qoruğun əməkdaşları Azərbaycan Respublikasının ərazisində tarix və mədəniyyət abidələrinin mühafizəsinə və istifadəsinə dair keçirilən seminar və yığıncaqlarda iştirak edə, mədəniyyət işçilərinin təkmilləşdirilməsi kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.

6.7. Qoruğun strukturu və işçilərinin say həddi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir.

7.1. Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla, ləğv edilə və ya yenidən təşkil oluna bilər.

1. 10 iyul 2026-cı il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 14 iyul 2026-cı il, № 122)

2. 10 sentyabr 2026-cı il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 24 sentyabr 2026-cı il, № 174)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver