Qanunvericilik › Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsində dövlətin əsas vəzifələri

Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.0. Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, işlədilməsi, qeydiyyatı, uçotu və qorunub saxlanılması sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

4.0.1. coğrafi obyektlərin adları ilə bağlı dövlət siyasətinin müəyyən edilməsi;

4.0.2. coğrafi obyektlərin adlarının Azərbaycan Respublikasının dövlət dilinin normaları nəzərə alınmaqla müəyyənləşdirilməsinin və dəqiqləşdirilməsinin təmin edilməsi;

4.0.3. coğrafi obyektlərin adlarının qeydiyyatının və uçotunun aparılmasının təşkili;

4.0.4. coğrafi obyektlərin adları lüğətlərinin və soraq kitablarının nəşrinin təşkili;

4.0.5. Coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılmasının təşkili;

4.0.6. coğrafi obyektlərin adları ilə bağlı dövlət proqramının hazırlanması və qəbulu;

4.0.7. coğrafi obyektlərin adları sahəsində görüləcək işlərin maliyyələşdirilməsi qaydasının müəyyənləşdirilməsi;

4.0.8. coğrafi obyektlərin adlarının işlənməsində bu qanunun tələblərinə riayət olunmasının təmin edilməsi;

4.0.9. coğrafi obyektlərin adlarının qeydiyyatının və uçotunun aparılması qaydasının, coğrafi obyektlərin adları lüğətlərinə və soraq kitablarına dair tələblərin, coğrafi obyektlərin adlarının dövlət kataloqunun yaradılması və aparılması qaydalarının, coğrafi obyektlərin adları sahəsində vahid norma və qaydaların müəyyənləşdirilməsi;

4.0.10. coğrafi obyektlərin adları və ekzonimlərlə bağlı vahid tələblərin və qaydaların müəyyənləşdirilməsi;

4.0.11. coğrafi obyektlərin adları sahəsində digər məsələlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver