“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.7-ci, 1.1.8-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Dağınıq skleroz xəstəliyinin müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və digər dərman preparatlarının Siyahısı” təsdiq edilsin (4 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 25 sentyabr 2012-ci il
Qanın ümumi müayinəsi
Sidiyin ümumi müayinəsi
Qanda qaraciyər sınaqlarının təyini
Qanda böyrək sınaqlarının təyini
Baş və ya onurğa beyninin MRT müayinəsi
Baş-beyin qabığının törədilmiş görmə potensiallarının qeydiyyatı
Görmə analizatorunun həssaslığının və lyabilliyinin qeydiyyatı
Antikonvulsantlar: Karbamazepin 200 mq
Trankvilizatorlar və yuxugətiricilər:
Psixostimulyatorlar və nootroplar:
Piracetam 400 mq kapsul
Antidepressantlar: Amitriptillin 25 mq
Antispastik preparatlar:
Analgetiklər: Paracetamol
Antibiotiklər: Ampicillin
Qastroprotektorlar: Omeprazol 20 mq Maaloks
Diuretiklər: Veroşpiron 50 mq
Oksibutinin Na (driptan)
Ondansetron (zofran) 4mq
1. Bu Qayda “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təmin edilməsi məsələlərini tənzimləyir.
2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin nevroloji kabinetində qeydiyyata alınırlar.
3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər inyeksiya vasitələrini və digər dərman preparatlarını qeydiyyatda olduqları müalicə-profilaktika müəssisəsi (ərazi poliklinikası) tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi formaya uyğun, 2 nüsxədən ibarət yazılmış resept əsasında pulsuz alırlar.
4. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin edilərkən, terapevtik doza 30 (otuz) günlük müalicə kursundan artıq olmamalıdır.
5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminatı müalicə-profilaktika müəssisəsinin (ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə resept əsasında həyata keçirilir.
6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları inyeksiya vasitələrinin və digər dərman preparatlarının dəyəri Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
1. Bu Qayda “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi məsələlərini tənzimləyir.
2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsinə göndərilməsinin məqsədəuyğunluğu onların müşahidədə olduqları müalicə-profilaktika müəssisəsinin müalicə həkimi və şöbə müdiri tərəfindən müəyyən edilir.
3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsinə tibbi göstərişi olduqda, onlara məsləhət görülən kurort, müalicənin növü, sanatoriyanın profili və diaqnoz qeyd olunmaqla müəyyən edilmiş formada tibbi arayış verilir.
4. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort tövsiyəsi məsələsinin həllində onların digər xəstəlikləri də nəzərə alınmalıdır.
5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə sanatoriya-kurort müalicəsini almaq üçün putyovkalar (yollayışlar) işləməyənlərə Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işləyənlərə isə məcburi dövlət sosial sığorta vəsaitləri hesabına verilir.
6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər (tibb müəssisələrinin müvafiq göndərişi ilə ölkə hüdudları daxilində) sanatoriya-kurort putyovkası (yollayışı) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na əsasən təmin olunurlar.
7. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sanatoriya-kurort putyovkasını almaq üçün ərizələrini və müalicə-profilaktika müəssisəsi tərəfindən verilmiş tibbi arayışı sanatoriya-kurort putyovkasını verən aidiyyəti idarə, müəssisə, təşkilat və ya orqanlara təqdim edirlər.
8. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sanatoriya-kurort putyovkasını aldıqdan sonra onlara müşahidədə olduqları müalicə-profilaktika müəssisəsi tərəfindən sanatoriya-kurort kartası verilir.
9. “Geri qayıtma” talonu sanatoriya-kurort müəssisəsi tərəfindən aidiyyəti quruma təhvil verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və “DOST” mərkəzlərinə təhvil verilmiş “Geri qayıtma” talonunun 3 (üç) iş günü müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sanatoriya-kurort” altsistemi vasitəsilə qeydiyyatı aparılır və onun sanatoriya-kurort putyovkasından istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin edilir. İşləyən şəxslərə münasibətdə isə “Geri qayıtma” talonunun qeydiyyatının aparılması və onun saxlanılması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 8.8-ci bəndinə uyğun təmin edilir.
Qlükokortikosteroidlər:
illik 250 mq x 56 ampul
illik 250 mq x 56 ampul
illik 4 mq-1ml x 20 ampul
illik 4 mq-1ml x 20 ampul
illik 25 mq 60 ampul 50 mq 100 həb
illik 25 mq 60 ampul 50 mq 200 həb
Sitostatiklər (β-interferonlar):
mitoksantron β-interferon 1A avoneks
1. 9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320)
2. 5 mart 2021-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 276)
3. 19 noyabr 2025-ci il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 noyabr 2025-ci il, “Xalq” qəzeti, 22 noyabr 2025-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1090)
4. 10 iyul 2026-cı il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 iyul 2026-cı il, “Xalq” qəzeti, 16 iyul 2026-cı il, № 124)