4.1. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin uçotunun aparılmasını təmin etmək, dağınıq sklerozla xəstələnmə halları, ağırlaşma, əlilliyin, o cümlədən 18 yaşadək uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən registr yaradılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin registrə çıxışı təmin edilir.
4.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin registrində xəstənin şəxsiyyəti, xəstəliyi barədə məlumat və tibbi yardım haqqında göstərişlər qeyd olunur, hər bir xəstə üçün xüsusi kart doldurulur və bu kart məlumat bankına daxil edilir.