9.1. Əmək qabiliyyətini itirən dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər qanunla müəyyən edilmiş qaydada dövlət tibb və sosial müdafiə müəssisələrində tibbi və sosial yardım alırlar.
9.2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin əlilliyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Dağınıq skleroz xəstəliyinə tutulmuş 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərin əlilliyi müddətsiz müəyyən edilir.
9.3. Əlillik müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial müavinət və (və ya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyası almaq hüququ vardır.
9.4. Dağınıq skleroz xəstəliyinə tutulmuş işçilərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət iş stajından asılı olmayaraq orta aylıq əməkhaqqının məbləği əsasında hesablanır.
9.5. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər dağınıq skleroz xəstəliyinin cəzanın çəkilməsinə maneçilik törədən ağır formalarına tutulduqda Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq cəza çəkməkdən azad oluna bilər.