5.1. Dövlət kadastrı mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün daşınmaz əmlaka münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – Sistem) vasitəsilə aparılır.
5.2. Dövlət kadastrına məlumatlar aşağıdakı hallarda daxil edilir:
5.2.1. daşınmaz əmlak üzərində hüquqların ilkin dövlət qeydiyyatının aparılması məqsədilə daşınmaz əmlakın dövlət reyestrinə hüquq sahibləri tərəfindən müraciət edildikdə;
5.2.2. dövlət kadastrını aparan orqana (quruma) bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulan məlumatların yaranması, dəyişməsi və ləğvi barədə sənəd və ya məlumat daxil olduqda;
5.2.3. dövlət və ya bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın, həmçinin hüquqi və ya fiziki şəxslərin qanuni istifadəsində olub üzərində hüquqların dövlət qeydiyyatına alınmamış daşınmaz əmlakın dövlət kadastr məlumatlarının toplanılması məqsədilə dövlət sifarişi olduqda.
5.3. Dövlət kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.