“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. Aşağıdakı normativ xarakterli aktlar təsdiq edilsin:
1.1. “Daşınmaz əmlakın icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər” (əlavə olunur).
1.2. “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər” (əlavə olunur).
1.3. “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər” (əlavə olunur).
2. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Bu Tələblər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.3-cü maddəsinə əsasən hazırlanmışdır və daşınmaz əmlakın icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin (bundan sonra - şəhadətnamə) forma və məzmunu ilə bağlı tələbləri müəyyən edir.
Şəhadətnamə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Tələblərin 1 və 2 nömrəli Əlavəsinə uyğun olaraq elektron sənəd formasında tərtib olunur.
3.1. Bu Tələblərin 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş şəhadətnamə forması yaşayış evləri və mənzillərin icbari qaydada sığortalanması zamanı tərtib olunur və həmin şəhadətnamədə Qanunun tələblərinə uyğun olaraq əks olunan standart məlumatlarla yanaşı, aşağıdakı məlumatlar qeyd olunur:
3.1.1. “Şəhadətnamə №” hissəsində İcbari Sığorta Bürosunun elektron informasiya sistemi tərəfindən avtomatik müəyyən edilən müvafiq nömrə;
3.1.2. 1-ci hissədə sığorta müqaviləsinin qüvvəyə minmə tarixi (gün, ay və il) və vaxtı (saat, dəqiqə və saniyə), 2-ci hissədə sığorta müqaviləsinin qüvvədən düşmə tarixi (gün, ay və il) və vaxtı (saat, dəqiqə və saniyə);
3.1.3. sığortaçı üzrə 3.1-ci bənddə adı, 3.2-ci bənddə VÖEN-i, 3.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 3.4-cü bənddə telefon nömrəsi, 3.5-ci bənddə rəsmi elektron poçt ünvanı;
3.1.4. 4-cü hissədə sığorta müqaviləsi sığorta vasitəçiliyi ilə bağlandığı halda həmin sığorta vasitəçisi üzrə aşağıdakı məlumatlar:
3.1.4.1. fiziki şəxs olduqda 4.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 4.2-ci bənddə VÖEN-i, 4.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 4.4-cü bənddə telefon nömrəsi, 4.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.4.2. hüquqi şəxs olduqda 4.1-ci bənddə adı, 4.2-ci bənddə VÖEN-i, 4.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 4.4-cü bənddə telefon nömrəsi, 4.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.5. 5-ci hissədə sığortalı üzrə aşağıdakı məlumatlar:
3.1.5.1. fiziki şəxs olduqda 5.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 5.2-ci bənddə fərdi identifikasiya nömrəsi, hərbi qulluqçulara münasibətdə onların şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, 5.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 5.4-cü bənddə mobil telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.5.2. hüquqi şəxs olduqda 5.1-ci bənddə adı, 5.2-ci bənddə VÖEN-i, 5.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yerin) ünvanı, 5.4-cü bənddə telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.6. 6-cı hissədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 909-cu maddəsinin tələbləri nəzərə alınmaqla faydalanan şəxs və ya şəxslər təyin edildikdə həmin şəxs və ya şəxslər üzrə aşağıdakı məlumatlar:
3.1.6.1. fiziki şəxs olduqda 6.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 6.2-ci bənddə fərdi identifikasiya nömrəsi, 6.3-cü bənddə qeydiyyatda olduğu ünvan;
3.1.6.2. hüquqi şəxs olduqda 6.1-ci bənddə adı, 6.2-ci bənddə VÖEN-i, 6.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yerin) ünvanı;
3.1.7. daşınmaz əmlak üzrə 7.1-ci bənddə daşınmaz əmlakın növü (yaşayış evi, mənzil), 7.2-ci bənddə yerləşdiyi ünvan, 7.3-cü bənddə kvadratmetrlə ifadə olunan sahəsi, 7.4-cü bənddə dövlət reyestrindən çıxarışın seriya və nömrəsi, 7.5-ci bənddə dövlət reyestr nömrəsi, 7.6-cı bənddə qeydiyyat nömrəsi, 7.7-ci bənddə istifadə hüququ verən digər sənədin növü, 7.8-ci bənddə istifadə hüququ verən digər sənədin seriya və nömrəsi;
3.1.8. 8-ci hissədə yaşayış evləri və mənzillərin icbari sığortası üzrə Qanuna müvafiq olaraq müəyyən edilən sığorta məbləği;
3.1.9. 9-cu hissədə yaşayış evləri və mənzillərin icbari sığortası üzrə Qanuna müvafiq olaraq müəyyən edilən azadolma məbləği;
3.1.10. 10-cu hissədə yaşayış evləri və mənzillərin icbari sığortası üzrə Qanuna müvafiq olaraq müəyyən edilən sığorta tarifi;
3.1.11. 11-ci hissədə yaşayış evləri və mənzillərin icbari sığortası növü üzrə Qanuna müvafiq olaraq İcbari Sığorta Bürosunun elektron informasiya sistemi vasitəsilə avtomatik hesablanan sığorta haqqı məbləği;
3.1.12. 12-ci hissədə şəhadətnaməni gücləndirilmiş elektron imza ilə təsdiq edən şəxs barədə (sığortaçının nümayəndəsi və ya sığorta vasitəçisi) məlumatla tanış olmaq üçün müvafiq ştrix-kod;
3.1.13. 13-cü hissədə daşınmaz əmlakın icbari sığortası üzrə yaddaş vərəqi ilə tanış olmaq üçün müvafiq ştrix-kod;
3.1.14. 14-cü hissədə sığortalı və ya sığorta olunan bu şəhadətnamə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda Mərkəzi Banka onlayn qaydada müraciət etmək üçün internet səhifəsinə yönləndirən müvafiq ştrix-kod;
3.1.15. 15-ci hissədə şəhadətnamənin mövcudluğunu SMS vasitəsilə yoxlamaq üçün müvafiq ştrix-kod;
3.1.16. 16-cı hissədə şəhadətnamənin yüklənməsi (elektron formada əldə edilməsi) üçün müvafiq ştrix-kod.
3.2. Şəhadətnamənin 7.4-cü, 7.5-ci, 7.6-cı və 7.7-ci bəndlərində nəzərdə tutulan məlumatlardan ən azı biri qeyd olunmalıdır.
3.3. Şəhadətnamənin 6-cı hissəsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, həmin hissədə sığortalı və ya sığorta olunan qeyd olunur.
4.1. Bu Tələblərin 2 nömrəli Əlavəsində nəzərdə tutulmuş şəhadətnamə forması yaşayış evləri və mənzillər istisna olmaqla, Qanuna əsasən icbari qaydada sığortalanmalı olan digər daşınmaz əmlakın sığortalanması zamanı tərtib olunur.
4.2. Bu Tələblərin 2 nömrəli Əlavəsində nəzərdə tutulmuş şəhadətnamədə bu Tələblərin 3-cü hissəsində müəyyən edilmiş və Qanunun tələblərinə uyğun olaraq əks olunan standart məlumatlarla yanaşı, aşağıdakı məlumatlar qeyd olunur:
4.2.1. daşınmaz əmlak üzrə 7.1-ci bənddə daşınmaz əmlakın növü (qeyri-yaşayış sahələri, tikililər və s.), 7.2-ci bənddə faktiki istifadə məqsədi, 7.3-cü bənddə yerləşdiyi ünvan, 7.4-cü bənddə kvadratmetrlə ifadə olunan sahəsi, 7.5-ci bənddə əmlakın icbari sığortası üzrə Qanuna müvafiq olaraq sığorta tariflərinin hesablanmasında istifadə olunan və həmin əmlakda həyata keçirilən iqtisadi fəaliyyət növünün (seksiya) kodu və adı, 7.6-cı bənddə Qanuna müvafiq olaraq müəyyən edilən iqtisadi fəaliyyət növünün aid edildiyi risk qrupu, 7.7-ci bənddə əmlakın dövlət reyestrindən çıxarışın seriya və nömrəsi, 7.8-ci bənddə dövlət reyestr nömrəsi, 7.9-cu bənddə qeydiyyat nömrəsi, 7.10-cu bənddə istifadə hüququ verən digər sənədin növü, 7.11-ci bənddə istifadə hüququ verən digər sənədin seriya və nömrəsi;
4.2.2. 10-cu hissədə daşınmaz əmlakın icbari sığortası növü üzrə Qanuna müvafiq olaraq müəyyən edilən risk qrupu üzrə hesablama əmsalı, güzəşt əmsalı və sığorta tarifi.
Daşınmaz əmlakın icbari sığortası üzrə
icbari sığorta şəhadətnaməsinin
forması və məzmununa dair Tələblər”ə Əlavə 1
1. Qüvvəyə minmə tarixi və vaxtı:
2. Qüvvədən düşmə tarixi və vaxtı:
Daşınmaz əmlakın icbari sığortası
3.4. Telefon nömrəsi:
3.5. Elektron poçt ünvanı:
4. Sığorta vasitəçisi:
4.4. Telefon nömrəsi:
4.5. Elektron poçt ünvanı:
5.4. Telefon nömrəsi:
5.5. Elektron poçt ünvanı:
6. Faydalanan şəxs(lər):
7. Daşınmaz əmlaka dair məlumat:
7.2. Yerləşdiyi ünvan:
7.4. Dövlət reyestrindən çıxarışın seriya və nömrəsi:
7.5. Dövlət reyestr nömrəsi:
7.6. Qeydiyyat nömrəsi:
7.7. İstifadə hüququ verən digər sənədin növü:
7.8. Sənədin seriya və nömrəsi:
Yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi;
təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi.
8. Sığorta məbləği (manat):
11. Sığorta haqqı (manat):
Sığorta haqqının ödənilməsi
Birdəfəlik və nağdsız qaydada
Sığorta təminatının qüvvədə
Azərbaycan Respublikası
Sığortalı və ya sığorta olunan bu şəhadətnamə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda (012) 966, (012) 493-50-58 telefon nömrələri ilə əlaqə saxlayaraq və ya www.cbar.az internet səhifəsində mövcud olan “onlayn müraciət” bölməsi vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayətlə müraciət edə bilər.
Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 27.
Bu ştrix-kodla yaddaş vərəqinə keçid edə bilərsiniz.
Bu ştrix-kodla Mərkəzi Banka onlayn müraciət edə bilərsiniz.
Bu ştrix-kodla şəhadətnamənin mövcudluğunu SMS-lə yoxlaya bilərsiniz.
Bu ştrix-kodla elektron şəhadətnaməni yükləyə bilərsiniz.
“Daşınmaz əmlakın icbari sığortası üzrə
icbari sığorta şəhadətnaməsinin
forması və məzmununa dair Tələblər”ə Əlavə 2
1. Qüvvəyə minmə tarixi və vaxtı:
2. Qüvvədən düşmə tarixi və vaxtı:
Daşınmaz əmlakın icbari sığortası
3.4. Telefon nömrəsi:
3.5. Elektron poçt ünvanı:
4. Sığorta vasitəçisi:
4.4. Telefon nömrəsi:
4.5. Elektron poçt ünvanı:
5.4. Telefon nömrəsi:
5.5. Elektron poçt ünvanı:
6. Faydalanan şəxs(lər):
7. Daşınmaz əmlaka dair məlumat:
7.2. Faktiki istifadə məqsədi:
7.3. Yerləşdiyi ünvan:
7.5.İqtisadi fəaliyyət növünün kodu və adı:
7.7. Dövlət reyestrindən çıxarışın seriya və nömrəsi:
7.8. Dövlət reyestr nömrəsi:
7.9. Qeydiyyat nömrəsi:
7.10. İstifadə hüququ verən digər sənədin növü:
7.11. Sənədin seriya və nömrəsi:
Yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi;
təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi.
8. Sığorta məbləği (manat):
Risk qrupu üzrə hesablama əmsalı:
11. Sığorta haqqı (manat):
Sığorta haqqının ödənilməsi
Birdəfəlik və nağdsız qaydada
Sığorta təminatının qüvvədə
Azərbaycan Respublikası
Sığortalı və ya sığorta olunan bu şəhadətnamə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda (012) 966, (012) 493-50-58 telefon nömrələri ilə əlaqə saxlayaraq və ya www.cbar.az internet səhifəsində mövcud olan “onlayn müraciət” bölməsi vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayətlə müraciət edə bilər.
Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 27.
Bu Tələblər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.3-cü maddəsinə əsasən hazırlanmışdır və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin (bundan sonra - şəhadətnamə) forma və məzmunu ilə bağlı tələbləri müəyyən edir.
Şəhadətnamə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Tələblərin 1 nömrəli Əlavəsinə uyğun olaraq elektron sənəd formasında tərtib olunur.
3.1. Şəhadətnamədə Qanunun tələblərinə uyğun olaraq əks olunan standart məlumatlarla yanaşı, aşağıdakı məlumatlar qeyd olunur:
3.1.1. “Şəhadətnamə №” hissəsində İcbari Sığorta Bürosunun elektron informasiya sistemi tərəfindən avtomatik müəyyən edilən müvafiq nömrə;
3.1.2. 1-ci hissədə sığorta müqaviləsinin qüvvəyə minmə tarixi (gün, ay və il) və vaxtı (saat, dəqiqə və saniyə), 2-ci hissədə sığorta müqaviləsinin qüvvədən düşmə tarixi (gün, ay və il) və vaxtı (saat, dəqiqə və saniyə);
3.1.3. sığortaçı üzrə 3.1-ci bənddə adı, 3.2-ci bənddə VÖEN-i, 3.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 3.4-cü bənddə telefon nömrəsi, 3.5-ci bənddə rəsmi elektron poçt ünvanı;
3.1.4. 4-cü hissədə sığorta müqaviləsi sığorta vasitəçiliyi ilə bağlandığı halda həmin sığorta vasitəçisi üzrə aşağıdakı məlumatlar:
3.1.4.1. fiziki şəxs olduqda 4.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 4.2-ci bənddə VÖEN-i, 4.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 4.4-cü bənddə telefon nömrəsi, 4.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.4.2. hüquqi şəxs olduqda 4.1-ci bənddə adı, 4.2-ci bənddə VÖEN-i, 4.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 4.4-cü bənddə telefon nömrəsi, 4.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.5. 5-ci hissədə sığortalı üzrə aşağıdakı məlumatlar:
3.1.5.1. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda 5.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 5.2-ci bənddə VÖEN-i, 5.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 5.4-cü bənddə mobil telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.5.2. hüquqi şəxs olduqda 5.1-ci bənddə adı, 5.2-ci bənddə VÖEN-i, 5.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yerin) ünvanı, 5.4-cü bənddə telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.6. daşınmaz əmlak üzrə 6.1-ci bənddə daşınmaz əmlakın növü, 6.2-ci bənddə faktiki istifadə məqsədi, 6.3-cü bənddə yerləşdiyi ünvan, 6.4-cü bənddə kvadratmetrlə ifadə olunan sahəsi, 6.5-ci bənddə əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə Qanuna müvafiq olaraq sığorta haqqının hesablanmasında istifadə olunan və həmin əmlakda təyinatı üzrə həyata keçirilən iqtisadi fəaliyyət növünün (seksiya) kodu və adı, 6.6-cı bənddə Qanuna müvafiq olaraq müəyyən edilən iqtisadi fəaliyyət növünün aid edildiyi risk qrupu, 6.7-ci bənddə əmlakın dövlət reyestrindən çıxarışın seriya və nömrəsi, 6.8-ci bənddə dövlət reyestr nömrəsi, 6.9-cu bənddə qeydiyyat nömrəsi, 6.10-cu bənddə istifadə hüququ verən digər sənədin növü, 6.11-ci bənddə istifadə hüququ verən digər sənədin seriya və nömrəsi;
3.1.7. 7-ci hissədə Qanuna müvafiq olaraq İcbari Sığorta Bürosunun elektron informasiya sistemi vasitəsilə avtomatik hesablanan sığorta haqqı məbləği;
3.1.8. 8-ci hissədə şəhadətnaməni gücləndirilmiş elektron imza ilə təsdiq edən şəxs barədə (sığortaçının nümayəndəsi və ya sığorta vasitəçisi) məlumatla tanış olmaq üçün müvafiq ştrix-kod;
3.1.9. 9-cu hissədə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə yaddaş vərəqi ilə tanış olmaq üçün müvafiq ştrix-kod;
3.1.10. 10-cu hissədə sığortalı və ya sığorta olunan bu şəhadətnamə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda Mərkəzi Banka onlayn qaydada müraciət etmək üçün internet səhifəsinə yönləndirən müvafiq ştrix-kod;
3.1.11. 11-ci hissədə şəhadətnamənin mövcudluğunu SMS vasitəsilə yoxlamaq üçün müvafiq ştrix-kod;
3.1.12. 12-ci hissədə şəhadətnamənin yüklənməsi (elektron formada əldə edilməsi) üçün müvafiq ştrix-kod.
3.2. Şəhadətnamədə 6.7-ci, 6.8-ci, 6.9-cu və 6.10-cu bəndlər üzrə nəzərdə tutulan məlumatlardan ən azı biri qeyd olunmalıdır.
“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki
məsuliyyətin icbari sığortası üzrə icbari sığorta
şəhadətnaməsinin forması və məzmununa dair
1. Qüvvəyə minmə tarixi və vaxtı:
2. Qüvvədən düşmə tarixi və vaxtı:
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
3.4. Telefon nömrəsi:
3.5. Elektron poçt ünvanı:
4. Sığorta vasitəçisi:
4.4. Telefon nömrəsi:
4.5. Elektron poçt ünvanı:
5.4. Telefon nömrəsi:
5.5. Elektron poçt ünvanı:
6. Daşınmaz əmlaka dair məlumat:
6.2. Faktiki istifadə məqsədi:
6.3. Yerləşdiyi ünvan:
6.5. İqtisadi fəaliyyət növünün kodu və adı:
6.7. Dövlət reyestrindən çıxarışın seriya və nömrəsi:
6.8. Dövlət reyestr nömrəsi:
6.9. Qeydiyyat nömrəsi:
6.10. İstifadə hüququ verən digər sənədin növü:
6.11. Sənədin seriya və nömrəsi:
Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı:
- elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
- elektrik naqillərində baş verən qısa qapanma;
- su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
- hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.
· Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə: 50 000 (əlli min) manat
· Üçüncü şəxslərin sağlamlığa dəyən zərərə görə:
- bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə: 5 000 (beş min) manat
- bir hadisə üzrə 50 000 (əlli min) manat
7. Sığorta haqqı (manat):
Sığorta haqqının ödənilməsi qaydası:
Birdəfəlik və nağdsız qaydada
Sığorta təminatının qüvvədə
Azərbaycan Respublikası
Sığortalı və ya sığorta olunan bu şəhadətnamə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda (012) 966, (012) 493-50-58 telefon nömrələri ilə əlaqə saxlayaraq və ya www.cbar.az internet səhifəsində mövcud olan “onlayn müraciət” bölməsi vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayətlə müraciət edə bilər.
Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 27.
Bu ştrix-kodla şəhadətnaməni imzalayan şəxs barədə məlumatla tanış ola bilərsiniz.
Bu ştrix-kodla yaddaş vərəqinə keçid edə bilərsiniz.
Bu ştrix-kodla Mərkəzi Banka onlayn müraciət edə bilərsiniz.
Bu ştrix-kodla şəhadətnamənin mövcudluğunu SMS-lə yoxlaya bilərsiniz.
Bu ştrix-kodla elektron şəhadətnaməni yükləyə bilərsiniz.
Bu Tələblər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.3-cü maddəsinə əsasən hazırlanmışdır və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə icbari sığorta şəhadətnaməsinin (bundan sonra - şəhadətnamə) forma və məzmunu ilə bağlı tələbləri müəyyən edir.
Şəhadətnamə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Tələblərin 1 nömrəli Əlavəsinə uyğun olaraq elektron sənəd formasında tərtib olunur.
3.1. Şəhadətnamədə Qanunun tələblərinə uyğun olaraq əks olunan standart məlumatlarla yanaşı, aşağıdakı məlumatlar qeyd olunur:
3.1.1. “Şəhadətnamə №” hissəsində İcbari Sığorta Bürosunun elektron informasiya sistemi tərəfindən avtomatik müəyyən edilən müvafiq nömrə;
3.1.2. 1-ci hissədə sığorta müqaviləsinin qüvvəyə minmə tarixi (gün, ay və il) və vaxtı (saat, dəqiqə və saniyə), 2-ci hissədə sığorta müqaviləsinin qüvvədən düşmə tarixi (gün, ay və il) və vaxtı (saat, dəqiqə və saniyə);
3.1.3. sığortaçı üzrə 3.1-ci bənddə adı, 3.2-ci bənddə VÖEN-i, 3.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 3.4-cü bənddə telefon nömrəsi, 3.5-ci bənddə rəsmi elektron poçt ünvanı;
3.1.4. 4-cü hissədə sığorta müqaviləsi sığorta vasitəçiliyi ilə bağlandığı halda həmin sığorta vasitəçisi üzrə aşağıdakı məlumatlar:
3.1.4.1. fiziki şəxs olduqda 4.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 4.2-ci bənddə VÖEN-i, 4.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 4.4-cü bənddə telefon nömrəsi, 4.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.4.2. hüquqi şəxs olduqda 4.1-ci bənddə adı, 4.2-ci bənddə VÖEN-i, 4.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerin) ünvanı, 4.4-cü bənddə telefon nömrəsi, 4.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.5. 5-ci hissədə sığortalı üzrə aşağıdakı məlumatlar:
3.1.5.1. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda 5.1-ci bənddə adı (adı, soyadı, atasının adı), 5.2-ci bənddə VÖEN-i, 5.3-cü bənddə qeydiyyatda olduğu ünvan, 5.4-cü bənddə mobil telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.5.2. hüquqi şəxs olduqda 5.1-ci bənddə adı, 5.2-ci bənddə VÖEN-i, 5.3-cü bənddə olduğu yerin (daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yerin) ünvanı, 5.4-cü bənddə telefon nömrəsi, 5.5-ci bənddə mövcud olduğu halda elektron poçt ünvanı;
3.1.6. nəqliyyat vasitəsi üzrə 6.1-ci bənddə nəqliyyat vasitəsinin növü, 6.2-ci bənddə dövlət qeydiyyat nişanı, 6.3-cü bənddə nəqliyyat vasitəsinin markası, 6.4-cü bənddə modeli, 6.5-ci bənddə istehsal ili, 6.6-cı bənddə sərnişin yerlərinin sayı, 6.7-ci bənddə mülkiyyət hüququnu təsdiq edən sənədin növü, 6.8-ci bənddə mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsi, 6.9-cu bənddə istifadə hüququ verən digər sənədin növü, 6.10-cu bənddə istifadə hüququ verən digər sənədin seriya və nömrəsi;
3.1.7. 7.1-ci bənddə nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə Qanuna müvafiq olaraq müəyyən edilmiş sığorta məbləği, 7.2-ci bənddə hər bir sərnişinə görə Qanuna müvafiq olaraq müəyyən edilmiş sığorta məbləğinin nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayına hasilindən alınan məbləğ;
3.1.8. 8-ci hissədə Qanuna müvafiq olaraq İcbari Sığorta Bürosunun elektron informasiya sistemi vasitəsilə avtomatik hesablanan sığorta haqqı məbləği;
3.1.9. 9-cu hissədə şəhadətnaməni gücləndirilmiş elektron imza ilə təsdiq edən şəxs barədə (sığortaçının nümayəndəsi və ya sığorta vasitəçisi) məlumatla tanış olmaq üçün müvafiq ştrix-kod;
3.1.10. 10-cu hissədə sərnişinlərin icbari fərdi qəza sığortası üzrə yaddaş vərəqi ilə tanış olmaq üçün müvafiq ştrix-kod;
3.1.11. 11-ci hissədə sığortalı və ya sığorta olunan bu şəhadətnamə üzrə hüquqlarının pozulduğunu hesab etdiyi hallarda Mərkəzi Banka onlayn qaydada müraciət etmək üçün internet səhifəsinə yönləndirən müvafiq ştrix-kod;
3.1.12. 12-ci hissədə şəhadətnamənin mövcudluğunu SMS vasitəsilə yoxlamaq üçün müvafiq ştrix-kod;
3.1.13. 13-cü hissədə şəhadətnamənin yüklənməsi (elektron formada əldə edilməsi) üçün müvafiq ştrix-kod.
3.2. Şəhadətnamənin 6.7-ci və 6.9-cu bəndlərində nəzərdə tutulan məlumatlardan ən azı biri qeyd olunmalıdır.
1. Qüvvəyə minmə tarixi və vaxtı:
2. Qüvvədən düşmə tarixi və vaxtı:
Sərnişinlərin icbari fərdi qəza sığortası
3.4. Telefon nömrəsi:
3.5. Elektron poçt ünvanı:
4. Sığorta vasitəçisi:
4.4. Telefon nömrəsi:
4.5. Elektron poçt ünvanı:
5.4. Telefon nömrəsi:
5.5. Elektron poçt ünvanı:
6. Nəqliyyat vasitəsinə dair məlumat:
6.1. Nəqliyyat vasitəsinin növü:
6.2. Dövlət qeydiyyat nişanı:
6.6. Sərnişin yerlərinin sayı:
6.7. Mülkiyyət hüququnu təsdiq edən sənədin növü:
6.8. Sənədin seriya və nömrəsi:
6.9. İstifadə hüququ verən digər sənədin növü:
6.10. Sənədin seriya və nömrəsi:
Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən qanunda müəyyən edilmiş qaydada sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələri hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinlərin nəqliyyat vasitəsində olduğu müddət ərzində nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar onların bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül, az ağır və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi.
7. Sığorta məbləği (manat):
7.1. Hər bir sərnişinə görə: 5 000 (beş min) manat
7.2. Nəqliyyat vasitəsi üzrə:
8. Sığorta haqqı (manat):
Sığorta haqqının ödənilməsi qaydası:
Birdəfəlik və nağdsız qaydada
Sığorta təminatının qüvvədə
Nəqliyyat vasitəsinin sərnişin daşıma xidmətini yerinə yetirməsi ilə əlaqədar olduğu bütün ərazilər