Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 yanvar tarixli 1983 nömrəli “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında”, 2023-cü il 21 yanvar tarixli 1984 nömrəli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 647-VIQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” və 2023-cü il 21 yanvar tarixli 1985 nömrəli “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 648-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərmanlarına əsasən, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 4 yanvar tarixli 2 nömrəli Qərarı ləğv edilsin.
3. Bu qərar 2023-cü il 14 avqust tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 31 iyul 2023-cü il
Çoxmənzilli yaşayış binaları üzrə, binanın ümumi sahəsinin hər 1 m2-i üçün
Bina, tikili, qurğular və onların tərkib hissələri üzrə
sahəsi 100 m2-dək (100 m2 daxil) olduqda
sahəsi 100 m2-dən 1000 m2-dək (1000 m2 daxil) olduqda, 100 m2-dən çox olan hər əlavə 1 m2 üçün
sahəsi 1000 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün
sahəsi 50 m2-dək (50 m2 daxil) olduqda
Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində
digər şəhər və rayonlarda
sahəsi 50 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün
Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində
digər şəhər və rayonlarda
1.3-cü bölmə üzrə xidmət haqqı hesablanan zaman bu cədvəlin Qeyd 2 bölməsinin tələbləri nəzərə alınmır
yaşayış fondu üzrə vahid əmlak (tikili və torpaq birlikdə) qeydiyyata alınan zaman torpaq sahəsinə münasibətdə 2.2.1 və 2.2.2-ci bölmələri üzrə Bakı şəhərində 0,3 əmsalı, Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində 0,25 əmsalı, digər şəhər və rayonlarda 0,2 əmsalı tətbiq edilir
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə
sahəsi 5,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün
Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə
sahəsi 0,06 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün
Digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə
sahəsi 1,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün
1 torpaq kəsimi üçün tam su çəkimi analizi aparıldıqda: (hər artan 1 kəsim üçün tam su çəkimi analizi tələb olunarsa qiymətə 340,0 manat, müxtəsər su çəkimi analizi tələb olunarsa 170,0 manat, quru qalıq analizi tələb olunarsa 20,0 manat əlavə olunur)
1 torpaq kəsimi üçün ümumi analiz aparıldıqda: (hər artan 1 kəsim üçün ümumi analiz tələb olunarsa qiymətə 170,0 manat əlavə olunur)
Təbii yem sahəsindən götürülən bir nümunə üçün tədqiqat işləri (hər artan 1 nümunə üçün 130,0 manat əlavə olunur)
sahəsi 20 ha-dək (20 ha daxil) olduqda
sahəsi 20 ha-dan çox olduqda, hər əlavə 1 ha üçün
Korlanmış torpaqlarda 5 kəsimədək torpaq nümunəsi götürülən ərazi üçün: (hər artan 1 kəsim üçün 100,0 manat əlavə olunur)
kameral qaydada aparıldıqda
çöl ölçmə işləri tələb olunduqda (xidmət haqqı I bölmənin müvafiq tariflərinə uyğun olaraq hesablanır)
əmlak sayı 10-a qədər olduqda
əmlak sayı 10-dan artıq olduqda hər əlavə əmlak üçün
mənzillər, fərdi yaşayış evləri və kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə 0,3 əmsal tətbiq edilir
kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində müvəqqəti istifadə, icarə və digər hüquqlar dövlət qeydiyyatına alındıqda (müddəti 10 ilədək olan müqavilələr üzrə)
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə
Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə
Digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə
3 iş günü ərzində yerinə yetirildikdə
5 iş günü ərzində yerinə yetirildikdə
10 iş günü ərzində yerinə yetirildikdə
Birtərəfli xidmət (sənədlərin qəbulu və ya hazır sənədin çatdırılması)
İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması birlikdə)
Daşınmaz əmlakın ünvan rekvizitlərinin naturada müəyyən edilərək coğrafi informasiya sisteminə (CİS) daxil edilməsi
Daşınmaz əmlak obyektlərinin sxematik ünvan planlarının tərtibi (1 dm2 planda mövcud olan ünvan sayına uyğun)
ünvanların sayı 10-dək (10 daxil) olduqda
ünvanların sayı 11-dən 20-dək (20 daxil) olduqda, 10 ünvandan çox olan hər əlavə 1 ünvan üçün
ünvanların sayı 21-dən 30-dək (30 daxil) olduqda, 20 ünvandan çox olan hər əlavə 1 ünvan üçün
ünvanların sayı 31-dən 40-dək (40 daxil) olduqda, 30 ünvandan çox olan hər əlavə 1 ünvan üçün
ünvanların sayı 41-dən 50-dək (50 daxil) olduqda, 40 ünvandan çox olan hər əlavə 1 ünvan üçün və
ünvanların sayı 50-dən çox olduqda, hər əlavə 1 ünvan üçün
konturların sayı 10-dək (10 daxil) olduqda
konturların sayı 11-dən 20-dək (20 daxil) olduqda, 10 konturdan çox olan hər əlavə 1 kontur üçün
konturların sayı 21-dən 30-dək (30 daxil) olduqda, 20 konturdan çox olan hər əlavə 1 kontur üçün
konturların sayı 31-dən 40-dək (40 daxil) olduqda, 30 konturdan çox olan hər əlavə 1 kontur üçün
konturların sayı 41-dən 50-dək (50 daxil) olduqda, 40 konturdan çox olan hər əlavə 1 kontur üçün
konturların sayı 50-dən çox olduqda, hər əlavə 1 kontur üçün
4 xarakterik döngə nöqtəsi üçün
Hər əlavə 1 döngə nöqtəsi üçün
Torpaq-kadastr baza məlumatları əsasında
Çöl ölçmə işləri tələb olunduqda (I bölmənin müvafiq tarifləri tətbiq edilməklə hesablanmış xidmət haqqı əlavə olunur)
15 günədək xidmət haqqı
1 ay üçün xidmət haqqı
1 il üçün xidmət haqqı
XIII. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi
Qeyd 1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrdə hüquq sahibinin istəyi ilə cədvəlin IV bölməsində nəzərdə tutulan xidmətlərin qanunla müəyyən edilmiş icra müddətləri sürətləndirilməklə (daxil olmuş əvvəlki ərizələrin icra müddətlərini ləngitməmək şərti ilə) bir iş günü müddətində icra olunduqda, təsdiq edilmiş xidmət tariflərinə 3,0 əmsalı, üç iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə 2,0 əmsalı, yeddi iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə 1,5 əmsalı, tətbiq edilir.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icrası müddəti texniki inventarlaşdırılma, ölçmə və mərzçəkmə işlərinin aparılması ilə əlaqədar uzadıldıqda isə hüquq sahibinin istəyi ilə ərizələrin qanunla müəyyən edilmiş ümumi icra müddəti sürətləndirilməklə iki iş günü müddətində icra edildikdə, cədvəlin I və IV bölmələri ilə təsdiq edilmiş xidmət tariflərinə 3,0 əmsalı, beş iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə 2,0 əmsalı, on iş günü ərzində icra olunduqda müvafiq tariflərə 1,5 əmsalı tətbiq edilir.
İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələrdə hüquq sahibinin istəyi ilə cədvəlin IV bölməsində nəzərdə tutulan xidmətlərin qanunla müəyyən edilmiş icra müddətləri sürətləndirilməklə bir iş günü müddətində icra olunduqda, təsdiq edilmiş xidmət tariflərinə 3,0 əmsalı, iki iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə 2,0 əmsalı tətbiq edilir.
Qeyd 2. Daşınmaz əmlak obyektlərinə münasibətdə I bölmə üzrə müəyyən edilmiş tariflərlə hesablanmış xidmət haqqı məbləğlərinə Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində 0,8 əmsalı, digər şəhər və rayonlarda 0,7 əmsalı, İşğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə hesablanmış xidmət haqqı məbləğlərinə isə 0,5 əmsalı tətbiq edilir.
Qeyd 3. Qanunla şəhid ailəsinin üzvləri hesab olunanların, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına hesablanmış xidmət haqqı məbləğlərinə 0,5 əmsalı tətbiq edilir.
Qeyd 4. Əmsallar daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı və qeydiyyatı ilə bağlı müraciətlərdə göstərilən konkret hallara uyğun olaraq bu cədvəlin bölmələrində müəyyən edilmiş tariflərə müvafiq ardıcıllıqla tətbiq edilir və göstərilən xidmətə görə yekun xidmət haqqı hesablanaraq müəyyən edilir.