10.1. Daxili audit xidmətinin rəhbərinə dair tələblər aşağıdakılardır:
10.1.1. Ali iqtisadi və ya hüquqi təhsilə və müvafiq ixtisas üzrə azı beş illik iş stajına malik olmaq;
10.1.2. yüksək peşə hazırlığına və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
10.1.3. elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli fəaliyyət növləri ilə məşğul olmamaq.
10.2. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş və ya bu və digər cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər daxili audit xidmətinə rəhbərlik edə bilməzlər.