Qanunvericilik › Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Daxili auditin özünütənzimləməsi

Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.0. Daxili auditin özünütənzimləməsi onların ictimai birliyi tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

13.0.1. daxili audit xidmətinə fəaliyyəti ilə bağlı əməli köməklik göstərilməsi;

13.0.2. təsdiq edilmiş daxili audit prosedurlarına əməl edilməsi sahəsində daxili audit xidmətlərinə metodoloji yardım göstərilməsi;

13.0.3. daxili auditorlar üçün treninqlər və ixtisasartırma kurslarının təşkili üzrə tədbirlər həyata keçirilməsi;

13.0.4. daxili audit üzrə məsləhət xidmətləri göstərilməsi;

13.0.5. daxili audit xidmətləri üçün daxili audit prosedurları ilə bağlı təkliflər hazırlanması;

13.0.6. Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən təsdiq edilmiş daxili audit standartlarının tətbiqinə dair qaydaların və şərhlərin hazırlanması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver