Qanunvericilik › Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Daxili audit xidmətinin yaradılmasına məsul olan müvafiq idarəetmə orqanının vəzifələri

Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Təsərrüfat subyektinin müvafiq idarəetmə orqanı:

3.1.1. daxili audit xidmətinin rəhbərini və daxili auditorları (Audit Komitəsinin üzvlərini) vəzifəyə təyin edir və vəzifədən azad edir;

3.1.2. daxili audit xidmətinin Əsasnaməsini təsdiq edir;

3.1.3. daxili audit planlarını, habelə daxili auditorların vəzifə bölgüsünü təsdiq edir;

3.1.4. daxili audit siyasətini və strategiyasını müəyyən edir və həyata keçirilməsini təmin edir;

3.1.5. audit fəaliyyətinin həyata keçirilməsi üçün lazımi şərait yaradır;

3.1.6. daxili audit xidmətinin aşkar etdiyi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görür;

3.1.7. daxili audit xidmətinin hesabatında verilmiş məqsədəuyğun təkliflərin həyata keçirilməsi ilə bağlı qərarlar qəbul edir.

3.2. Təsərrüfat subyektində Audit Komitəsi yaradıldıqda, bu Qanunun 3.1.2-ci - 3.1.4-cü maddələrində nəzərdə tutulmuş vəzifələri həmin orqan yerinə yetirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver