AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə,
1. “Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q78-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə yollayışların verilməsi qaydalarını əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi.
1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.24-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
“Xəzri” İstirahət və Sağlamlıq mərkəzinə yollayışın verilməsi.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.2.1. Yollayışın qiyməti əmək haqqı fondu, ərzaq məhsullarının qiyməti, kommunal xərclər, müxtəlif ayırmalar nəzərə alınmaqla tərtib olunur və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən təsdiq olunan “Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində bir günlük xərcin mövsüm üzrə qiymətləri” ilə müəyyən edilir;
2.2.2. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 99-cu bəndinə müvafiq olaraq Mərkəzə qəbul edilən daxili işlər orqanları əməkdaşlarına hər il yollayışın qiymətinin 75 faizi miqdarında, ailə üzvlərinə isə - 50 faizi miqdarında imtiyaz verilir; digər şəxslər tərəfindən isə yollayışın qiyməti tam həcmdə ödənilir.
2.2.3. Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN 1401555071, M/h AZ41NABZ 01360100000000003944, S.W.İ.F.T Bik: CTREAZ 22
DİN-in «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzi, H/h AZ69CTRE00000000000002077201, VÖEN 1800280621
D 3 Büdcə təsnifatının kodu 142319 D 4 Büdcə səviyyəsinin kodu 3
2.2.4. Ödəmə üsulları - bank, poçt, plastik kart və ya internet-ödəmə vasitəsi ilə.
2.3. Elektron xidmətin istifadəçiləri:
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/29786/
əlavə məlumat http://www.khazri.mia.gov.az saytından əldə edilir.
2.5. Elektron xidmət barədə məlumatlandırma:
e-poçt: khazri@mia.gov.az
tel.994-12-554-47-60, 050-291-15-51
faks.994-12-554-47-61
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən raporta və ərizəyə aşağıdakılar əlavə olunur:
yollayışın alınması üçün müraciət (daxili işlər orqanları əməkdaşlarının raportu - 1 nömrəli əlavə, mülki şəxslərin ərizəsi - 2 nömrəli əlavə);
raporta və ərizəyə əlavə edilir: yetkinlik yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin nömrəsi və verildiyi tarix.
3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:
3.2.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir.
3.2.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.3.1.1 ərizə və ya raport tam doldurulmadıqda.
3.3.2. Sorğunun qəbulu:
imtina üçün əsaslar olmadıqda müraciət qəbul edilir.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq mərkəzinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üçün Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq mərkəzinin rəhbəri bilavasitə məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:
ərizəyə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən ərizədə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya 10 gün müddətində (sorğu qeydiyyata alındığı tarixdən) baxılır.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
“Xəzri” İstirahət və Sağlamlıq mərkəzinə yollayışın qiyməti, verilməsinin yeri, vaxtı və tarixi barədə istifadəçinin elektron poçt ünvanına məlumat göndərilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq mərkəzi həyata keçirir.
3.5.1. Nəzarət forması: kargüzarlıq;
daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.5.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş daxili işlər orqanının tabe olduğu yuxarı orqana və ya qanunvericiliklə nəzərdə tutulan qaydada məhkəməyə şikayət etmək hüququna malikdir.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
şikayət ərizəsi " Vətəndaşların müraciətləri haqqında " Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır;
3.6.3. Şikayətin baxılma müddəti:
şikayətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən olunmuş qaydada ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq mərkəzinin rəisinə
Mənə və aşağıda göstərilən ailə üzvlərimə “____” ______________ 201__-ci il tarixindən “____” ______________ 201__-ci il tarixədək yollayış vərəqəsinin ayrılmasına dair göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Ailə üzvləri: _________________________________________________________________
________________________________________________________________________
________________________________________________________________________
________________________________________________________________________
______________________________________
(polis orqanının adı)
________________________________ _______________________________________________
(əməkdaşın adı, soyadı atasının adı)
vəzifəsi, xüsusi rütbəsi) _____________________
___________________________________ _____________________
(xidməti vəsiqəsinin nömrəsi)
telefon və ya faks nömrələri ____________
elektron poçt ünvan_____________________
Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq mərkəzinin rəisinə
____________________________________
___________________________ yaşayan
vət. ________________________________
____________________________________
____________________________________
____________________________________
elektron ünvanı_____________
____________________ tərəfindən
Mənə və aşağıda göstərilən ailə üzvlərimə “____” ______________ 201__ci il tarixdən “____” ______________ 201__ci il tarixədək yollayış vərəqəsinin ayrılmasına dair göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Ailə üzvləri: ________________________________________________________________
_________________________________________________________________
_________________________________________________________________
_________________________________________________________________
________________________________ ______________________
(vətəndaşın soyadı, adı) (imza)
1. 03 aprel 2013-cü il tarixli Q5-001-13 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304030013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2013-cü il)
2. 17 noyabr 2015-ci il tarixli Q49-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511170049, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 noyabr 2015-ci il)
3. 04 fevral 2016-cı il tarixli Q6-001-16 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602040006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 fevral 2016-cı il)
4. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
5. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)