AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Daxili işlər orqanlarında xidmət müddəti 5 ilə qədər artırıla bilən kiçik rəis heyəti vəzifələrinin Siyahısı”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanının 3-cü hissəsinin üçüncü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutaraq, Kollegiya
1. “Daxili işlər orqanlarında xidmət müddəti 5 ilə qədər artırıla bilən kiçik rəis heyəti vəzifələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2017-ci il 5 may tarixli Q24-001-17 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Tibb xidməti üzrə kiçik rəis heyəti vəzifələri
Maliyyə xidməti üzrə kiçik rəis heyəti vəzifələri
Kadr xidməti üzrə kiçik rəis heyəti vəzifələri
Kargüzarlıq xidməti üzrə kiçik rəis heyəti vəzifələri
Maddi-texniki təminat xidməti üzrə kiçik rəis heyəti vəzifələri
İnformasiya-kommunikasiya xidməti üzrə kiçik rəis heyəti vəzifələri
Əməliyyat və statistik informasiya xidməti üzrə kiçik rəis heyəti vəzifələri
Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri üzrə kiçik rəis heyəti vəzifələri (polis nəfəri, manqa komandiri vəzifələri istisna olmaqla)
Növbətçi hissələr, “Təhlükəsiz şəhər” və “102” xidmətləri üzrə kiçik rəis heyəti vəzifələri
Pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti üzrə kiçik rəis heyəti vəzifələri
Dövlət yol polisi xidməti üzrə kiçik rəis heyəti vəzifələri
(Yol Patrul Xidməti inspektoru vəzifəsi istisna olmaqla)
Kriminalistik tədqiqatlar xidməti üzrə kiçik rəis heyəti vəzifələri
Komendant xidməti üzrə kiçik rəis heyəti vəzifələri
(polis nəfəri, manqa komandiri, inzibati binaların təhlükəsizliyinin təmini bölüyünün kiçik inspektoru vəzifələri istisna olmaqla)
Mətbuat xidməti üzrə kiçik rəis heyəti vəzifələri