Qanunvericilik › “Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiqi haqqında (Prezidentin fərmanı, 10.06.2016) › Tam mətn

“Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiqi haqqında (Prezidentin fərmanı, 10.06.2016)

“Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiqi haqqında (Prezidentin fərmanı, 10.06.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2016-cı il

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanının 7.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən ölkənin dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin (bundan sonra - dəniz limanında göstərilən xidmətlər), həmin xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin (bundan sonra – tariflər) və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasını tənzimləyir.

1.2. Bu Qaydanın məqsədi Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, ölkədə dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin təmin edilməsidir.

1.3. Tariflər, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkənin dəmir yolları və dəniz nəqliyyatı sahəsində tranzit yükdaşıma xidmətləri, tranzit yüklərlə bağlı dəniz limanında xidmətlər, habelə həmin xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslərə və bu xidmətlərdən istifadə edən bütün hüquqi və fiziki şəxslərə şamil edilir.

1.4. Tranzit yükdaşımalar üzrə marşrut istiqamətləri, onların texnoloji sxemləri, tariflər və tranzit yükdaşımalarla bağlı digər məlumatları Azərbaycan Respublikası Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının (bundan sonra – Koordinasiya Şurası) Katibliyi (bundan sonra - Katiblik) Koordinasiya Şurasının rəsmi internet saytında yerləşdirir.

2.1. Bu Qaydaya uyğun olaraq Nazirlik tərəfindən tarif tənzimlənməsi tariflərin yuxarı həddinin təsdiq edilməsi üsulundan istifadə etməklə həyata keçirilir.

2.2. Tariflərin yuxarı həddi ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları xidmətləri göstərən nəqliyyat müəssisələrinin, nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinin ahəngdarlığına şərait yaratmalıdır.

2.3. Tariflərin yuxarı həddi marşrut istiqaməti, tranzit yükün adı, tranzit yükün çatdırılma müddəti, xidmətlə bağlı xərclər, xidmət şərtləri, bazar konyunkturu və rəqabət tələbləri nəzərə alınmaqla müəyyənləşdirilir.

2.4. Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətləri üzrə nəqliyyat-ekspedisiya tarifləri həmin xidmətlər üzrə təsdiq edilmiş tariflərin yuxarı həddi üzərinə Nazirlik tərəfindən müəyyən edilən faiz dərəcələrinin əlavə edilməsi yolu ilə hesablanır.

2.5. Ölkənin dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərə görə tariflər Nazirlik tərəfindən təsdiq edilmiş tariflərin yuxarı həddindən (bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) çox olmamalıdır.

2.6. İki və daha artıq ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları xidmətləri göstərən nəqliyyat müəssisələri tərəfindən razılaşdırılmış daşıma tarifi Nazirliyin müəyyənləşdirdiyi yuxarı hədd tarifindən yüksək olduğu təqdirdə, həmin tarif təsdiq edilmək üçün Nazirliyə təqdim olunur.

2.7. Təsdiq edilmiş yuxarı hədd tarifləri çərçivəsində dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları xidmətləri göstərən nəqliyyat müəssisələri, marşrut istiqaməti, tranzit yükün adı, tranzit yükün çatdırılma müddəti, xidmətlə bağlı xərclər, xidmət şərtləri, bazar konyunkturu və rəqabət tələbləri nəzərə alınmaqla, güzəştlərin tətbiqində sərbəstdirlər.

2.8. Dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları xidmətləri üzrə təsdiq edilmiş yuxarı hədd tariflərinə güzəştlərin tətbiq edilməsi barədə Nazirliyə daxil olmuş müraciətlər aidiyyəti üzrə baxılmaq üçün nəqliyyat müəssisələrinə göndərilir.

2.9. Təsdiq edilmiş tariflər Azərbaycan manatı ilə və ya xarici valyutada göstərilir. Tariflər xarici valyutada göstərildikdə, həmin valyutada ölkə daxilində hesablaşmalar Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə aparılır.

2.10. Təsdiq edilmiş tariflər və həmin tariflərin tətbiq tarixi barədə məlumatları Katiblik 2 (iki) iş günü müddətində Koordinasiya Şurasının rəsmi internet saytında yerləşdirir.

2.12. Dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları xidmətləri göstərən nəqliyyat müəssisələrinin və nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslərin tariflərin müəyyən edilməsi ilə bağlı Nazirliyə əsaslandırılmış müraciət etmək hüququ vardır.

3.1. Təsdiq edilmiş yuxarı hədd tariflərindən yüksək tariflərin tətbiqi halları aşkar edildikdə, Koordinasiya Şurası tərəfindən həmin tarifləri tətbiq edən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları, dəniz terminalları xidmətləri göstərən nəqliyyat müəssisələrinə, daşıyıcılara və operatorlara, digər hüquqi və fiziki şəxslərə, o cümlədən təsdiq edilmiş faiz dərəcələrindən yuxarı faiz tətbiq edən nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslərə həmin pozuntuların aradan qaldırılması və bu barədə 5 gün ərzində Koordinasiya Şurasına məlumat verilməsi ilə bağlı müraciət ünvanlanır.

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş pozuntular aradan qaldırılmadıqda. Koordinasiya Şurası məsuliyyət tədbirlərinin tətbiq edilməsi məqsədilə aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə və ya prokurorluq orqanlarına müraciət edir.

3.3. Bu Qayda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilən qaydalardan fərqli olduqda, həmin beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

1. 9 avqust 2021-ci il tarixli 1412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 904)

2. 2 sentyabr 2023-cü il tarixli 2315 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 3 sentyabr 2023-cü il, № 189, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1285)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver