Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi qeydə almışdır
tarix 13 yanvar 1998-ci il
Nazir əvəzi S. Həsənova
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 38-6 nömrəli 27 dekabr 1997-ci il tarixli qərarı ilə təsdiq edilmişdir
Nazir prof. Ə. Nağıyev
Dəniz donanması nəqliyyat Gəmilərində olan fəhlə peşələri üzrə tarif-ixtisas sorğu kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında” Qərarının icrası ilə əlaqədar tərtib edilmişdir.
Tarif-ixtisas sorğu kitabçasının hazırkı buraxılışına dəniz donanması nəqliyyat gəmilərində olan fəhlə peşələri - sıravi heyət üzvlərinin tarif-ixtisas xüsusiyyətləri daxil edilmişdir.
Tarif-ixtisas sorğu kitabçası dəniz donanması nəqliyyat gəmilərində mülkiyyət formasından asılı olmayaraq, əməyin Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilməsinin tətbiq zamanı normativ sənəd kimi istifadə edilmək məqsədi ilə işlənib hazırlanmışdır.
Kitabçada qeyd olunmuş ixtisas xüsusiyyətlərindən başqa, dəniz donanması nəqliyyat gəmilərinin fəhlələri - sıravi heyət üzvləri dəniz donanması gəmilərində xidmət Nizamnaməsini, texniki istismar qaydalarını, dəniz nəqliyyatı işçilərinin intizamı haqqında Nizamnaməni bilməlidirlər.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman körpücükdə, gəmi limanda dayanan zaman nərdivanın yanında növbə çəkmək. Gəmi işlərinə və gövdə hissəsinə texniki xidmətdə iştirak etmək (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla). Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak etmək, mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük an-barlarını açmaq və bağlamaq. Şturman və sükan otaqlarının təmizliyini, siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılmasını təmin etmək.
BİLMƏLİDİR: 2-ci dərəcəli matrosun vəzifələrini; siqnalları; göyərtə texniki vasitələrin idarə edilməsini; gəmi xilasetmə vasitələrindən istifadəni, avarlı və yelkənli xilasetmə qayıqların idarə edilməsini; qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinik saxlanma yerlərini və onlardan istifadə qaydalarını; gəmidə ballast anbarlarının və içməli su anbarlarının, onların hava və ölçü borularının, yük anbarlarının ölçü borularının yerləşməsini; göyərtədə klinketlərin əsas ötürücülərini manipulyasiya etməyi.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Bütün gəmi texniki vasitələrinə texniki xidmətdə və onların təmirində iştirak etmək. Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını yerinə yetirmək. Gəmidə mövcud olan qrafikə əsasən növbə çəkmək. Müvafiq ixtisas vəsiqəsi, iş yerində təhlükəsizlik texnikası qaydaları üzrə təlimat aldıqdan və kapitanın əmri ilə icazə verildikdən sonra böyük mexanikin göstərişi ilə, gəminin yanalma əməliyyatı və yüklərin bərkidilməsi də daxil olmaqla, bilavasitə vəzifə borcuna aid olmayan gəmi işlərində iştirak etmək.
BİLMƏLİDİR: əsas və yardımçı mexanizmlərin, onların işini təmin edən texniki vasitələrin quruluşunu, onlara xidməti və onları idarəetməni; gəmi sistemi borularının və qapaqlarının yerləşməsini, təyinatını və onları idarəetməni; Qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin yerləşməsini, saxlanma yerlərini və onlardan istifadəni; maşın şöbəsinin elektrik avadanlıqlarına xidməti.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Gəmi üzrə bütün elektrik avadanlıqlarına texniki xidmətdə və onların təmiri işlərində iştirak etmək. Gəmi elektrik avadanlıqlarının texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və təlimatları yerinə yetirmək. Gəmidə elektriklər üçün növbəli iş təyin edilərsə, qrafik üzrə növbə çəkmək. Gəmi dar yerlərdən keçdikdə, limana daxil olduqda, limandan çıxdıqda və yanalma əməliyyatları vaxtı elektromexanik tərəfindən təyin olunan yerdə növbə çəkmək. Müvafiq ixtisas vəsiqəsi olmaqla, iş yerində təhlükəsizlik texnikası üzrə təlimat aldıqdan və kapitanın əmri ilə icazə verildikdən sonra, böyük mexanikin göstərişi ilə, gəminin yanalma əməliyyatı və yüklərin bərkidilməsi də daxil olmaqla, bilavasitə vəzifə borcuna aid olmayan gəmi üzrə digər işlərdə iştirak etmək.
BİLMƏLİDİR: Gəmi üzrə bütün elektrik avadanlıqlarının quruluşunu və iş prinsipini; gəmi elektrik avadanlıqlarının bütün texniki vasitələrinin idarə edilməsini; mexaniki qurğuların iş prinsipini və konstruktiv xüsusiyyətlərini; bütün gəmi yanğınsöndürmə vasitələrindən istifadəni; təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə qayda və təlimatları.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Növbə mexanikinin göstərişi ilə gəminin ballastlaşdırılmasını və ballastsızlaşdırılmasını həyata keçirmək. Ballast, suboşaltma və qurutma sistemlərinə və onlara xidmət edən texniki vasitələrə texniki xidməti və onların etibarlı işləməsini təmin etmək. Öz sahəsi üzrə texniki vasitələrin texniki istismarını təmin etmək. Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarını yerinə yetirmək. Bütün gəmi texniki vasitələrinə texniki xidmətdə və onların təmirində iştirak etmək. Lazım gəldikdə, mexaniki qurğulara növbəli xidmətdə, həmçinin iş yerində təhlükəsizlik texnikası qaydaları üzrə təlimat aldıqdan sonra gəmi işlərində iştirak etmək.
BİLMƏLİDİR: öz sahəsi üzrə texniki vasitələrin quruluşunu, gəmi üzrə yerləşməsini və iş prinsipini; öz sahəsi üzrə texniki vasitələrin idarə edilməsini və onların təyinatı üzrə istifadə edilməsini; təhlükəsizlik texnikası qaydalarını.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Əsas və yardımçı mexanizmlərə və bu mexanizmlərin işini təmin edən texniki vasitələr, göyərtə mexanizmlərinə və sükan qurğularının mexaniki hissələrinə, gəmi sistemlərinə və onlara xidmət edən mexanizmlərə xidmət etmək. Bütün gəmi texniki vasitələrinə xidmətdə və onların təmirində iştirak etmək. Texniki vasitələrin təmiri üzrə çilingər-quraşdırma işlərini yerinə yetirmək. Gəmi texniki vasitələrin texniki istismar qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını yerinə yetirmək. 1-ci və 2-ci dərəcəli motorçuların işinə rəhbərlik etmək. Gəmidə mövcud olan qrafikə əsasən növbə çəkmək. Ştat cədvəllərində 4-cü mexanik vəzifəsi nəzərdə tutulmayan gəmilərdə, lazım gəldikdə, baş mexanikin icazəsi ilə və rəhbərliyi altında mexanikin növbəsini çəkmək. Bir neçə baş mühərriki olan gəmilərdə növbə mexanikinin rəhbərliyi altında baş mühərriklərin idarəolunma postlarında növbə çəkmək. Müvafiq ixtisas vəsiqəsi, iş yerində təhlükəsizlik texnikası qaydaları üzrə təlimat aldıqdan və kapitanın əmri ilə icazə verildikdən sonra böyük mexanikin göstərişi ilə, gəminin yanalma əməliyyatı və yüklərin bərkidilməsi də daxil olmaqla, bilavasitə vəzifə borcuna aid olmayan gəmi işlərində iştirak etmək.
BİLMƏLİDİR: əsas və Yardımçı mexanizmlərin, onların işini təmin edən texniki vasitələrin, göyərtə mexanizmlərinin və sükan qurğularının mexaniki hissələrinin, gəmi sistemlərinin və onlara xidmət edən mexanizmlərin quruluşunu və onları idarə etməyi; gəmi texniki vasitələrinin texniki istismarı qaydalarını; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Gəmi üzrə bütün elektrik avadanlıqlarına və daxili telefon rabitəsi vasitələrinə texniki xidmət üzrə işləri yerinə yetirmək. Gəmi elektrik avadanlığının texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını və təlimatlarını yerinə yetirmək. Elektrik emalatxanasına nəzarət etmək, elektrik bölməsi üzrə material-texniki təchizatının etibarlı saxlanmasını təmin etmək, onların uçotunu aparmaq. Gəmidə elektriklər üçün növbəti iş təyin olunarsa qrafik üzrə növbə çəkmək. Ştat cədvəlində dördüncü elektromexanik vəzifəsi nəzərdə tutulmayan gəmilərdə böyük elektromexanikin icazəsi ilə və onun cavabdehliyi altında elektromexanikin növbəsini çəkmək. Gəmi dar yerlərdən keçdikdə, limana daxil olduqda, limandan çıxdıqda və yanalma əməliyyatları vaxtı elektromexanik tərəfindən təyin olunan yerdə növbə çəkmək. Müvafiq ixtisas vəsiqəsi, iş yerində təhlükəsizlik texnikası üzrə təlimat aldıqdan və kapitanın əmri ilə icazə verildikdən sonra böyük mexanikin göstərişi ilə, gəminin yanalma əməliyyatı və yüklərin bərkidilməsi da daxil olmaqla, bilavasitə vəzifə borcuna aid olmayan gəmi üzrə digər işlərdə iştirak etmək.
BİLMƏLİDİR: gəmi elektrik avadanlıqlarının texniki istismarı qaydalarını; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını və təlimatları.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Refrijerator qurğularının soyuducu maşınlarına, havanın kondisiyalaşdırılması qurğularına və onlara xidmət edən texniki vasitələrə texniki xidmətdə və onların təmirində iştirak etmək. Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını yerinə yetirmək. Refrijerator maşinistlərinin işlərinə rəhbərlik etmək. Gəmidə mövcud olan qrafikə əsasən növbə çəkmək. Müvafiq ixtisas vəsiqəsi, iş yerində təhlükəsizlik texnikası üzrə təlimat aldıqdan və kapitanın əmri ilə icazə verildikdən sonra böyük mexanikin göstərişi ilə, gəminin yanalma əməliyyatı və yüklərin bərkidilməsi də daxil olmaqla, bilavasitə vəzifə borcuna aid olmayan gəmi üzrə digər işlərdə iştirak etmək.
BİLMƏLİDİR: bütün refrijerator avadanlığının, havanın kondisiyalaşdırılması qurğularının və onlara xidmət edən texniki vasitələrin quruluşunu və onlara xidməti; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Qazanxana qurğusuna və ona xidmət edən texniki vasitələrə texniki xidmətdə və onların təmirində iştirak etmək. Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını yerinə yetirmək. Qazanxana maşinistlərinin işinə rəhbərlik etmək. Gəmidə mövcud olan qrafikə əsasən növbə çəkmək. Müvafiq ixtisas vəsiqəsi, iş yerində. təhlükəsizlik texnikası üzrə təlimat aldıqdan və kapitanın əmri ilə icazə verildikdən sonra böyük mexanikin göstərişi ilə, gəminin yanalma əməliyyatı və yüklərin bərkidilməsi də daxil olmaqla, bilavasitə vəzifə borcuna aid olmayan Gəmi üzrə digər işləri yerinə yetirmək.
BİLMƏLİDİR: Qazanxana qurğusunu və ona xidmət edən texniki vasitələrin idarə edilməsini; qazanxana qurğusuna xidmət edən sistemlərin, mexanizmlərin, avtomatlaşdırma vasitələrinin və nəzarət-ölçü cihazlarının quruluşunu və onlara xidməti; qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadəni.
İŞİN XÜSUSİYYƏTİ. Qazanxana qurğusuna xidmətdə və onun təmirində iştirak etmək. Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını yerinə yetirmək. Gəmidə mövcud olan qrafikə əsasən növbə çəkmək. Müvafiq ixtisas vəsiqəsi, iş yerində təhlükəsizlik texnikası üzrə təlimat aldıqdan və kapitanın əmri ilə icazə verildikdən sonra böyük mexanikin göstərişi ilə, gəminin yanalma əməliyyatı və yüklərin bərkidilməsi də daxil olmaqla, bilavasitə vəzifə borcuna aid olmayan gəmi üzrə digər işlərin yerinə yetirilməsində iştirak etmək.
BİLMƏLİDİR: qazanxana qurğusuna xidmət edən sistemlərin, mexanizmlərin, avtomatlaşdırma vasitələrinin və nəzarət-ölçü cihazlarının quruluşunu və onlara xidməti; qəza-xilasetmə avadanlığının yanğınsöndürmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadəni.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Gəmi hərəkətdə olduqda körpücükdə, limanda dayandıqda isə nərdivanın yanında növbə çəkmək. Gəmi işlərində və gövdə hissəsinə texniki xidmət üzrə işlərdə iştirak etmək. Anbarların yüklərinin bağlanması və açılmasında iştirak etmək, bortkənarı laqı buraxmaq və yığmaq, laqın göstəricilərini qeyd etmək. Yük vasitələrinin və avadanlıqlarının hazırlanmasında və yığılmasında iştirak etmək. Göyərtəni və gəmi otaqlarını təmizləmək. Gəminin yanalma əməliyyatında iştirak etmək.
Yük əməliyyatları ilə bağlı işlərin görülməsi vaxtı:
- yük əməliyyatlarının başlanması ərəfəsində hidravlik və mexaniki ötürücülülük çanaqlarının etibarlı bərkidilməsinə, bütün sistemlərin boğazlıqlarının kip bağlanmasına, boruların sazlanmasına, qəliblərin, çirkab su quyularının və qəbul torlarının təmiz olmasına, qəlib qapaqların möhkəm bağlanmasına nəzarət etmək;
- yük əməliyyatları zamanı anbarda və ya yükün yanında olmaq və kapitanın ikinci köməkçisinin göstərişi ilə yüklərin yerləşdirilməsinə nəzarət etmək;
- yüklərin çeşidlənməsinə nəzarət etmək və lazım gəldikdə yükləri saymaq;
- anbarlarda yüklərin saxlanmasına nəzarət etmək və nasaz qabda olan və sənədlərə uyğun gəlməyən markası olan yüklərin anbarlara vurulmasına yol verməmək, aşkar edilən bütün nöqsanlar haqqında kapitanın növbə köməkçisinə məlumat vermək;
- yük əməliyyatlarının dayandırılması haqqında kapitanın növbə köməkçisinə məlumat vermək;
- əgər yük əməliyyatları zamanı bütün bimslər çıxarılmayıbsa, qalan bimslərin boltlarla möhkəm bərkidilməsinə nəzarət etmək;
- anbar nərdivanlarının sazlığına nəzarət etmək, aşkar edilən bütün nasazlıqlar haqqında təxirəsalınmadan kapitanın növbə köməkçisinə məlumat vermək;
- anbarlarda siqaret çəkməyə yol verməmək, orada təmizliyi təmin etmək. Gəminin ştat cədvəlində yanğın üzrə matros vəzifəsi olmadıqda, onun vəzifəsini icra etmək. İş yerində təhlükəsizlik texnikası qaydaları üzrə təlimat aldıqdan sonra, lazım gəldikdə maşın şöbəsində rəngsaz və takelaj işlərində iştirak etmək.
BİLMƏLİDİR: gəmi üzrə qəza-xilasetmə, yanğınsöndürmə avadanlıqlarının yerləşməsini və onların təyinatları üzrə istifadəsini; gəmi xilasetmə vasitələrindən istifadəni, əl və mexaniki ötürücülü qayıqların idarə edilməsinin; məlumatların işıq və bayraq siqnalı vasitəsi ilə qəbulunu və verilməsini; rəngsaz, takelaj və yelkən işlərinin yerinə yetirilməsini.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Bütün gəmi texniki vasitələrinə texniki xidmətdə və onların təmirində iştirak etmək. Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını yerinə yetirmək. Gəmidə mövcud olan qrafikə əsasən növbə çəkmək. Müvafiq ixtisas vəsiqəsi, iş yerində təhlükəsizlik texnikası üzrə təlimat aldıqdan və kapitanın əmri ilə icazə verildikdən sonra böyük mexanikin göstərişi ilə, gəminin yanalma əməliyyatı və yüklərin bərkidilməsi də daxil olmaqla, bilavasitə vəzifə borcuna aid olmayan gəmi işlərində iştirak etmək.
BİLMƏLİDİR: əsas və yardımçı mexanizmlərin quruluşunu, onlara xidmət edən boru və qapaqların təyinatını və yerləşməsini; əsas və yardımçı mexanizmlərə, onların işini təmin edən texniki vasitələrə xidməti; yardımçı qazanları və onların işini təmin edən texniki vasitələrə xidməti; qəza-xilasetmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadəni.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Gəmi üzrə bütün elektrik avadanlıqlarına texniki xidmətdə və onların təmiri işlərində iştirak etmək. Gəmi elektrik avadanlıqlarının texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını yerinə yetirmək. Gəmidə elektriklər üçün növbəti iş təyin edilərsə, qrafik üzrə növbə çəkmək, gəmi dar yerlərdən keçdikdə, limana daxil olduqda, limandan çıxdıqda və yanalma əməliyyatları zamanı elektromexanik tərəfindən təyin olunan yerdə növbə çəkmək. Müvafiq ixtisas vəsiqəsi, iş yerində təhlükəsizlik texnikası üzrə təlimat aldıqdan və kapitanın əmri ilə icazə verildikdən sonra böyük mexanikin göstərişi ilə, gəminin yanalma əməliyyatı və yüklərin bərkidilməsi də daxil olmaqla. bilavasitə vəzifə borcuna aid olmayan gəmi üzrə digər işlərdə iştirak etmək.
BİLMƏLİDİR: gəmi elektrik avadanlıqlarının iş prinsipini; mexaniki qurğuların elektrik avadanlıqlarının texniki vasitələrini idarə etməyi; mexaniki qurğuların iş prinsipini və konstruktiv xüsusiyyətlərini; maşın şöbəsinin yanğınsöndürmə vasitələrindən istifadəni; təhlükəsizlik texnikası qaydalarını.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Yanğınsöndürmə vasitələrinin və avadanlıqlarının saz vəziyyətini vaxtaşırı yoxlamaq və aşkar edilmiş nasazlıqlar haqqında kapitanın yanğın üzrə köməkçisinə məlumat vermək. Yük əməliyyatları vaxtı anbarlarda yanğın təhlükəsizliyinin vəziyyətini və yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsini yoxlamaq. Gəmidə təmir işlərinin və açıq alov tətbiq edilməklə işlərin görülməsi zamanı yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək. Maye yük daşıyan gəmilərin göyərtəsində əsas klinketlərin dəyişdirilməsini yerinə yetirmək. Yanğın üzrə növbə çəkmək. Kapitanın böyük köməkçisinin göstərişi ilə gəmi işlərini yerinə yetirmək.
BİLMƏLİDİR: gəmi otaqlarının yerləşməsini; və sahəsi üzrə yanğından mühafizə vasitələrinin quruluşunu və yerləşməsini, onlardan istifadə etməyi; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Dalğıc işlərinə aid qüvvədə olan əsasnamələri rəhbər tutmaqla, böyük mexanikin göstərişi ilə sualtı işləri yerinə yetirmək. Dalğıc avadanlıqlarının saz vəziyyətini təmin etmək, gəmi işlərinin yerinə yetirmək, lazım gəldikdə növbə çəkmək. Təhlükəsizlik texnikası qaydalarını yerinə yetirmək.
BİLMƏLİDİR: dalğıc işlərini, dalğıb ləvazimatının istismarı qaydalarını; dalğıc işlərinin yerinə yetirilməsi metodlarını, takelaj işlərini; təhlükəsizlik texnikası qaydalarını.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Aşpazın göstərişi ilə mətbəx işlərini görmək. Mətbəxi, mətbəxin yardımçı otaqlarını və mətbəx qablarını təmiz saxlamaq. Bir aşpaz vəzifəsi olan gəmilərdə yeməklərin hazırlanmasında və paylanmasında aşpaza kömək etmək.
BİLMƏLİDİR: mətbəx işlərini, sanitar və gigiyena qaydalarını.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Komandir heyətin kayutlarını, xidməti otaqları, klubu, dəhlizləri süpürüb-təmizləmək, həmçinin heyətin yeməkxanasını təmizləmək, heyətin yeməkxanasına yeməkləri aparmaq və qabları yumaq. Bufetdən lazımi sayda qabları, ağları və digər inventarları qəbul etmək və onların lazımi qaydada saxlanmasını təmin etmək. Sərnişin gəmilərində sərnişinlərin otaqlarına xidmət etmək
BİLMƏLİDİR: bufet qablarının, ağların, inventarların saxlanması qaydalarını; sanitar və gigiyena qaydalarını.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Kapitanın ikinci köməkçisinin göstərişi ilə yükvurma-yükboşaltma, ballastlaşdırma və ballastsızlaşdırma əməliyyatlarını yerinə yetirmək. Yük və təmizləmə nasoslarının, yük və təmizləmə borularının, ballast sisteminin, yükün miqdarını ölçən sistemin, qazötürmə, klinketlərin distansiyadan idarəolunma sistemlərinin və öz sahəsinə aid başqa texniki vasitələrin etibarlı işləməsini təmin etmək. Öz sahəsinə aid texniki vasitələrin texniki istismarını təmin etmək. Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarının, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarını yerinə yetirmək. Texniki vasitələrin ortaya çıxan qüsur və nasazlıqlarını şəxsən və ya gəmi mütəxəssilərini cəlb etməklə aradan götürmək. Texniki vasitələrə texniki xidmət və onların təmiri üzrə iş planını tərtib etmək və onu ikinci mexanikə təqdim etmək. Sahil və gəmi mütəxəssisləri tərəfindən görülən təmir işlərinin keyfiyyətinə nəzarət etmək. Lazım gəldikdə, mexaniki qurğulara növbə ilə göstərilən xidmətdə, gəminin bütün texniki vasitələrinə xidmətdə və onların təmiri işlərində iştirak etmək.
BİLMƏLİDİR: öz sahəsi üzrə texniki vasitələrin quruluşu, gəmidə yerləşməsi və iş prinsipini; öz sahəsi üzrə texniki vasitələrin idarə edilməsini və onların təyinatı üzrə istifadə edilməsini; gəmi yanğın söndürmə vasitələrindən və sistemlərindən istifadə qaydalarını; təhlükəsizlik texnikası qaydalarını.
ƏMƏYİN ÖDƏNMƏSİ DƏRƏCƏLƏRİ:
7-ci dərəcə - 2-ci qrup gəmilərdə;
8-ci dərəcə - 3-4-cü qrup gəmilərdə;
9-cu dərəcə - 5-6-cı qrup gəmilərdə;
10-cu dərəcə - 6-cı qrupdan böyük gəmilərdə.
İŞLƏRİN XÜSUSİYYƏTİ. Refrijerator və havanın kondisiyalaşdırılması qurğularına texniki xidmətdə və onların təmirində iştirak etmək. Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını yerinə yetirmək. Gəmidə mövcud olan qrafikə əsasən növbə çökmək. Müvafiq ixtisas vəsiqəsi, iş yerində təhlükəsizlik texnikası üzrə təlimat aldıqdan və kapitanın əmri ilə icazə verildikdən sonra böyük mexanikin göstərişi ilə, gəminin yanalma əməliyyatı və Yüklərin bərkidilməsi də daxil olmaqla, bilavasitə vəzifə borcuna aid olmayan gəmi üzrə dikər işlərdə iştirak etmək.
BİLMƏLİDİR: refrijerator və havanın kondisiyalaşdırılması qurğuları soyuducu maşınlarının, onlara xidmət edən texniki vasitələrin quruluşunu və onlara xidməti; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
Birinci dərəcəli matros
Birinci dərəcəli motorçu (maşinist)
Birinci dərəcəli elektrik
Birinci dərəcəli anbar motorçusu
Böyük motorçu (böyük maşinist)
Böyük refrijerator maşinisti
Böyük qazanxana maşinisti
İkinci dərəcəli matros
İkinci dərəcəli motorçu (maşinist)
İkinci dərəcəli elektrik
Pompa maşinisti (donkerman)
Refrijerator maşinisti
Моторист (машинист) I класса
Трюмный моторист (машинист) I класса
Старший моторист (старший машинист)
Старший рефрижераторный машинист
Моторист (мащинист) II класса
Матрос по рожарной части
Рефрижераторный (донкерман)
Рефрижераторный машинист