Qanunvericilik › Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Limanda xidmətlərin göstərilməsi qaydaları

Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Limanda gəmilərə və sərnişinlərə, yük əməliyyatlarının həyata keçirilməsi və yükün aşırılması ilə bağlı xidmətlər göstərilir.

15.2. Limanda xidmətlərin göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

15.3. Liman xidmətlərinə (liman qurğularının istismarı və yükaşırma daxil olmaqla) və dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərə görə tariflər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

15.3-1. Bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı aşağıdakı xidmətlərə görə tarif müəyyən edilir:

15.3-1.1. gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi;

15.3-1.2. dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili;

15.3-1.3. gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi;

15.3-1.4. gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması.

15.4. Limanda göstərilən və qiymətləri dövlət tərəfindən tənzimlənməyən xidmətlərə görə qiymətlər müqavilə əsasında müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver