Qanunvericilik › Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Limanın bağlanması

Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Limanın bağlanması haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

7.2. Limanın bağlanması haqqında qərar qəbul edildiyi gündən etibarən liman 1 (bir) ildən tez bağlanıla bilməz.

7.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) limanın bağlanması barədə liman idarəsinə və dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatlara 5 iş günü müddətində yazılı məlumat göndərir.

7.4. Liman bağlandıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrində 10 iş günü müddətində bu barədə müvafiq qeydlər aparmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver