Qanunvericilik › Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Azərbaycan Respublikasının Dəniz Limanları Reyestri

Dəniz limanları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Limanlar Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrində dövlət qeydiyyatına alınırlar.

9.2. Azərbaycan Respublikasının Dəniz Limanları Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

9.3. Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinə aşağıdakı məlumatlar daxil edilir:

9.3.1. limanın adı;

9.3.2. limanın qeydiyyat nömrəsi;

9.3.3. liman idarəsinin adı və ünvanı;

9.3.4. xidmətlərin göstərilməsi üçün limanın açılması haqqında qərarın tarixi və nömrəsi;

9.3.5. dəniz terminallarının operatorlarının, habelə onlar tərəfindən həyata keçirilən xidmətlərin siyahısı;

9.3.6. limanın əsas texniki xarakteristikaları, o cümlədən onun yükün aşırılması, gəmilərə və (və ya) sərnişinlərə xidmət göstərilməsi üzrə imkanları;

9.3.7. naviqasiya dövrü;

9.3.8. limanın coğrafi mövqeyi;

9.3.9. limanın Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrindən xaric edilməsinin əsası və tarixi.

9.4. Bu Qanunun 9.3-cü maddəsində göstərilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrində müvafiq dəyişikliklər edilir.

9.5. Limanın Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrindən xaric edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xidmətlərin göstərilməsi üçün limanın bağlanması haqqında qərarı əsasında həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver