Qanunvericilik › Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.05.2000) › Tam mətn

Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.05.2000)

Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.05.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində normativ aktlarının Azərbaycan Respublikasının 1997-ci il 22 aprel tarixli 276-IQ nömrəli Qanunu ilə qoşulduğu “Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında” 1978-ci il Beynəlxalq Konvensiyasına 1995-ci ildə qəbul edilmiş düzəlişlərin tələblərinə uyğunlaşdırılması məqsədi ilə və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarət Komitəsi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Gəmilərin qəza hadisələrinin təsnifatı, təhqiqatı və qeydə alınması Qaydaları;

Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsi;

Azərbaycan Respublikasının gəmiçilik şirkətləri üçün qəza hallarında tədbirlər planının təşkili üzrə Təlimat;

Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi haqqında Əsasnamə;

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində istehsalat və üzgüçülük təcrübəsinin təşkili və aparılması haqqında Əsasnamə;

Fəlakət zamanı təhlükəsizliyin təmin edilməsi üçün qlobal dəniz rabitə sisteminin tətbiqi haqqında Əsasnamə;

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində növbəçəkmənin təşkili və icrası üzrə Təlimat;

“Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında” 1978-ci il Beynəlxalq Konvensiyasına 1995-ci ildə qəbul edilmiş düzəlişlərin tələblərinin gəmiçilik şirkətləri tərəfindən yerinə yetirilməsi üzrə Təlimat;

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində komandir heyəti kadrlarının seçilməsi, vəzifəyə təyin edilməsi və xidməti vəzifələrinin artırılması barədə Əsasnamə;

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 8 may 2000-ci il

1. 11 avqust 2003-cü il tarixli 104 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 08, maddə 460)

2. 30 iyun 2006-cı il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 06, maddə 584)

3. 8 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021)

4. 22 oktyabr 2012-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1031)

5. 23 oktyabr 2014-cü il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 oktyabr 2014-cü il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1323)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver