Qanunvericilik › “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.08.2016) › Tam mətn

“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.08.2016)

“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.08.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 yanvar tarixli 751 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 15 avqust 2016-cı il

1.1. Bu Qayda Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 22.6-cı maddəsinə əsasən hazırlanmışdır.

1.2. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi zamanı bu Qayda ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında”, “İnzibati icraat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarına, habelə “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın IX fəslinə (“Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”yə) əsasən tənzimlənir.

2.1. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən olunur və Şəhadətnamədə aşağıdakılar öz əksini tapır:

2.1.1. Şəhadətnaməni verən inzibati orqanın adı və ünvanı;

2.1.2. Şəhadətnamənin adı;

2.1.3. Şəhadətnamənin qeydiyyat nömrəsi;

2.1.4. Şəhadətnamə verilən şirkətin Beynəlxalq Dəniz Təşkilatı (bundan sonra – BDT) nömrəsi;

2.1.5. Şəhadətnamə verilən şirkətin adı və hüquqi ünvanı;

2.1.6. şirkətin istismar edə biləcəyi gəmilərin tipi;

2.1.7. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq şirkətdə aparılmış son yoxlama tarixi;

2.1.8. Şəhadətnamənin verildiyi yer;

2.1.9. Şəhadətnamənin verildiyi tarix;

2.1.10. Şəhadətnamənin müddəti;

2.1.11. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, illik yoxlamanın keçirilməsinə dair qeyd;

2.1.12. imza və möhür yeri.

2.2. Gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən olunur və Şəhadətnamədə aşağıdakılar öz əksini tapır:

2.2.1. Şəhadətnaməni verən inzibati orqanın adı və ünvanı;

2.2.2. Şəhadətnamənin adı;

2.2.3. Şəhadətnamənin qeydiyyat nömrəsi;

2.2.6. gəminin çağırış siqnalı;

2.2.7. gəminin qeydiyyat limanı;

2.2.8. gəminin ümumi tutumu;

2.2.9. gəminin BDT nömrəsi;

2.2.10. gəmini istismar edən şirkətin BDT nömrəsi;

2.2.11. gəmini istismar edən şirkətin adı və hüquqi ünvanı;

2.2.12. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq gəmidə aparılmış son yoxlama tarixi;

2.2.13. Şəhadətnamənin verildiyi yer;

2.2.14. Şəhadətnamənin verildiyi tarix;

2.2.15. Şəhadətnamənin müddəti;

2.2.16. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, ara və əlavə yoxlamaların keçirilməsinə dair qeyd;

2.2.17. imza və möhür yeri.

2.3. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin (bundan sonra – Şəhadətnamə) yuxarı hissəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin (bundan sonra – Agentlik) tam adı və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri əks olunur.

2.4. Şəhadətnamələrin üzərindəki məlumatlar Azərbaycan və ingilis dillərində göstərilir.

3.1. Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları Şəhadətnamənin alınması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada Agentliyə ərizə təqdim edirlər.

3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (bu Qaydanın 3.4-cü bəndində göstərilən qaydada əldə edə bilmədikdə):

3.2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

3.2.2. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

3.2.3. ərizədə qeyd olunan obyektlərdən hər birinin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədinin surəti;

3.2.4. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, ixtisasa, hazırlığa və təcrübəyə malik olan məsul şəxs və ya şəxslərin müvafiq sənədlərinin və vəzifəyə təyin edilməsi barədə müqavilənin surəti;

3.2.5. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq tərtib edilmiş əmniyyətli idarəetmə sistemi;

3.2.6. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tətbiq edildiyi gəmilərin siyahısı və tipləri;

3.2.7. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq keçirilmiş yoxlamanın nəticəsinə dair akt.

3.3. Bu Qaydanın 3.2-ci bəndində göstərilən sənədlər bilavasitə təqdim edildikdə, sənədlərin surətləri onların əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır. Ərizəçi Şəhadətnamənin alınması üçün poçt rabitəsi və ya elektron qaydada müraciət etdikdə, bu Qaydanın 3.2.1-ci, 3.2.2-ci, 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə edir.

3.4. Şəhadətnamənin alınması üçün ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.5. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu Agentliyin verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Agentliyə təqdim olunur.

3.6. Ərizə Agentlik tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.

4.1. Agentlik ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və Şəhadətnamənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qaydanın 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq Agentlik onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, habelə formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.

4.2. Ərizəçi bu Qaydanın 4.1-ci bəndində göstərilən çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman Şəhadətnamənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət Şəhadətnamənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

4.3. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 4.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Agentlik ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir, həmçinin bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

4.4. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra Şəhadətnamənin alınması üçün təkrar ərizə ilə Agentliyə müraciət edə bilər.

4.5. Azərbaycan Respublikasının qanunları ilə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, Agentlik təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq Şəhadətnaməni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

4.6. Agentlik bu Qaydanın 4.5-ci bəndi ilə müəyyən edilmiş müddətdən gec olmayaraq, ərizəçiyə Şəhadətnaməni təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, Şəhadətnamənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Şəhadətnamənin verilməsindən imtina haqqında inzibati akt Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

4.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd ərizəçi tərəfindən Agentliyə təqdim edildikdən sonra Şəhadətnamə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Agentliyə təqdim edilmədikdə, Şəhadətnamə Agentlik tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

4.8. Gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə alındıqdan sonra verilir.

4.9. Agentlik tərəfindən verilən Şəhadətnamələrlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində göstərilən məlumatları əks etdirən reyestr aparılır və onların yeniləndiyi gün reyestrdə qeydə alınması təmin edilir.

4.10. Şəhadətnamə Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

5.1. Ərizədə və ona əlavə edilmiş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qaydanın 4.1-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə) Şəhadətnamənin verilməsindən imtina edilir.

5.2. Şəhadətnamənin verilməsindən imtina haqqında inzibati akt imtina halları göstərilməklə əsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

6.1. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

7.1. Şəhadətnamə aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

7.1.1. Şəhadətnamə sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;

7.1.2. Şəhadətnamə sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə;

7.1.3. Şəhadətnamənin sahibi Şəhadətnamənin müddətinin uzadılması ilə bağlı Agentliyə müraciət etdikdə.

7.2. Bu Qaydanın 7.1-ci bəndində göstərilən əsaslar olduqda, Şəhadətnamənin sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq Şəhadətnamənin yenidən rəsmiləşdirilməsi üçün Agentliyə ərizə ilə müraciət etməlidir.

7.3. Həmin ərizəyə yenidən rəsmiləşdirilməli olan Şəhadətnamə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi uçotuna alınması haqqında Şəhadətnamənin surətləri əlavə olunur.

7.4. Agentlik bu Qaydanın 7.2-ci və 7.3-cü bəndlərinə uyğun olaraq, ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan 3 iş günü ərzində müvafiq düzəlişləri edərək yenidən rəsmiləşdirilmiş Şəhadətnaməni Şəhadətnamənin sahibinə və ya onun hüquqi varisinə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

7.5. Şəhadətnamə sahibi Şəhadətnamənin müddətini uzatmaq istədikdə, Şəhadətnamənin müddətinin bitməsinə ən azı 30 gün qalmış Şəhadətnamənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün Agentliyə ərizə ilə müraciət etməlidir.

7.6. Şəhadətnamənin yenidən rəsmiləşdirildiyi müddətdə Şəhadətnamənin sahibi və ya onun hüquqi varisi öz fəaliyyətini Agentliyə təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir.

8.1. Şəhadətnamə itirildikdə və ya zədələndikdə, Şəhadətnamə sahibi Şəhadətnamənin dublikatının verilməsi üçün Agentliyə ərizə ilə müraciət edir.

8.2. Agentlik ərizənin daxil olduğu tarixdən 3 iş günü müddətində Şəhadətnamənin dublikatını hazırlayaraq, ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

8.3. Şəhadətnamənin dublikatının verildiyi müddətdə Şəhadətnamə sahibi öz fəaliyyətini Agentliyə təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Həmin arayış Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

8.4. Şəhadətnamənin dublikatı itirilmiş və ya zədələnmiş Şəhadətnamə ilə eyni hüquqi qüvvəyə malikdir.

9.1. Şəhadətnamənin qüvvəsi aşağıdakı hallarda dayandırılır:

9.1.1. Şəhadətnamənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

9.1.2. Şəhadətnamənin sahibi Şəhadətnamənin verilməsi şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair Agentliyin göstərişlərini yerinə yetirmədikdə.

9.2. Şəhadətnamənin qüvvəsi Agentliyin inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddət göstərilməlidir. Bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən əsas üzrə Şəhadətnamənin qüvvəsinin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.

9.3. Şəhadətnamənin sahibi Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddət bitənədək, bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində Agentliyə yazılı məlumat verməlidir.

9.4. Bu Qaydanın 9.1.1-ci yarımbəndində göstərilən əsas üzrə dayandırılmış Şəhadətnamənin qüvvəsi Şəhadətnamə sahibinin müvafiq ərizəsinə, bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən halda dayandırılmış Şəhadətnamənin qüvvəsi isə həmin halların aradan qaldırılması barədə Şəhadətnamə sahibinin təqdim etdiyi yazılı məlumata əsasən Agentliyin inzibati aktı ilə bərpa olunur.

9.5. Şəhadətnamənin qüvvəsinin dayandırılması və bərpa olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində Şəhadətnamənin sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

9.6. Şəhadətnamənin sahibi Şəhadətnamənin qüvvəsinin dayandırılması haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10.1. Şəhadətnamə Agentlik tərəfindən 5 il müddətinə verilir.

10.2. Şəhadətnamənin dublikatının müddəti əvvəlki Şəhadətnamənin müddəti ilə məhdudlaşır.

10.3. Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddət Şəhadətnamənin müddətinə daxil edilir.

11.1. Şəhadətnamə aşağıdakı hallarda ləğv edilir:

11.1.1. Şəhadətnamə sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

11.1.2. Şəhadətnamənin müddəti bitdikdə;

11.1.3. Şəhadətnamənin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;

11.1.4. məhkəmənin müvafiq qərarı olduqda;

11.1.5. Şəhadətnamənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

11.1.6. bu Qaydanın 9.3-cü bəndində göstərilən məsələ ilə bağlı Agentliyə yazılı məlumat verilmədikdə;

11.1.7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.8-ci maddəsində göstərilən əsas olduqda;

11.1.8. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə riayət olunmadıqda.

11.2. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə ləğv edildikdə, şirkətin sahibliyində olduğu gəmilərə verilmiş müvafiq Şəhadətnamələr də ləğv edilir.

11.3. Şəhadətnamə bu Qaydanın 11.1-ci bəndində göstərilən hallara (bu Qaydanın 11.1.4-cü yarımbəndi istisna olmaqla) istinad edilməklə, Agentliyin inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində Şəhadətnamənin sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

11.4. Şəhadətnamənin sahibi Şəhadətnamənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Bu Şəhadətnamə “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli əlavələr edilmiş BEYNƏLXALQ KONVENSİYANIN tələblərinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmişdir.

Issued under the provisions of the INTERNATIONAL CONVENTION FOR THE SAFETY OF LIFE AT SEA, 1974, as amended under the authority of the Government of THE REPUBLIC OF AZERBAIJAN by the STATE MARITIME AND PORT AGENCY UNDER THE MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT.

Şirkətin identifikasiya nömrəsi

Company identification number __________________________________

Şirkətin adı və hüquqi ünvanı

Name and address of the Company __________________________________________________

Bununla təsdiq edilir ki, Şirkətin əmniyyətli idarəetmə sistemi yoxlanılmışdır və aşağıda göstərilən tip gəmilər üçün Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin (ƏİBM) tələblərinə cavab verir.

THIS IS TO CERTIFY THAT the safety management system of the Company has been audited and that it complies with the requirements of the International Management Code (ISM Code) for the types of ships listed below (delete as appropriate):

Sərnişin gəmisi / Passenger ship Yüksəksürətli sərnişin kateri / Passenger high-speed craft Yüksəksürətli yük kateri / Cargo high-speed craft Qalama yük gəmisi / Bulk carrier Neft tankeri / Oil tanker Kimyəvi maddələr daşıyan tanker / Chemical tanker Qazdaşıyan / Gas carrier Üzən qazma qurğusu / Mobile offshore drilling unit Digər yük gəmisi / Other cargo ship

İllik yoxlamaların keçirilməsi şərtilə

Şəhadətnamənin etibarlılıq müddəti

This Document of Compliance is valid until _______________________________________

subject to periodical verification.

Aparılmış son yoxlama tarixi

Completion date of the verification on which this certificate is based: ___________________

Verildiyi yer Verilmə tarixi

Issued at ______________________ Date of issue ______________________

BUNUNLA TƏSDİQ EDİLİR Kİ, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın IX/6.1 qaydasının və ƏİBM-in 13.4-cü bəndinin tələblərinə müvafiq olaraq, aparılmış ara yoxlaması zamanı əmniyyətli idarəetmə sisteminin ƏİBM-in tələblərinə uyğun olması müəyyən edilmişdir.

THIS IS TO CERTIFY THAT, at the periodical verification in accordance with regulation IX/6.1 of the Convention and paragraph 13.4 of the ISM Code, the safety management system was found to comply with the requirements of the ISM Code.

Ünvan: AZ1003, Bakı şəhəri, Xanlar küçəsi, 2B.

Tel.: (+99412) 497 44 05; Faks: (+99412) 497 44 06.

E-mail: info@ardda.gov.az; URL: www.ardda.gov.az

Address: 2B. Khanlar str., Baku, AZ1003, Azerbaijan

Tel.: (+99412) 497 44 05; Fax: (+99412) 497 44 06.

E-mail: info@ardda.gov.az; URL: www.ardda.gov.az

Bu Şəhadətnamə “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli əlavələr edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmişdir.

Issued under the provisions of the INTERNATIONAL CONVENTION FOR THE SAFETY OF LIFE AT SEA, 1974, as amended under the authority of the Government of THE REPUBLIC OF AZERBAIJAN by the STATE MARITIME AND PORT AGENCY UNDER THE MINISTRY OF DIGITAL DEVELOPMENT AND TRANSPORT.

Name of ship ____________________________

Type of ship* ____________________________

Distinctive number or letters _______________

Gross tonnage ___________________________

Port of registry ___________________________

IMO Number ____________________________

Şirkətin identifikasiya nömrəsi

Company identification number _____________________

Şirkətin adı və hüquqi ünvanı

Name and address of the Company _____________________________________________

Bununla təsdiq edilir ki, gəminin əmniyyətli idarəetmə sistemi yoxlanılmışdır, Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllənin (ƏİBM) tələblərinə cavab verir və Dənizçilik şirkətinin ƏİBM-in tələblərinə uyğun olması haqqında Şəhadətnamə bu tip gəmiyə şamil olunur.

THIS IS TO CERTIFY THAT the safety management system of the ship has been audited and that it complies with the requirements of the International Management Code for the Safe Operation of Ships and for Pollution Prevention (ISM Code), following verification that the Document of Compliance for the Company is applicable to this type of ship.

Bu Şəhadətnamə dövri yoxlamaların keçirilməsi şərtilə və Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə etibarlı olduğu halda _______________________tarixinədək etibarlıdır.

This Safety Management Certificate is valid until ______________________________subject to periodical verification and the Document of Compliance remaining valid.

Aparılmış son yoxlama tarixi

Completion date of the verification on which this certificate is based: ______________________________

Issued at _____________________

Date of issue _____________________

_______________________________________________________________________________________________________________

· Göstərilən gəmi tipindən birini daxil edin: sərnişin gəmisi; yüksəksürətli sərnişin kateri; yüksəksürətli yük kateri; qalama yük gəmisi; neft tankeri; kimyəvi maddələr daşıyan tanker; qazdaşıyan; üzən qazma qurğusu; digər yük gəmisi

Insert the type of ship from among the following: passenger ship; passenger high-speed craft; cargo high-speed craft; bulk carrier; oil tanker; chemical tanker; gas carrier; mobile offshore drilling unit; other cargo ship.

Bununla təsdiq edilir ki, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın IX/6.1 qaydasının və ƏİBM-in 13.8-ci bəndinin tələblərinə uyğun olaraq, aparılmış dövri yoxlama zamanı əmniyyətli idarəetmə sisteminin ƏİBM-in tələblərinə uyğun olması müəyyən edilmişdir.

THIS IS TO CERTIFY THAT, at the periodical verification in accordance with regulation IX/6.1 of the Convention and paragraph 13.8 of the ISM Code, the safety management system was found to comply with the requirements of the ISM Code.

__________________________________________________________________________________________

* Əgər varsa, Agentlik tərəfindən ƏİBM-in yerinə yetirilməsinə dair Rəhbərliyin 3.2-ci bəndinin “ilkin yoxlama” müvafiq tələblərinə istinad edilməlidir (A.1071(28) saylı Qətnamə) If applicable, Reference is made to the relevant provisions of section 3.2. ”initial verification” of the Guidelines on Implementation of the International Safety Management (ISM) Code by Administrations (resolution A.1071(28)).

Ünvan: AZ1003, Bakı şəhəri, Xanlar küçəsi, 2B.

Tel.: (+99412) 497 44 05; Faks: (+99412) 497 44 06.

E-mail: info@ardda.gov.az; URL: www.ardda.gov.az

Address: 2B. Khanlar str., Baku, AZ1003, Azerbaijan

Tel.: (+99412) 497 44 05; Fax: (+99412) 497 44 06.

E-mail: info@ardda.gov.az; URL: www.ardda.gov.az

1. 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948)

2. 4 aprel 2022-ci il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 377)

3. 3 mart 2024-cü il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 19 mart 2024-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 328)

4. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)

5. 4 sentyabr 2024-cü il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 12 sentyabr 2024-cü il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1056)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver