“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 dekabr 2023-cü il
Amerika Birləşmiş Ştatları;
Avropa Azad Ticarət Assosiasiyasına üzv olan ölkələr:
İslandiya Respublikası;
İsveçrə Konfederasiyası;
Lixtenşteyn Knyazlığı;
Avropa İttifaqına üzv olan və olmuş ölkələr:
Almaniya Federativ Respublikası;
Avstriya Respublikası;
Bolqarıstan Respublikası;
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;
Estoniya Respublikası;
Finlandiya Respublikası;
Xorvatiya Respublikası;
İrlandiya Respublikası;
İtaliya Respublikası;
Latviya Respublikası;
Lüksemburq Böyük Hersoqluğu;
Portuqaliya Respublikası;
Slovakiya Respublikası;
Sloveniya Respublikası;
Yunanıstan Respublikası;
Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi bağlamış ölkələr:
San-Marino Respublikası;
Türkiyə Respublikası.
Xarici (beynəlxalq) təşkilatlar:
Ümumdünya Səhiyyə Təşkilatı;
Avropa Dərman Agentliyi.