“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli 1784 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Alıcı missiyasında iştirak edəcək xarici şəxslərin müəyyən edilməsi Meyarları” təsdiq edilsin (2 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 31 oktyabr 2018-ci il
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən hazırlanmışdır və dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilməsi qaydasını müəyyən edir.
1.2. Müsabiqənin keçirilməsinin məqsədi Qaydada nəzərdə tutulan dəstək tədbirlərinin həyata keçirilməsi üçün ixracatçıların şəffaflıq və bərabərlik şəraitində seçilməsindən ibarətdir.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. müsabiqənin təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
1.3.2. iddiaçı - müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət edən hüquqi şəxs və ya fərdi sahibkar;
1.3.3. müsabiqənin iştirakçısı - müsabiqənin təşkilatçısı tərəfindən müsabiqədə iştirak etməyə buraxılan iddiaçı;
1.3.4. dəstək tədbiri - xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan Respublikasının ərazisinə alıcı missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixracla bağlı beynəlxalq sertifikat alınması, tədqiqat-inkişaf proqram və layihələrinin həyata keçirilməsi;
1.3.5. ixrac missiyası - qeyri-neft məhsullarının yeni ixrac bazarlarına çıxış imkanlarını aşkar etmək və mövcud ixrac bazarlarında ixracatçıların biznesini daha da genişləndirmək üçün təşkil edilən fəaliyyət;
1.3.6. alıcı missiyası - xarici ölkələrə məhsulların idxalını və ya distribütorluğunu həyata keçirən şəxsin Azərbaycan bazarından qeyri-neft məhsullarını alması üçün təşkil edilən fəaliyyət;
1.3.7. bazar araşdırması - qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədi ilə təşkil edilən fəaliyyət;
1.3.8. tədqiqat-inkişaf proqramı - ixracyönlü yeni məhsulun və ya istehsal texnologiyalarının yaradılması və inkişaf etdirilməsi, habelə mövcud məhsulun istehsal xərclərinin azaldılması və əlavə dəyərinin artırılması məqsədi ilə həyata keçirilən fəaliyyət.
1.4. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 4.4-cü və 4.10-cu bəndlərində nəzərdə tutulmuş dəstək tədbirlərinə şamil edilmir.
2.1. Müsabiqə müsabiqənin təşkilatçısı tərəfindən yaradılan müsabiqə komissiyası (bundan sonra - komissiya) tərəfindən həyata keçirilir. Komissiyanın üzvləri, o cümlədən sədri və sədrin müavini Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən təyin edilir.
2.2. Komissiya üzvlərinin ümumi sayı 7 (yeddi) nəfərdən ibarət olmalıdır.
2.3. Komissiyanın üzvü müsabiqənin iştirakçısı, müsabiqənin iştirakçısı ilə əmək münasibətlərində olan şəxs, fərdi sahibkar olan müsabiqə iştirakçısının qohumu (ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları), hüquqi şəxs olan müsabiqə iştirakçısının təsisçisi (səhmdarı, payçısı), direktorlar şurasının (müşahidə şurasının) üzvü, kreditoru və borclusu ola bilməz. Komissiya üzvlərinin adıçəkilən şəxslərdən biri olduğu aşkar edildikdə, müsabiqənin təşkilatçısı onu başqa şəxslə əvəz edir.
2.4. Komissiya müsabiqədə iştirak üçün müsabiqənin iştirakçıları tərəfindən təqdim olunmuş ərizələrə baxır və müsabiqəni keçirir.
2.5. Komissiyanın işinə rəhbərliyi komissiyanın sədri, o olmadıqda isə komissiyanın sədrinin müavini həyata keçirir.
2.6. Komissiyanın sədri komissiyanın iclasının yeri və vaxtı barədə komissiya üzvlərini məlumatlandırmalıdır.
2.7. Komissiyanın iclası onun üzvlərinin ən azı yarısı iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın hər bir üzvü bir səsə malikdir.
2.8. Komissiyanın qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici sayılır.
2.9. Müsabiqənin təşkilatçısı bu Qaydanın 2.10-cu və 2.11-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla, dəstək tədbirləri üzrə müsabiqənin keçirilməsi haqqında elanı müsabiqənin keçirilməsi gününə ən azı 25 gün qalmış (ixrac missiyalarında və beynəlxalq sərgi və (və ya) yarmarkalarda vahid ölkə stendi ilə iştirak edəcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqələr zamanı müvafiq dəstək tədbirinin ilk gününə ən azı 45 gün qalmış) mediada dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
2.10. Beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elan hər il fevralın 1-dək verilir və müraciət edilməsi üçün ən azı 60 (altmış) günlük müddət müəyyən olunur.
2.11. Alıcı missiyalarında iştirak edəcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin keçirilməsi gününə ən azı 15 gün qalmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən mediada dərc etdirilir və onun rəsmi internet saytında yerləşdirilir.
2.12. Müsabiqənin keçirilməsi haqqında elanda aşağıdakılar göstərilir:
2.12.1. müsabiqənin təşkilatçısının adı, yerləşdiyi yer, poçt və elektron poçt ünvanı, əlaqə telefonları;
2.12.2. müsabiqənin vaxtı, yeri, predmeti, keçirilməsi qaydası;
2.12.3. ixrac missiyalarında iştirak edəcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqə zamanı səfər ediləcək ölkə (və ya ölkələr) və (və ya) ixrac missiyasının əhatə etdiyi məhsul növü və səfərin tarixi;
2.12.4. alıcı missiyalarında iştirak edəcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqə zamanı alıcı missiyasının əhatə etdiyi tarix, ölkə və məhsul növü, iştirak edəcək xarici şəxslərin (alıcıların) sayı və ixracatçıların maksimum sayı;
2.12.5. beynəlxalq sərgi və (və ya) yarmarkalarda vahid ölkə stendi ilə iştirak edəcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqə zamanı sərgi və ya yarmarkanın keçirildiyi ölkə və (və ya) sərgi və ya yarmarkanın əhatə etdiyi məhsul, keçirilmə tarixi və iştirak edəcək ixracatçıların maksimum sayı;
2.12.6. dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə məhsulları təşviq ediləcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqə zamanı dəstək tədbirinin həyata keçiriləcəyi ölkə, müvafiq filial və nümayəndəliyin adı, təşviq olunacaq məhsulların siyahısı;
2.12.7. məhsulları xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərində yerləşdiriləcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqə zamanı müvafiq mağazaların (mağaza şəbəkələri) və ya rüsumsuz ticarət mağazalarının (“duty free”) adı, yerləşdiyi ölkə, rəflərdə yerləşdiriləcək məhsulların siyahısı;
2.12.8. bazar araşdırması üçün sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqə zamanı bazar araşdırmasının həyata keçirilməsi üçün hədəf bazarlar;
2.12.9. beynəlxalq sertifikatın alınmasına dəstək tədbiri ilə bağlı ixracatçıların seçilməsi zamanı alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısı;
2.12.10. müsabiqə qaliblərinin müəyyən olunması üçün kəmiyyətcə müqayisə edilə bilən və ya dəyər ekvivalenti ilə təyin edilən meyarlar;
2.12.11. müsabiqədə iştirak üçün təqdim olunmalı sənədlər və onların təqdim edilməsi qaydası, yeri (ünvan, telefon nömrəsi, elektron poçt ünvanı və qəbul saatları göstərilməklə), son təqdim edilmə tarixi.
3.1. İddiaçı müsabiqənin təşkilatçısına dəstək tədbirinin növündən asılı olaraq, bu Qaydanın 1-8 nömrəli əlavələrində göstərilən formalardan biri üzrə tərtib edilmiş ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində nəzərdə tutulmuş üsullarla təqdim edir. Müsabiqə təşkilatçısı tərəfindən ərizənin qeydiyyata alınması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci və 31.2-ci maddələrinə uyğun olaraq həyata keçirilir.
3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
3.2.1. bu Qaydanın 9 nömrəli əlavəsində göstərilən formada tərtib edilmiş “Dəstək tədbirində iştirakla bağlı Şərtlər”;
3.2.2. bu Qaydanın 4.3-cü və 4.4-cü bəndlərində nəzərdə tutulmuş meyarlara dair məlumat;
3.2.3. ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş ixrac əməliyyatları ilə bağlı ixrac gömrük bəyannamələrinin surətləri (olduğu halda və 5 (beş) bəyannamədən çox olmamaqla);
3.2.4. iddiaçının son birillik dövriyyəsi və vergi borcu barədə vergi orqanından alınmış arayış (və ya arayışlar);
3.2.5. iddiaçının bank hesabından çıxarış (ərizənin təqdim olunduğu tarixdən əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
3.2.6. ərizə və ona əlavə olunan sənədlər iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verildikdə, onun müvafiq səlahiyyətini təsdiq edən sənəd.
3.3. Ərizə müsabiqə gününə ən azı 10 (on) gün qalanadək, müsabiqənin təşkilatçısına təqdim olunmalıdır. Müsabiqənin təşkilatçısı 2 (iki) iş günü ərzində təqdim olunan sənədlərin bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizə və ona əlavə edilmiş sənədlər həmin bəndlərin tələblərinə cavab vermədikdə, müsabiqənin təşkilatçısı ərizə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumatı iddiaçıya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda iddiaçıya bildirilməlidir. İddiaçı həmin çatışmazlıqları müsabiqə gününə 3 (üç) gün qalanadək aradan qaldırmalıdır.
3.4. Bu Qaydanın 3.5-ci bəndində göstərilən hallar istisna olmaqla, müsabiqənin təşkilatçısı iddiaçını müsabiqənin iştirakçısı kimi qeydiyyata alır. Qeydiyyata alındıqdan sonra müsabiqənin iştirakçısı tərəfindən ərizəyə hər hansı əlavə və ya dəyişiklik edilməsinə yol verilmir.
3.5. Aşağıdakı hallarda iddiaçı müsabiqənin təşkilatçısı tərəfindən müsabiqədən kənarlaşdırılır və bu barədə ona müsabiqə gününədək rəsmi qaydada məlumat verilir:
3.5.1. ərizə bu Qaydanın 3.3-cü bəndində göstərilən müddət üzrə tələblərə riayət olunmaqla təqdim edilmədikdə;
3.5.2. sahibkarın istehsal etdiyi (habelə, beynəlxalq sərgi və (və ya) yarmarkalarda vahid ölkə stendi ilə iştirak edəcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqə zamanı müvafiq sərgi və ya yarmarkada nümayiş etmək istədiyi, xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili zamanı rəflərdə yerləşdirilməsini istədiyi) məhsul bu Qaydaya uyğun olaraq dəstək tədbirinin müsabiqə elanında müəyyən olunmuş dəstək tədbirinin keçiriləcəyi məhsullara uyğun olmadıqda;
3.5.3. bazar araşdırması üçün sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqə zamanı ixracatçı tərəfindən bazarının araşdırılması sifariş olunan ölkə müvafiq müsabiqə elanında müəyyən olunmuş bazar araşdırmasının həyata keçirilməsi üçün hədəf bazarların siyahısına uyğun olmadıqda;
3.5.4. beynəlxalq sertifikatın alınmasına dəstək tədbiri ilə bağlı ixracatçıların seçilməsi üzrə müsabiqə zamanı alınması ixracatçı tərəfindən istənilən beynəlxalq sertifikat alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısına uyğun olmadıqda;
3.5.5. iddiaçının ərizənin təqdim olunduğu tarixə dövlət büdcəsinə vergilər üzrə borcu olduqda;
3.5.6. “Dəstək tədbirində iştirakla bağlı Şərtlər”in 15-ci hissəsində nəzərdə tutulan hallarda.
3.6. İddiaçı müsabiqə gününədək istənilən vaxt öz ərizəsini geri götürə bilər.
3.7. Müsabiqənin keçirilməsi gününə azı 10 (on) gün qalanadək aşağıdakı hallardan biri olduqda, müsabiqə baş tutmamış hesab edilir:
3.7.1. ixrac missiyasında iştirak üçün müraciət edən ixracatçıların sayı 5-dən aşağı olduqda;
3.7.2. beynəlxalq sərgi və (və ya) yarmarkalarda vahid ölkə stendi ilə iştirak üçün müraciət edən ixracatçıların sayı müsabiqə elanında göstərilən ixracatçıların maksimum sayının 30 faizindən aşağı olduqda;
3.7.3. digər dəstək tədbirlərində iştirak üçün heç bir ərizə verilmədikdə.
3.8. Bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq müsabiqə baş tutmamış hesab edildikdə, müsabiqənin təşkilatçısı tərəfindən bu barədə 2 (iki) iş günü ərzində iddiaçılara rəsmi qaydada məlumat verilir.
4.1. Ərizələr komissiyanın üzvləri tərəfindən araşdırılır, digər ərizələrlə müqayisə edilir və müsabiqə iştirakçılarının ərizələrində və onlara əlavə olunan sənədlərdə göstərilən məlumatlar bu Qaydanın 4.3-cü və 4.4-cü bəndlərində göstərilən meyarlar əsasında qiymətləndirilir.
4.2. Müsabiqələrin keçirilməsi ilə bağlı elanlarda göstərilən qaydada və şərtlərdə kəmiyyətcə müqayisə edilə bilən və ya dəyər ekvivalenti ilə təyin edilən, bu Qaydanın 4.3-cü və 4.4-cü bəndlərində göstərilmiş meyarlara uyğun gələn müsabiqə iştirakçıları dəstək tədbirlərinin verilməsi üçün müsabiqənin qalibləri elan edilirlər. Müsabiqənin iki və ya daha çox iştirakçısının ərizələrinin meyarlara uyğunluğunun qiymətləndirilməsi zamanı bərabərlik yarandıqda, bu zaman müsabiqədə iştirak üçün ərizələrin daxilolma ardıcıllığı əsas götürülməklə, daha əvvəl ərizə verən müsabiqə iştirakçıları qalib elan edilirlər.
4.3. Bazar araşdırması üçün sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi və tədqiqat-inkişaf proqramlarına dəstək veriləcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqələr istisna olmaqla, digər dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqə iştirakçılarının ərizələri aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
4.3.1. sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı;
4.3.2. sahibkarın istehsal etdiyi məhsulun hədəf ölkəyə (ölkələrə) ixrac potensialı;
4.3.3. sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması.
4.4. Bazar araşdırmasına və tədqiqat-inkişaf proqramlarına dəstəklə bağlı sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi ilə bağlı müsabiqələr zamanı ərizədə göstərilən məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın müvafiq olaraq 3.2-ci və 6.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunan meyarlara uyğunluq baxımdan qiymətləndirilir.
4.5. Müsabiqənin qaliblərinin müəyyən olunması üzrə komissiyanın iclasının nəticələri iclasın keçirildiyi gün bu Qaydanın 10 nömrəli əlavəsində göstərilmiş formada tərtib olunan protokolla rəsmiləşdirilir. Protokol komissiyanın üzvləri tərəfindən imzalanır və komissiyanın sədri tərəfindən təsdiq edilir. Protokolda düzəlişlər edilməsinə yol verilmir.
4.6. Müsabiqənin iştirakçıları müsabiqənin keçirildiyi gündən 2 (iki) iş günü ərzində müsabiqənin nəticələri barədə müsabiqənin təşkilatçısı tərəfindən rəsmi qaydada məlumatlandırılırlar. Müsabiqənin qaliblərinə təqdim olunan məlumatda dəstək tədbirində iştirakdan imtinanın son tarixi də qeyd olunmalıdır.
4.7. Müsabiqənin nəticələri elan olunanadək, komissiyanın üzvləri tərəfindən müsabiqənin nəticələrinə dair hər hansı məlumatın açıqlanmasına yol verilmir.
4.8. Müsabiqənin təşkilatçısının və ya müsabiqə komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
5.1. İxracatçı bazar araşdırmasının və ya tədqiqat inkişaf proqramının nəticələri ona təqdim olunduğu, beynəlxalq sertifikatı əldə etdiyi andan, digər dəstək tədbirləri üzrə isə həmin dəstək tədbirinin həyata keçirilməsinə başlanıldığı andan 24 ay ərzində 3 ayda bir dəfədən az olmayaraq, hər bir dəstək tədbiri üzrə müsabiqənin təşkilatçısına hesabat təqdim edir.
5.2. Müvafiq dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 gündən gec olmayaraq müsabiqənin təşkilatçısına təqdim etməlidir. İxracatçı beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracına dair məlumatları və sənədləri müsabiqənin təşkilatçısına təqdim etmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 (bir) il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.
1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı və atasının adı __________
_____________________________________________________________________________
2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı ______________________________
_____________________________________________________________________________
3. VÖEN ________________________________________________________________
4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı və atasının adı ________________________
_____________________________________________________________________________
5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verildiyi tarix _____________________________ ______________________________________________________________________________
6. İxrac missiyasında hüquqi şəxsi və ya fərdi sahibkarı təmsil edəcək şəxsin adı, soyadı və vəzifəsi (yalnız bir nümayəndənin adı göstərilməlidir) ____________________ ______________________________________________________________________________
7. Hüquqi şəxsin və ya fərdi sahibkarın telefon nömrəsi və elektron poçt ünvanı _____________________________________________________________________________
8. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü _____________________________________________________________________________
9. Xahiş edirəm məni _______________ tarixlərində ___________________________
(ölkə və şəhərin adı)
təşkil olunacaq ixrac missiyasında iştirak edəcək ixracatçıların seçilməsi üzrə keçirilən müsabiqənin iştirakçısı kimi qeydiyyata alasınız.
10. Qoşma: ərizəyə əlavə olunan sənədlər __________ vərəqdə.
11. Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin ____________ ________________________________
(imzası) (soyadı, adı, atasının adı)
12. Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin ____________ ________________________________
(imzası) (soyadı, adı, atasının adı)
1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı və atasının adı
______________________________________________________________________________
2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı _______________________________
______________________________________________________________________________
3. VÖEN ________________________________________________________________
4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı və atasının adı_________________________
______________________________________________________________________________
5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verildiyi tarix ______________________________________________________________________________
6. Hüquqi şəxsin və ya fərdi sahibkarın telefon nömrəsi və elektron poçt ünvanı ______________________________________________________________________________
7. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü_________________________________________________________________________
8. Xahiş edirəm məni _________________________tarixlərində təşkil olunacaq alıcı missiyasında iştirak edəcək ixracatçıların seçilməsi üzrə keçirilən müsabiqənin iştirakçısı kimi qeydiyyata alasınız.
9. Qoşma: ərizəyə əlavə olunan sənədlər _______________ vərəqdə.
10. Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin ____________ ________________________________
(imzası) (soyadı, adı, atasının adı)
11. Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin ____________ ________________________________
(imzası) (soyadı, adı, atasının adı)
1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı və atasının adı ______________________________________________________________________________
2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı _______________________________
______________________________________________________________________________
3. VÖEN ________________________________________________________________
4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı və atasının adı________________ ______________________________________________________________________________
5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verildiyi tarix _____________________________________________________________________________
6. Beynəlxalq sərgi və yarmarkada hüquqi şəxsi və ya fərdi sahibkarı təmsil edəcək şəxsin (şəxslərin) adı, soyadı və vəzifəsi _____________________________________________________________________________
7. Hüquqi şəxsin və ya fərdi sahibkarın telefon nömrəsi və elektron poçt ünvanı ______________________________________________________________________________
8. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü ____________________________________
9. Beynəlxalq sərgi və yarmarkada ərizə verən şəxs tərəfindən nümayiş olunacaq məhsulun adı və növü ________________________________________________________
10. Xahiş edirəm məni ___________ tarixlərində___________________________
(ölkə və şəhərin adı)
təşkil olunacaq _________________________________________________ iştirak edəcək
ixracatçıların seçilməsi üzrə keçirilən müsabiqənin iştirakçısı kimi qeydiyyata alasınız.
11. Qoşma: ərizəyə əlavə olunan sənədlər __________________ vərəqdə.
12. Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin ____________ ________________________________
(imzası) (soyadı, adı, atasının adı)
13. Ərizə verən fərdi
sahibkar olduqda ____________ ________________________________
(imzası) (soyadı, adı, atasının adı)
1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı və atasının adı _____________________________________________________________________________
2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı ______________________________
_____________________________________________________________________________
3. VÖEN ________________________________________________________________
4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı və atasının adı _______________________ ______________________________________________________________________________
5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verildiyi tarix __________________________ _____________________________________________________________________________
6. Hüquqi şəxsin və ya fərdi sahibkarın telefon nömrəsi və elektron poçt ünvanı _____________________________________________________________________________
7. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü _____________________________________________________________________________
8. Dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə təşviq olunacaq məhsulun adı və növü _________________________________
9. Təşviqin həyata keçiriləcəyi ölkə və hüquqi şəxsin filialının və ya nümayəndəliyinin adı ___________________________________________
10. Xahiş edirəm məni ________________________________ tarixində elan olunmuş dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə “Made in Azerbaijan” brendinin təşviqi dəstək tədbirində iştirak edəcək ixracatçıların seçilməsi üzrə müsabiqənin iştirakçısı kimi qeydiyyata alasınız.
11. Qoşma: ərizəyə əlavə olunan sənədlər __________ vərəqdə.
12. Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin ______________ ____________________________
(imzası) (soyadı, adı, atasının adı)
13. Ərizə verən fərdi
sahibkar olduqda _____________ ___________________________
(imzası) (soyadı, adı, atasının adı)
1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı və atasının adı ______________________________________________________________________________
2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı _______________________________
______________________________________________________________________________
3. VÖEN ________________________________________________________________
4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı və atasının adı ____________________ ______________________________________________________________________________
5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verildiyi tarix ______________________________________________________________________________
6. Hüquqi şəxsin və ya fərdi sahibkarın telefon nömrəsi və elektron poçt ünvanı ______________________________________________________________________________
7. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü ______________________________________________________________________________
8. “Made in Azerbaijan” rəflərində yerləşdiriləcək məhsulun adı və növü ______________________________________________________________________________
9. Məhsulların yerləşdirilmək istənildiyi mağazanın və ya mağaza şəbəkəsinin, yaxud rüsumsuz ticarət (“duty free”) mağazasının adı və yerləşdiyi ölkə ______________________________________________________________________________
10. Xahiş edirəm məni _________________________________ tarixində elan olunmuş xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili dəstək tədbirində iştirak edəcək ixracatçıların seçilməsi üzrə müsabiqənin iştirakçısı kimi qeydiyyata alasınız.
11. Qoşma: ərizəyə əlavə olunan sənədlər ____________________ vərəqdə.
12. Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin __________________ __________________________
(imzası) (soyadı, adı, atasının adı)
13. Ərizə verən fərdi
sahibkar olduqda _______________ _________________________________
(imzası) (soyadı, adı, atasının adı)
1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı və atasının adı __________
_____________________________________________________________________________
2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı ______________________________
_____________________________________________________________________________
3. VÖEN ________________________________________________________________
4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı və atasının adı _____________________ _____________________________________________________________________________
5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verildiyi tarix _____________________________________________________________________________
6. Hüquqi şəxsin və ya fərdi sahibkarın telefon nömrəsi və elektron poçt ünvanı ______________________________________________________________________________
7. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü _____________________________________________________________________________
8. Bazarının araşdırılması istənilən ölkə (yalnız bir ölkə göstərilməlidir) _____________________________________________________________________________
9. Bazar araşdırması həyata keçiriləcək məhsulun adı (yalnız bir məhsul göstərilməlidir) _______________________________________________________________
10. Xahiş edirəm məni _______________________________ tarixində elan olunmuş bazar araşdırması üçün sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi üzrə müsabiqənin iştirakçısı kimi qeydiyyata alasınız.
11. Qoşma: ərizəyə əlavə olunan sənədlər _______ vərəqdə.
12. Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin ______________ ____________________________
(imzası) (soyadı, adı, atasının adı)
13. Ərizə verən fərdi
sahibkar olduqda ____________ _______________________________
(imzası) (soyadı, adı, atasının adı)
1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı və atasının adı _____________________________________________________________________________
2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı ______________________________
_____________________________________________________________________________
3. VÖEN _______________________________________________________________
4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı və atasının adı ______________ ______________________________________________________________________________
5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verildiyi tarix ______________________________________________________________________________
6. Hüquqi şəxsin və ya fərdi sahibkarın telefon nömrəsi və elektron poçt ünvanı _____________________________________________________________________________
7. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü ______________________________________________________________________________
8. Alınmasına dəstək göstərilməsi istənilən beynəlxalq sertifikatın adı (yalnız bir beynəlxalq sertifikat göstərilməlidir) _____________________________________________
9. Xahiş edirəm məni __________________________________ tarixində elan olunmuş beynəlxalq sertifikatın alınması dəstək tədbiri üzrə sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi üzrə müsabiqənin iştirakçısı kimi qeydiyyata alasınız.
10. Qoşma: ərizəyə əlavə olunan sənədlər _______ vərəqdə.
11. Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin __________________ ______________________________
(imzası) (soyadı, adı, atasının adı)
12. Ərizə verən fərdi
sahibkar olduqda __________________ ______________________________
(imzası) (soyadı, adı, atasının adı)
1. Hüquqi şəxsin adı və ya fərdi sahibkarın soyadı, adı və atasının adı _____________________________________________________________________________
2. Hüquqi şəxsin və ya fərdi sahibkarın ünvanı ______________________________
_____________________________________________________________________________
3. VÖEN ________________________________________________________________
4. Hüquqi şəxsin rəhbərinin soyadı, adı və atasının adı _______________________ _____________________________________________________________________________
5. Hüquqi şəxsin rəhbərinin, yaxud fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verildiyi tarix _____________________________________________________________________________
6. Hüquqi şəxsin və ya fərdi sahibkarın telefon nömrəsi və elektron poçt ünvanı _____________________________________________________________________________
7. Hüquqi şəxsin və ya fərdi sahibkarın istehsal etdiyi məhsulun adı və növü _____________________________________________________________________________
8. Tədqiqat-inkişaf proqramının əhatə edəcəyi ixracyönlü yeni məhsulun və ya istehsal texnologiyasının, yaxud mövcud məhsulun adı (yalnız bir məhsul və ya istehsal texnologiyası göstərilməlidir) ___________________________________________________
9. Xahiş edirəm məni _________________________________ tarixində elan olunmuş tədqiqat-inkişaf proqramlarına dəstək veriləcək ixracatçıların seçilməsi üzrə müsabiqənin iştirakçısı kimi qeydiyyata alasınız.
10. Qoşma: ərizəyə əlavə olunan sənədlər _____________ vərəqdə.
11. Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin __________________ ______________________________
(imzası) (soyadı, adı, atasının adı)
12. Ərizə verən fərdi
sahibkar olduqda __________________ ______________________________
(imzası) (soyadı, adı, atasının adı)
1. İxracatçını ixrac missiyasında və beynəlxalq sərgi və ya yarmarkada vahid ölkə stendi ilə iştirak zamanı təmsil edəcək şəxs onun məhsullarının satışına, o cümlədən ixracına məsul şəxs olmalı, müvafiq dəstək tədbirinin təşkil olunduğu ölkənin dövlət dilini və ya ingilis dilini bilməli, ixrac missiyası və beynəlxalq sərgi və ya yarmarka müddətində həmin dəstək tədbirlərinin məqsədlərinə uyğun fəaliyyət göstərməlidir.
2. Vizanın alınması məqsədilə ixracatçını ixrac missiyasında təmsil edəcək şəxs müvafiq müsabiqənin qalibi olması ilə bağlı müsabiqə təşkilatçısından daxil olan rəsmi cavabda göstərilən müddətdə həmin məktubda qeyd olunan bütün zəruri sənədləri müsabiqə təşkilatçısına təqdim etməli və bununla bağlı digər zəruri hərəkətləri yerinə yetirməlidir.
3. Qanunvericiliyə uyğun olaraq, ölkədən kənara çıxmasına məhdudiyyət qoyulmuş şəxs ixracatçının ərizəsində onu ixrac missiyasında və beynəlxalq sərgi və ya yarmarkada vahid ölkə stendi ilə iştirak zamanı təmsil edəcək şəxs kimi qeyd olunmamalıdır.
4. Müvafiq dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən 30 gündən gec olmayaraq müsabiqənin təşkilatçısına təqdim etməlidir. İxracatçı beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracına dair məlumatları və sənədləri müsabiqənin təşkilatçısına təqdim etmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 (bir) il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.
5. İxracatçı bazar araşdırmasının və ya tədqiqat inkişaf proqramının nəticələri ona təqdim olunduğu, beynəlxalq sertifikatı əldə etdiyi andan, digər dəstək tədbirləri üzrə isə həmin dəstək tədbirinin həyata keçirilməsinə başlanıldığı andan 24 ay ərzində 3 ayda bir dəfədən az olmayaraq, hər bir dəstək tədbiri üzrə müsabiqənin təşkilatçısına hesabat təqdim edir.
6. İxracatçını ixrac missiyasında və beynəlxalq sərgi və ya yarmarkada vahid ölkə stendi ilə iştirak zamanı müraciət ərizəsində qeyd olunan şəxs təmsil etməlidir. Müraciət ərizəsində qeyd olunmuş şəxsin üzrlü səbəblərdən həmin dəstək tədbirlərində iştirakı mümkün olmadıqda (ixrac missiyası üzrə ixracatçı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 2.4-cü bəndində nəzərdə tutulan təşkilati işlərlə bağlı yaranmış əlavə xərci ödəməklə), onu rəsmi məktubla bu Şərtlərin 1-ci hissəsinin tələblərinə uyğun olan digər şəxslə əvəz etməlidir.
7. İxracatçı imtina üçün müəyyən olunmuş son tarixdən sonra ixrac missiyasında və beynəlxalq sərgi və ya yarmarkada iştirakdan rəsmi məktubla imtina etdikdə və ya belə imtina məktubu olmadan həmin dəstək tədbirlərində iştirak etmədikdə, habelə onu təmsil edəcək şəxsin dəstək tədbirində iştirakı mümkün olmadıqda, ixracatçı həmin dəstək tədbirində onun iştirakının təşkili üçün çəkilmiş xərcləri geri ödəməlidir.
8. Beynəlxalq sərgi və (və ya) yarmarkalarda vahid ölkə stendi ilə iştirak və xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında “Made in Azerbaijan” rəflərinin təşkili dəstək tədbirləri zamanı ixracatçı müvafiq olaraq nümayiş olunması və ya rəflərdə yerləşdirilməsi üçün müraciət ərizəsində qeyd etdiyi məhsulları müsabiqənin təşkilatçısı tərəfindən müəyyən olunmuş müddətdə və qaydada müsabiqənin təşkilatçısına və ya onun müəyyən etdiyi şəxsə təhvil verməlidir.
9. Beynəlxalq sərgi və (və ya) yarmarkalarda vahid ölkə stendi ilə iştirak zamanı ixracatçını təmsil edəcək şəxsin viza, mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat ilə bağlı xərcləri və dəstək tədbiri çərçivəsində ödənilməsi nəzərdə tutulmayan digər xərclər ixracatçı tərəfindən təmin olunur.
10. İxrac missiyasında iştirak zamanı mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat xidmətlərinin təşkili zamanı ixracatçını təmsil edəcək şəxsin istəkləri nəzərə alınmır və bu zaman yaranan əlavə xərclər ixracatçı tərəfindən təmin olunur.
11. İxrac missiyasında iştirak zamanı ixracatçını təmsil edəcək yalnız bir şəxsin Qaydada nəzərdə tutulan xərcləri ödənilir. İxrac missiyasında ixracatçını təmsil etmək məqsədilə əlavə şəxslər iştirak etdikdə, həmin şəxslərin bütün xərcləri ixracatçı tərəfindən təmin olunur.
12. Beynəlxalq sərgi və (və ya) yarmarkalarda vahid ölkə stendi ilə iştirak zamanı sərgi və (və ya) yarmarkanın keçiriləcəyi məkanda icarəyə götürülmüş yerdə nümayiş olunacaq məhsulların yerləşdirilməsi, stendin hazırlanması, dizaynı və quraşdırılması, məhsulların marketinqi və reklamı qaydası və ardıcıllığı müsabiqənin təşkilatçısı tərəfindən müsabiqə qaliblərinin ardıcıllığı (toplanmış ballar və müraciətlərin ardıcıllığı əsasında) və eyni məhsul nümayiş etdirən ixracatçıların kommersiya maraqları nəzərə alınmaqla müəyyən olunur.
13. İxrac missiyasında, alıcı missiyasında və beynəlxalq sərgi və ya yarmarkada vahid ölkə stendi ilə iştirak zamanı ixracatçı müsabiqənin təşkilatçısı tərəfindən müəyyən olunmuş dəstək tədbirinin həyata keçirilməsi proqramına riayət etməlidir.
14. Beynəlxalq sertifikatın alınması və ya tədqiqat inkişaf proqramları ilə bağlı dəstək tədbirləri zamanı çəkiləcək xərclərin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın müvafiq olaraq 5.4-cü və 6.3-cü bəndlərinə əsasən dəstək məbləği ilə əhatə olunmayan hissəsi müsabiqənin qalibi olmuş ixracatçı tərəfindən ödənilir. Müsabiqənin qalibi olmuş ixracatçı müsabiqənin nəticələrinə dair məlumatın ona təqdim olunduğu andan 1 (bir) ay ərzində müsabiqənin təşkilatçısı ilə bu Şərtlərin 14-cü hissəsinin birinci cümləsində nəzərdə tutulan şərti yerinə yetirəcəyinə dair müqavilə bağlamalıdır. Müsabiqənin qalibi olmuş ixracatçı həmin müddətdə belə müqavilə bağlamaqdan imtina etdikdə, onun sifariş etdiyi beynəlxalq sertifikat alınmır və ya tədqiqat inkişaf proqramı həyata keçirilmir.
15. İxracatçının son 12 ay ərzində bu Şərtlərin 14-cü hissəsinin müddəalarına, habelə son 6 ay ərzində həyata keçirilmiş bütün dəstək tədbirləri üzrə bu Şərtlərin 1-13-cü hissələrinin müddəalarına əməl etmədiyi aşkar olunduqda, o müsabiqənin təşkilatçısı tərəfindən müsabiqədən kənarlaşdırılır.
Bu Şərtləri ərizəmdə qeyd olunan dəstək tədbirinə aid olan (__________________________________________) hissədə qəbul edirəm.
(müsabiqənin keçirildiyi dəstək tədbirinin adı)
Ərizə verən hüquqi şəxs
olduqda, rəhbərinin _______________ ________________________________
(imzası) (soyadı, adı, atasının adı)
sahibkar olduqda _______________ ________________________________
(imzası) (soyadı, adı, atasının adı)
1. Dəstək tədbirinin növü _________________________________________
2. Müsabiqə komissiyasının yaradılması haqqında qərarın tarixi və nömrəsi _____________________________________________________________________________
3. Müsabiqənin keçirilməsi haqqında elanın dərc edildiyi media subyektinin adı və elanın dərc edildiyi tarix _____________________
4. Müsabiqənin təşkilatçısı tərəfindən müsabiqənin iştirakçısı kimi qeydiyyata alınmış şəxslər:
1. _______________________________________________________________
2. _______________________________________________________________
3. _______________________________________________________________
5. Müsabiqənin keçirilməsi vaxtı ____________________________________________
Müsabiqənin keçirilməsi vaxtı dəyişdirilibsə, əsası göstərilməklə müəyyən olunmuş yeni vaxt _____________________________________________________________________
6. Müsabiqə üçün təqdim edilmiş ərizələrin müqayisəsi və qiymətləndirilməsinin nəticələri (sıra nömrəsi verilmiş ballar, ballar bərabər olduqda isə müraciətlərin ardıcıllığı əsasında müəyyən olunur):
7. Müsabiqənin qalibi elan olunmuş müsabiqə iştirakçıları:
7.1. _______________________________________________________________
7.2. _______________________________________________________________
7.3. _______________________________________________________________
8. Müsabiqə komissiyasının üzvləri:
8.1. ____________ ______________________________________
8.2. ____________ ______________________________________
8.3. ____________ ______________________________________
8.4. ____________ ______________________________________
8.5. ____________ ______________________________________
8.6. ____________ ______________________________________
Müsabiqə komissiyasının sədri:
____________ ______________________________________
Müsabiqə komissiyasının qərarı ilə razılaşmayan müsabiqə komissiyası üzvlərinin xüsusi rəyləri:
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
____________________________________________________________________________
1.1. Bu Meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 2-1.5-ci bəndinin icrası məqsədilə hazırlanmışdır və alıcı missiyasında iştirak edəcək xarici şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən müəyyən edilməsi meyarlarını müəyyənləşdirir.
1.2. Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, Nazirlik alıcı missiyalarında iştirak edəcək xarici şəxslərin müəyyən edilməsi məqsədilə hər bir alıcı missiyası üzrə hədəf bazarların və ixrac potensialı olan hədəf məhsulların siyahısını müəyyənləşdirir.
2.1. Alıcı missiyalarında iştirak edəcək xarici şəxslər Nazirlik tərəfindən aşağıdakı meyarlar əsasında müəyyən olunur:
2.1.1. xarici şəxsin fəaliyyət göstərdiyi xarici ölkənin (ölkələrin) bu Meyarların 1.2-ci bəndinə uyğun olaraq müəyyən edilən hədəf bazarların siyahısında olması;
2.1.2. xarici şəxsin Azərbaycan bazarından almaq istədiyi məhsulun bu Meyarların 1.2-ci bəndinə uyğun olaraq müəyyən edilən ixrac potensiallı hədəf məhsulların siyahısında olması.
2.2. Bu Meyarların 2.1.1-ci və 2.1.2-ci yarımbəndləri ilə müəyyən olunmuş meyarlardan hər hansı birinə uyğun gəlməyən alıcılar alıcı missiyalarında iştirak üçün seçilə bilməzlər.
3.1. Nazirlik alıcı missiyasının başlanılması tarixinə ən azı 35 gün qalmış alıcı missiyasında iştirak etmək istəyən xarici şəxslərin müraciətlərinin qəbulu məqsədi ilə müvafiq elanı rəsmi internet saytında (saytın xarici dildə olan versiyası da daxil olmaqla) Azərbaycan və ingilis dillərində yerləşdirir və bu elanın həmin elanda müəyyən olunmuş hədəf bazarlara aid olan xarici ölkələrdə onların dövlət dillərində yayılmasını təmin edir.
3.2. Elanda aşağıdakılar göstərilməlidir:
3.2.1. alıcı missiyasında iştirak edəcək xarici şəxsləri seçəcək qurumun (Nazirliyin) adı, yerləşdiyi yer, poçt və elektron poçt ünvanı, əlaqə telefonları;
3.2.2. alıcı missiyasının tarixi və müddəti, alıcı missiyasında iştirak üçün seçiləcək xarici şəxslərin maksimum sayı, alıcı missiyasında iştirakdan imtinanın son tarixi;
3.2.3. alıcı missiyasının əhatə edəcəyi hədəf bazarların və ixrac potensialı olan hədəf məhsulların siyahısı;
3.2.4. alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycan Respublikasına səfəri ilə bağlı Nazirlik tərəfindən təmin ediləcək təşkilati işlər (ödəniləcək xərclər) barədə məlumat;
3.2.5. “Alıcı missiyasında iştirakla bağlı Şərtlər”;
3.2.6. seçimdə iştirak üçün ərizənin təqdim edilməsi qaydası, yeri (ünvan, telefon nömrəsi, elektron poçt ünvanı və qəbul saatları göstərilməklə), son təqdim edilmə tarixi.
3.3. Alıcı missiyasında iştirak etmək istəyən xarici şəxs bu Meyarlara 1 nömrəli əlavədə göstərilən formada tərtib edilmiş ərizəni Nazirliyə şəxsən təqdim edir və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərir.
3.4. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
3.4.1. alıcı missiyasında alıcını təmsil edəcək xarici şəxsin pasportunun surəti;
3.4.2. alıcı və onun alıcılıq potensialı barədə məlumat;
3.4.3. bu Meyarlara 2 nömrəli əlavədə göstərilmiş formada tərtib olunmuş “Alıcı missiyasında iştirakla bağlı Şərtlər”.
3.5. Ərizələr Nazirlik tərəfindən bu Meyarların 2-ci hissəsində göstərilən meyarlar əsasında qiymətləndirilir.
3.6. Bu Meyarların 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində qeyd olunan meyarların tələblərinə cavab verən, əvvəllər həyata keçirilmiş alıcı missiyalarında “Alıcı missiyasında iştirakla bağlı Şərtlər”in tələblərini pozmamış və alıcılıq potensialına malik xarici şəxslər alıcı missiyasında iştirak üçün seçilirlər.
3.7. Nazirlik alıcı missiyasında iştirak etmək məqsədilə müraciət etmiş xarici şəxsləri alıcı missiyasında iştirak üçün seçilib-seçilməməklə bağlı alıcı missiyasının başlanılması tarixindən ən azı 15 gün əvvəl məlumatlandırır.
3.8. Alıcı missiyasında iştirak üçün seçilmiş və iştirakdan imtina etməmiş xarici şəxslərin sayı 2-dən az olduqda, Nazirlik alıcı missiyasının baş tutmaması barədə qərar qəbul edə bilər.
Fiziki şəxs Hüquqi şəxs
Şirkətin adı (hüquqi şəxs olduqda)
Fəaliyyəti barədə qısa məlumat
Vəzifəsi (hüquqi şəxs olduqda)
Əsas vəzifə səlahiyyəti (hüquqi şəxs olduqda)
Almaq istədiyi məhsul
Type of legal personality
Company name (for juridical persons)
Job title (for juridical persons)
(for juridical persons)
Annual purchasing volume
1. Alıcı missiyasında iştirak üçün seçilmiş alıcılar aşağıdakılara riayət etməlidirlər:
1.1. müqavilə bağlamaq;
1.2. kommersiya fəaliyyətinə məsul olan şəxsi alıcı missiyasına göndərmək;
1.3. Nazirlik tərəfindən müəyyən olunan alıcı missiyasının proqramına riayət etmək.
2.1. görüşlərdə iştirakın monitorinqi aparılır və iştirak etməmə bu Şərtlərin pozulması hesab olunur;
2.2. alıcı əlaqə vasitələrinin alıcı missiyasında iştirak üçün seçilmiş bütün ixracatçılara açıq olması ilə razılaşır.
3.1. alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycan Respublikasına səfəri ilə bağlı təşkilati işləri (mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri Nazirlik təmin edir;
3.2. səyahət marşrutu üzrə seçilmiş alıcı ilə məsləhətləşmə aparılmır;
3.3. hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər.
4. İmtina və dəyişiklik:
4.1. alıcı missiyasında iştirak üçün seçilmiş alıcı elanda bu məqsədlə müəyyən olunmuş son tarixədək missiyada iştirakdan imtina edə və ya onu təmsil edəcək şəxsi dəyişdirə bilər;
4.2. imtina və ya dəyişiklik yazılı formada olmalı və elanda göstərilən elektron poçt ünvanına göndərilməlidir.
1. The qualified buyers for the buyer mission are committed to:
1.1. sign an agreement;
1.2. send a delegate responsible for commercial activity;
1.3. follow the Buyer Mission Program determined by the Ministry.
2.1. attendance of the appointments will be monitored and non-attendance shall constitute a breach of these terms and conditions;
2.2. buyers agree their contact details to be available to all exporters selected for the buyer mission.
3.1. organizational works related to the visit of foreign persons participating at the Buyer Mission to the Republic of Azerbaijan (accommodation, international air transport (round-trip) and domestic transport (excluding taxi), translation services, rent of meeting places and equipment) and costs associated with them will be provided by the Ministry;
3.2. selected buyer will not be consulted with his/her travel itinerary;
3.3. in each buyer's mission, the buyer can be represented by only one delegate.
4. Cancellation and change:
4.1. after having been selected for the Buyer Mission, the Buyer may cancel his/her attendance or change delegate only until last date for these purposes mentioned in the announcement;
4.2. cancellations or delegate change must be in written and sent to the email address mentioned in the announcement.
1. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)
2. 12 mart 2024-cü il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 14 mart 2024-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 313)