Qanunvericilik › “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.08.2021) › Tam mətn

“Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.08.2021)

“Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.08.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 avqust 2021-ci il

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı

ürək, qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı

qaraciyər, böyrəklər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

Mərkəzi Neftçilər Xəstəxanası

qaraciyər, böyrəklər, mədəaltı vəzi və onun seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası

“Mərkəzi Klinika” MMC

böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi

Respublika Diaqnostika Mərkəzi

ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi, kök hüceyrələri

Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası

“Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC

böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi

“Dünya Göz Azərbaycan” MMC

Bakı Sağlamlıq Mərkəzi

qaraciyər, ağciyər, böyrəklər

ağciyər, kök hüceyrələri

Bona Dea Beynəlxalq Xəstəxanası

ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi

“Yeni Klinika” publik hüquqi şəxs

1. 7 yanvar 2022-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 yanvar 2022-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 55)

2. 13 iyul 2024-cü il tarixli 337 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 iyul 2024-cü il, “Xalq” qəzeti, 18 iyul 2024-cü il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 898)

3. 1 dekabr 2025-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 dekabr 2025-ci il, “Xalq” qəzeti, 4 dekabr 2025-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1203)

4. 20 iyul 2026-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 iyul 2026-cı il, “Xalq” qəzeti, 24 iyul 2026-cı il, № 130)

5. 9 sentyabr 2026-cı il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 23 sentyabr 2026-cı il, № 173)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver