Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 629 nömrəli Fərmanının 2.1.2.2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin işçilərinin aylıq vəzifə maaşlarının məbləğinin yuxarı həddinin müəyyənləşdirilməsi məqsədilə “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Publik hüquqi şəxslərə tapşırılsın ki, müvafiq Vahid Tarif-İxtisas Sorğu Kitabçaları ilə müəyyən edilmiş vəzifə (peşə) adları və ya tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla, mövcud vəzifələrin bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya müvafiq olaraq dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasını tətbiq etsinlər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 iyul 2026-cı il
aparat rəhbərinin müavini
aparat rəhbərinin müavini
departament müdiri, müstəqil şöbə müdiri
departament müdirinin müavini, müstəqil şöbə müdirinin müavini
şöbə müdirinin müavini
rəhbərin müşaviri, rəhbərin köməkçisi
rəhbərin müşaviri, köməkçisi
bütün adlardan olan digər struktur bölmə (departamentin tabeliyindəki şöbə, sektor, qrup, müstəqil sektor və s.) rəhbəri və rəhbər kateqoriyasına aid edilən baş mütəxəssis (baş mühəndis, baş iqtisadçı, baş mühasib və s.)
sektor müdiri, baş mühasib
struktur bölmədə (departament, şöbə, sektor, qrup və s.) çalışan baş mütəxəssis
əməyinin ödəniş dərəcəsi 11-ci dərəcə və yuxarı olanlar
əməyinin ödəniş dərəcəsi 8-10-cu dərəcə olanlar
əməyinin ödəniş dərəcəsi 7-ci dərəcə və aşağı olanlar
əməyinin ödəniş dərəcəsi 5-ci dərəcə və yuxarı olanlar
əməyinin ödəniş dərəcəsi 3-cü və 4-cü dərəcə olanlar
əməyinin ödəniş dərəcəsi 2-ci dərəcə olanlar
əməyinin ödəniş dərəcəsi 1-ci dərəcə olanlar
idarəetmə orqanının rəhbəri
idarəetmə orqanının rəhbərinin müavini
departament müdiri, müstəqil şöbə müdiri
rəhbərin müşaviri, rəhbərin köməkçisi, departament müdirinin müavini, müstəqil şöbə müdirinin müavini
şöbə müdirinin müavini
bütün adlardan olan digər struktur bölmə (departamentin tabeliyindəki şöbə, sektor, qrup, müstəqil sektor və s.) rəhbəri və rəhbər kateqoriyasına aid edilən baş mütəxəssis (baş mühəndis, baş iqtisadçı, baş mühasib və s.)
sektor müdiri, baş mühasib
struktur bölmədə (departament, şöbə, sektor, qrup və s.) çalışan baş mütəxəssis
əməyinin ödəniş dərəcəsi 11-ci dərəcə və yuxarı olanlar
əməyinin ödəniş dərəcəsi 8-10-cu dərəcələr olanlar
əməyinin ödəniş dərəcəsi 7-ci dərəcə və aşağı olanlar
əməyinin ödəniş dərəcəsi 5-ci dərəcə və yuxarı olanlar
əməyinin ödəniş dərəcəsi 3-cü və 4-cü dərəcələr olanlar
əməyinin ödəniş dərəcəsi 2-ci dərəcə olanlar
əməyinin ödəniş dərəcəsi 1-ci dərəcə olanlar
bütün adlardan olan struktur bölmə (departament, şöbə, sektor, qrup və s.) rəhbəri və rəhbər kateqoriyasına aid edilən baş mütəxəssis (baş mühəndis, baş iqtisadçı, baş mühasib və s.);
sektor müdiri, baş mühasib
struktur bölmədə (departament, şöbə, sektor, qrup və s.) çalışan baş mütəxəssis
əməyinin ödəniş dərəcəsi 11-ci dərəcə və yuxarı olanlar
əməyinin ödəniş dərəcəsi 8-10-cu dərəcələr olanlar
əməyinin ödəniş dərəcəsi 7-ci dərəcə və aşağı olanlar
əməyinin ödəniş dərəcəsi 5-ci dərəcə və yuxarı olanlar
əməyinin ödəniş dərəcəsi 3-cü və 4-cü dərəcələr olanlar
əməyinin ödəniş dərəcəsi 2-ci dərəcə olanlar
əməyinin ödəniş dərəcəsi 1-ci dərəcə olanlar
Qeyd. Tabeliyi olmayan publik hüquqi şəxslərdə və dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərdə qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı və ixtisas dərəcəsi olmayan fəhlə vəzifələrində çalışan işçilərin aylıq vəzifə maaşları müvafiq olaraq “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının 2-ci hissəsi ilə müəyyən edilmiş 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında həmin vəzifələr üzrə aylıq vəzifə maaşı məbləğində, dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan publik hüquqi şəxslərdə eyniadlı vəzifələrdə çalışan işçilərin aylıq vəzifə maaşları isə 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında həmin vəzifələr üzrə aylıq vəzifə maaşı məbləğində müəyyən edilir.