Qanunvericilik › “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.04.2009) › Tam mətn

“Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.04.2009)

“Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.04.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.7-ci və 1.25-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 21 aprel 2009-cu il

1.1. Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun 6.0.9-cu və 15.5-ci maddələrinə əsasən hazırlanmışdır və dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində baytarlıq nəzarətini gömrük orqanları həyata keçirir və bu sahədə öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq nəzarəti orqanı ilə əlaqələndirirlər.

1.2. Heyvan mənşəli məhsul, xammal əsas anlayışları:

1.2.1. heyvan mənşəli məhsullar - ət, süd, yumurta, bal və s;

1.2.2. heyvan mənşəli xammal - gön, dəri, yun, tük, qıl, lələk, sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatları;

1.2.3. yem məhsulları - heyvanların qidalanmasında istifadə olunan emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri;

1.2.4. yem əlavələri - yem məhsuluna və suya məqsədli şəkildə əlavə olunan, heyvanların rasionunda çatışmayan maddələrin, mineralların və vitaminlərin mənbəyi kimi istifadə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr;

2.1. Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə, hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq (baytarlıq-sanitariya) qaydalarına və normativlərinə əməl edilməsinə dövlət baytarlıq nəzarəti aşağıdakı qaydada aparılır:

2.1.1. mütəmadi kliniki baxış və laboratoriyada diaqnostik müayinələr aparılmaqla, heyvanların (mal-qara, quşlar, balıqlar, anlar, vəhşi heyvanlar və s.) xəstəliklərə görə sağlamlığının, insan və heyvan həyatı üçün təhlükəli olub-olmamasının müəyyənləşdirilməsi;

2.1.2. bütün təsərrüfatlarda istehsal olunan heyvan mənşəli məhsulların və xammalın təhlükəsizliyinin, keyfiyyətinin təmin edilməsi məqsədi ilə baytarlıq tədbirlərinin görülməsi və müayinələrin aparılması;

2.1.3. ölkə ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısının alınması;

2.1.4. heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması;

2.1.5. heyvanların və baytarlıq nəzarətində olan bütün məhsulların baytarlıq sənədlərinin vaxtında və düzgün tərtib olunması.

2.2. Ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın hər hansı bir inzibati ərazidən kənara çıxarılmasına yalnız həmin ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən belə yüklərə tərtib edilmiş müvafiq arayış (yük rayon-şəhər ərazisindən kənara çıxarılmadıqda, 1 nömrəli əlavə) və ya şəhadətnamə (ölkə ərazisində daşınması üçün, 2 və 3 nömrəli əlavələr) verildikdə yol verilir.

2.4. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün ticarət yerlərində dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğunluğunun qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılması, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala baytarlıq baxışının keçirilməsi məcburidir.

2.5. Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatlar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin informasiya sistemi vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürülür.

3.1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və ölkə ərazisindən aparılmasına yalnız dövlət sərhədinin buraxılış məntəqələri olan yerlərdə yol verilir.

3.2. Azərbaycan Respublikasının ərazisinə heyvanların, həmçinin inkubasiya üçün yumurtaların idxalı «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə uyğun olaraq tənzimlənir.

3.3. Dövlət baytarlıq nəzarətində olan yüklər Azərbaycan Respublikasına göndərilməzdən əvvəl, həmin yüklərə «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə uyğun olaraq beynəlxalq baytarlıq sertifikatı verilir.

3.4. Beynəlxalq baytarlıq sertifikatlarının qarşılıqlı surətdə tanınması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

3.5. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə uyğun olaraq insanların qidalanması, heyvanların yemlənməsi və ya əczaçılıq, kənd təsərrüfatı və sənayedə istifadə edilməsi məqsədilə heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının ərazisinə idxalına yalnız o halda yol verilir ki, ixrac edən ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları versin.

3.6. Azərbaycan Respublikasından ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara idxalçı ölkələr tələb etdiyi halda, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən baytarlıq sahəsində beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış beynəlxalq baytarlıq sertifikatı verilir. İdxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan məhsullara Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən sağlamlıq sertifikatı qida məhsulunun qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan mənşəli məhsullar üçün heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilərlər.

3.7. Kolleksiya məqsədi ilə əldə olunan zooloji, arxeoloji və paleontoloji əşyalar (heyvanların müqəvvası, ölmüş heyvanların qalıqları və digər kolleksiya əşyaları) inzibati ərazinin Beynəlxalq Epizootik Büronun siyahısına daxil olan xəstəliklərdən azad olması haqqında müvafiq baytarlıq sənədi ilə müşayiət edilməlidir.

3.8. Virus və bakterial kulturaların, genetik strukturların, o cümlədən toksinlərin (biomaterialların) idxalı və ixracı beynəlxalq razılaşmalara və baytarlıq-sanitariya tələblərinə riayət etməklə həyata keçirilir.

3.9. Kökünün kəsilməsi təhlükəsi altında olan vəhşi heyvan növlərinin, onların törəmələrinin və ov qənimətlərinin Azərbaycan Respublikasına idxalına, onları ixrac edən ölkənin bu sahədə müvafiq orqanlarının icazəsi olduqda yol verilir.

3.10. Dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı və idxalı Agentlik və onun yerli qurumları tərəfindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.

3.13. Bu Qaydalara uyğun olaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, ixracına, ölkə ərazisində daşınmasına baytarlıq sənədlərinin (baytarlıq sertifikatı, şəhadətnaməsi) verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş hallarda və məbləğdə dövlət rüsumu tutulur.

6.1. Azərbaycan Respublikasının ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti bu yüklərin tranziti (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) və respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir.

6.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranziti "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

6.3. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasının ərazisində daşınmasına baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:

6.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin yüklənməsinin və boşaldılmasının dövlət baytarlıq müfəttişlərinin nəzarəti altında həyata keçirilməsini;

6.3.2. kənd təsərrüfatı heyvanlarımın köç yolları və daşınma marşrutlarının aidiyyəti orqanlarla müəyyən edilməsini və müvafiq ərazilərin baş dövlət baytarlıq müfəttişi ilə razılaşdırılmasını;

6.3.3. dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin (konteynerlərin) beynəlxalq standartlara uyğun hazırlanmasını və istifadə olunmasını.

6.4. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınması üçün baytarlıq sənədlərinin tərtibatı idxal-ixrac edən ölkələrin Agentlik tərəfindən, digər işlər isə (nəqliyyatla təminat və s.) yük göndərən və ya yük qəbul edən şəxslər tərəfindən həyata keçirilir.

6.5. Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələri gömrük orqanları tərəfindən məcburi dezinfeksiya edilməlidir.

6.6. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranziti onları göndərən və alan ölkələrin müvafiq ərazilərinin epizootik salamatlığı təsdiq olunarsa həyata keçirilir.

Azərbaycan Respublikasının

Qida Təhlükəsizliyi Agentliyi

________________________

(regional bölmənin adı)

"Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları"na

“_____”_____________20___il

Mən, aşağıda imza edən dövlət baytar müfəttişi, həmin baytarlıq arayışını verirəm

____________________________________________________________________________________

____________________________________________________________________________________

ondan ötrü ki, ona məxsus _____________________________________________________________________

____________________________________________________________________________________

Miqdarda ___________________________________________________ (kq, yer, ədəd, baş) cəlb edilmişdir)

Yük göndərilir ________________________________________________________________________

____________________________________________________________________________________

Xüsusi qeydlər _______________________________________________________________________________

____________________________________________________________________________________

Baytarlıq arayışının əsli yalnız şəhər (rayon) ərazisində etibarlıdır.

Səlahiyyətli şəxs ______________________________________________________________________________

____________________________________________________________________________________

İmza _______________________

Qeyd. Baytarlıq arayışı yalnız şəhər (rayon) ərazisində daşınan dövlət baytarlıq nəzarətində olan yüklərə verilir.

Azərbaycan Respublikasının

Qida Təhlükəsizliyi Agentliyi

________________________

(regional bölmənin adı)

"Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və

xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları"na

“_____”_____________20___il

Mən, aşağıda imza edən baytar həkimi, həmin baytarlıq şəhadətnaməsini vermişəm

____________________________________________________________________________________

ondan ötrü ki, baytarlıq baxışı zamanı göndərilən ________________________________________________

____________________________________________________________________________________

__________miqdarda ______________________________________________________________________ baş

(yer, ədəd) yoluxucu xəstəliklərə görə xəstə və ya xəstəliyə şübhəli heyvan

aşkar olunmadı və onlar çıxarılır ______________________________________________________________

(təşkilatın adı, sahibinin soyadı, adı, atasının adı)

____________________________________________________________________________________

____________________________________________________________________________________

xüsusi təhlükəli və karantin heyvan xəstəliklərinə görə sağlamdır.

Heyvan idxal olunan ölkənin tələbinə uyğun olaraq ixrac zamanı heyvanın çıxdığı təsərrüfat və ərazinin hansı müddətdə (ay, il) sağlam olduğu göstərilir

____________________________________________________________________________________

Heyvan doğulduğu gündən, 6 aydan az olmamaqla (lazım olanın altından xətt çəkməli), yaxud

___________________ay Azərbaycan Respublikasında olmuşdur.

Heyvan göndərilməmişdən əvvəl karantində saxlanılmışdır _______________________________________

(karantinin yeri və günü)

____________________________________________________________________________________

Karantin müddətində heyvan digər heyvanlarla kontaktda olmamışdır, hər gün bədən temperaturu ölçülmüş və kliniki baxış aparılmışdır, şəhadətnamə verilən gün müayinə edilmiş xəstə və xəstəliyə şübhəli heyvan aşkar edilməmişdir. Karantin müddətində heyvandan götürülmüş material dövlət baytarlıq laboratoriyasında müayinə edilmişdir

____________________________________________________________________________________

və aşağıdakı nəticələr alınmışdır:

Peyvəndləmə aparılıb: _______________________________________________«___» ___________ 20 ____ il

____________________________________________________________________«___» ___________ 20 ____ il

____________________________________________________________________«___» ___________ 20 ____ il

____________________________________________________________________«___» ___________ 20 ____ il

Heyvanlar parazitlərə qarşı işlənmişdir: ________________________________«___» ___________ 20 ____ il

____________________________________________________________________«___» ___________ 20 ____ il

Müşayiət edilən yük və qablaşdırma materialları bilavasitə yükgöndərənin təsərrüfatından çıxır və infeksion xəstəlik törədiciləri ilə kontaktda olmamışdır.

Heyvanlar yollanılır___________________________________________________________________________

____________________________________________________________________________________

Spesifikasiya (sürü cədvəli, qaimə) №_______________________ «______» __________________ 20 ____ il

nə üçün _____________________________________________________________________________________

yollanılır ____________________________________________________________________________________

____________________________________________________________________________________

marşrut üzrə ________________________________________________________________________________

____________________________________________________________________________________

Nəqliyyat vasitələri təmizlənib və dezinfeksiya edilmişdir.

Qeydlər: ____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

Şəhadətnamə yükləmə və yol boyu yükün hərəkəti zamanı nəzarət üçün təqdim edilir və yük sahibinə təhvil verilir. Şəhadətnamənin surəti etibarsızdır. Şəhadətnamə blankının doldurulması qaydasında pozuntu hallan müəyyən edildikdə, aşkar olunmuş pozuntu göstərilməklə, şəhadətnamə Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişinə təqdim edilir.

Qeyd. Bu şəhadətnamə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən dövlət baytarlıq nəzarətində olan diri heyvan və quşlara yalnız ölkə ərazisində daşınması üçün verilir.

Azərbaycan Respublikasının

Qida Təhlükəsizliyi Agentliyi

________________________

(regional bölmənin adı)

"Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları"na

“_____”_____________20___il

Mən, aşağıda imza edən baytar həkimi, həmin baytarlıq şəhadətnaməsini vermişəm

____________________________________________________________________________________

ondan ötrü ki, _______________________________________________________________________________

tədarük (istehsal) edilmiş _____________________________________________________________________

_________________________________________________________ baytarlıq-sanitariya ekspertizasından tam keçmişdir.

(məhsulun istehsal tarixi)

Baytarlıq-sanitariya ekspertizasından keçmiş xammaldan hazırlanmışdır (lazım olanın altından

xətt çəkməli) yararlı sayılır və _________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

göndərilir ___________________________________________________________________________________

məhsul əlavə laborator müayinəsindən keçirilmişdir ______________________________________________

(ekspertiza №-si və müayinənin nəticəsi)

____________________________________________________________________________________

Qeydlər: ____________________________________________________________________________________

____________________________________________________________________________________

Nəqliyyat vasitəsi təmizlənib və dezinfeksiya edilmişdir. Şəhadətnamə yükləmə və yol boyu yükün hərəkəti zamanı nəzarətin həyata keçirilməsi üçün təqdim olunur və yük alana təhvil verilir. Yükün doldurulması, boşaldılması və yol boyu hərəkəti zamanı baxışdan keçirilməsi barədə dövlət baytarlıq nəzarəti orqanlarının qeydiyyatı şəhadətnamənin arxa tərəfində aparılır. Şəhadətnamənin surəti etibarsızdır. Şəhadətnamə blankının doldurulması qaydasında pozuntu halları müəyyən edildikdə, aşkar olunmuş pozuntu göstərilməklə şəhadətnamə şəhər (rayon) dövlət baytarlıq müfəttişinə təqdim edilir.

Qeyd. Bu şəhadətnamə dövlət baytarlıq müfəttişləri tərəfindən dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli çiy məhsullara və xammala yalnız ölkə ərazisində daşınması üçün verilir.

1. 27 yanvar 2010-cu il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 66)

2. 29 may 2013-cü il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 09 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 584)

3. 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)

4. 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722)

5. 21 sentyabr 2020-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1222)

6. 15 aprel 2022-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 407)

7. 5 aprel 2023-cü il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 6 aprel 2023-cü il, “Xalq” qəzeti, 7 aprel 2023-cü il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 569)

8. 11 oktyabr 2023-cü il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 13 oktyabr 2023-cü il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1444)

9. 12 yanvar 2024-cü il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 yanvar 2024-cü il, “Xalq” qəzeti, 17 yanvar 2024-cü il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 81)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver