Qanunvericilik › Dövlət borcu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu

Dövlət borcu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin, dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq verilmiş büdcə ssudalarının geri qaytarılmasını təmin etmək üçün hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu – Təminat Fondu yaradılır.

13.2. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşır:

13.2.1. dövlət büdcəsindən ayrılan vəsait;

13.2.1-1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-2-ci və 19.5-1.3-cü maddələrinə əsasən Təminat Fonduna köçürülən vəsait;

13.2.2. dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq. Haqqın miqdarı tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi və əsas borcalanın maliyyə vəziyyəti nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir;

13.2.3. müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə daxilolmalar;

13.2.3-1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə uyğun olaraq Təminat Fonduna köçürülən vəsait;

13.2.4. dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi;

13.2.5. Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir;

13.2.6. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

13.3. Əsas borcalanın Təminat Fonduna köçürdüyü haqq dövlət zəmanəti verildikdən sona geri qaytarılmır.

13.3-1. Hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilər. Təminat Fondundan dövlət büdcəsinə edilmiş transfertin (köçürmənin) məbləği dövlət büdcəsinin gəlirlərinə, Təminat Fondunun isə xərclərinə aid edilir.

13.3-2. Təminat Fondunun xərclərinin yuxarı həddi həmin fondun büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.

13.4. Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver