3.1. Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
3.2. Azərbaycan Respublikasının dövlətə məxsus aktivləri, onun beynəlxalq ehtiyatları və gələcəkdə yarana biləcək aktivləri dövlət borcu və ya dövlət tərəfindən zəmanət verilmiş borc üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı məqsədi ilə girov qoyula bilməz.
3.3. Naxçıvan Muxtar Respublikasının borcalmaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.
3.4. Azərbaycan Respublikası Mərkəzi Bankının borcalmaları Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunla tənzimlənir.
3.4-1. Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
3.5. Dövlət zəmanəti verilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikası dövlət müəssisələrinin borcalmalar üzrə öhdəlikləri üçün məsuliyyət daşımır.