Qanunvericilik › Dövlət borcu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Dövlət borcuna xidmət

Dövlət borcu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təmin edir. Dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün vəsaitin ayrılması müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulur. Ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir.

7.2. Bu Qanunun 7.1-ci maddəsində qeyd olunan mənbələr dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün kifayət etmədikdə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət büdcəsinə müvafiq dəyişikliklər edilməsi məsələsinə baxılır.

7.3. Dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver