Qanunvericilik › “Dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 07.02.2008) › Tam mətn

“Dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 07.02.2008)

“Dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 07.02.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanının 2.2-ci bəndinin və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin aparılması üçün müvafiq tədbirlər həyata keçirsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 7 fevral 2008-ci il

1.1. Bu Qayda dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin (bundan sonra – reyestr) tərtib edilməsi və aparılması qaydasını müəyyən edir.

1.2. Reyestrin aparılması dedikdə, dövlət borcları və dövlət zəmanətləri üzrə öhdəliklər, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcları, onların əmələ gəlməsi və onlara xitam verilməsi, həmçinin dövlət borcları və dövlət zəmanətləri üzrə öhdəliklərin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcların hərəkəti barədə məlumatların reyestrə daxil edilməsi başa düşülür.

1.3. Borc öhdəlikləri və dövlət zəmanətləri haqqında məlumatlar müvafiq öhdəliyin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borclarının rəsmiləşdiyi gündən ən geci 10 iş günü ərzində reyestrə daxil edilir.

1.4. «Dövlət borcu haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü yarımbəndinə uyğun olaraq, dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borclarının reyestri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilir və aparılır.

1.5. Reyestr Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir və aparılır.

1.6. Reyestr paralel olaraq aşağıdakı formada aparılır:

1.6.1. istənilən yazı üsulu ilə kağız (yazılı sənədlər) üzərində;

1.6.2. kompüterdən istifadə etməklə, elektron daşıyıcılarda (disk, disket və s.).

2.1. Reyestrin kağız üzərində aparılmasının əsas xüsusiyyətləri aşağıdakılardır:

2.1.1. reyestrin kağız (yazılı sənədlər) üzərində aparılması reyestr kitabında və qovluğunda eyni zamanda həyata keçirilir;

2.1.2. reyestr kitabı və qovluğunun hər biri daxili və xarici dövlət borcları və öhdəlikləri, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcları üçün nəzərdə tutulmuş üç hissədən ibarət olur;

2.1.3. reyestr kitabı nəzarət nüsxəsi, qovluğu isə istifadə nüsxəsi hesab olunur;

2.1.4. reyestr kitabında və qovluğunda olan müvafiq yazılar eyni olmalıdır. Həmin yazılar arasında fərq olduqda, reyestr kitabındakı yazılara üstünlük verilir;

2.1.5. reyestr kitabı və qovluğu ayrı-ayrı cildlərdən ibarətdir. Reyestr kitabı hər cildi möhkəm, qalın üz qabığından və səhifələnmiş (tikilmiş) vərəqlərdən (vərəqlərinin yalnız cırmaq və ya kəsmək yolu ilə çıxarılması mümkün olan) təşkil edilir;

2.1.6. reyestr qovluğu hər cildi möhkəm, qalın üz qabığından və səhifələnmiş (tikilmiş) vərəqlərdən (vərəqlərinin cırılmadan və ya kəsilmədən çıxarılması mümkün olan) təşkil edilir.

2.2. Reyestr elektron daşıyıcılarda, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun və digər müvafiq normativ hüquqi aktların müddəalarına uyğun olaraq aparılır. Bu zaman aşağıdakı tələblər yerinə yetirilməlidir:

2.2.1. məlumatların dəqiq işlənilməsinə riayət olunması, onların itirilməsinin qarşısının alınması və məlumatların qanunsuz əldə edilməsinin istisna olunması üçün etibarlı müdafiə sisteminin yaradılması üzrə tədbirlərin görülməsi;

2.2.2. məlumatların məlumat bazasına operativ daxil edilməsi, orada dəyişilməz və aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılması;

2.2.3. məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin sübut olunması mümkünlüyünün təmin edilməsi.

3.1. Borc öhdəliyinə və verilən dövlət zəmanətinə, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borclarına dair müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraq təsdiq edilərək, rəsmi qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunduqdan sonra, Maliyyə Nazirliyi tərəfindən borc öhdəliyinə və verilən dövlət zəmanətinə, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borclarına qeydiyyat (identifikasiya) nömrəsi verilir.

3.2. Reyestrə borc öhdəliyinə aid aşağıdakı məlumatlar daxil edilir:

3.2.1. borcun və zəmanətin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcun qeydiyyat tarixi və qeydiyyat nömrəsi;

3.2.2. kreditorun adı;

3.2.3. kreditor tərəfindən verilmiş qeydiyyat (identifikasiya) nömrəsi;

3.2.4. borcun adı və təsnifat üzrə növü;

3.2.5. borcun məbləği (valyuta növü göstərilməklə);

3.2.6. borc sənədlərinin imzalanma tarixi;

3.2.7. borc sənədlərinin imzalanma tarixinə borcun Azərbaycan manatı ilə məbləği;

3.2.8. borcalanın adı;

3.2.9. borc üzrə öhdəliyin yaranma tarixi və qüvvədə olma müddəti;

3.2.10. borcun məqsədi;

3.2.11. borcun istifadəsi üzrə icraçı təşkilat (əsas borcalan, istifadəçi və ya təkrar borcalan);

3.2.12. borcun qaytarılma müddəti və mənbəyi;

3.2.13. öhdəliyin təminatı formaları;

3.2.14. faiz dərəcəsi;

3.2.15. əsas borc üzrə birinci ödənişin tarixi;

3.2.16. əsas borc üzrə sonuncu ödənişin tarixi.

3.3. Dövlət reyestrinə daxil edilən rəqəmdən ibarət məlumatlar mötərizədə sözlərlə göstərilir.

3.4. Dövlət reyestrinə daxil edilmiş və ayrıca qeydiyyat nömrəsinə malik olan hər bir məlumat qeydiyyat orqanının müvafiq vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İmzanın və möhürün yanında imzası olan şəxsin vəzifəsi və adının baş hərfi, soyadı, habelə məlumatın daxiledilmə tarixi göstərilir.

4.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcun reyestrinin bu Qaydaya uyğun olaraq aparılmasını və reyestrin saxlanılmasını təmin edir.

4.2. Reyestrdə saxlanılan məlumatlardan istifadə və onların mühafizəsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

5.1. Reyestrdə olan hər hansı məlumatda dəyişikliklər baş verdikdə, bu dəyişikliklərin və ya düzəlişlərin reyestrə daxil edilməsi üçün müvafiq məlumatlar bu Qaydanın 3.1-ci bəndində müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

5.2. Dəyişikliklər barədə məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə daxil olduqdan sonra reyestrdə müvafiq qeydlər aparılır.

Reyestrdə qeydiyyatda olan borc öhdəliklərinin ləğv edilməsi və ya silinməsi bu borc öhdəliklərinin bitməsini və ya qüvvədən düşməsini, dövlət zəmanətlərinə, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcuna xitam verilməsini təsdiqləyən sənədlər rəsmi qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə daxil olduqdan sonra həyata keçirilir.

Bu Qaydanın tələblərinin pozulmasına görə təqsirli bilinən şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

18 fevral 2020-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 fevral 2020-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 204)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver