Qanunvericilik › Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.12.2011) › Tam mətn

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.12.2011)

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.12.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli, “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 5 dekabr tarixli 1867 nömrəli, “Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 6 dekabr tarixli 1868 nömrəli, “Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 7 dekabr tarixli 1869 nömrəli, “Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 8 dekabr tarixli 1870 nömrəli, “Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 9 dekabr tarixli 1871 nömrəli, “Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2011-ci il 10 dekabr tarixli 1872 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

2. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 832; 2011, № 7, maddə 736) (2-ci bənd istisna olmaqla) ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 13 dekabr 2011-ci il

1. 30 avqust 2013-cü il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1036)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver