Qanunvericilik › “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.11.2008) › Tam mətn

“Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.11.2008)

“Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 04.11.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 682 nömrəli Fərmanının 5.12-ci bəndinə əsasən, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici qonaqların qəbulu və onlara xidmət göstərilməsi ilə bağlı dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu ilə əlaqədar xərc normalarında dəyişikliklərin edilməsinə zərurət yarandıqda, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər versin.

3. Müəyyən edilsin ki:

3.1. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalar ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman, beynəlxalq gənclər tədbirlərinin keçirilməsinə şamil olunmur;

3.2. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalarla müəyyən edilmiş xərc normaları bu qərarın 3.1-ci bəndində göstərilənlər istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların dövlət büdcəsi üzrə xərclərində nəzərdə tutulan təxsisatlar çərçivəsində keçirilən beynəlxalq və ölkə səviyyəli tədbirlərə də tətbiq olunur;

3.3. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalar dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə də şamil olunur;

3.4. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydalarla müəyyən edilmiş xərc normaları dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, həmçinin dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən həyata keçirilən beynəlxalq və ölkə səviyyəli tədbirlərə də tətbiq olunur.

4. “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xarici ölkələrin nümayəndə heyətlərinin, ayrı-ayrı rəsmi şəxslərin qəbulu və onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 yanvar tarixli 6 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 53, № 12, maddə 1080; 2005-ci il, № 11, maddə 1064) qüvvədən düşmüş hesab edilsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 4 noyabr 2008-ci il

Azərbaycan Respublikasında beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün vəsaitlərin dövlət büdcəsində nəzərdə tutulması və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən bu tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin nəzərdə tutulması və xərclənməsi bu Qaydalarla tənzimlənir.

1.1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı öhdəliklərin götürülməsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

2.1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün tələb olunan vəsaitlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları”nın 2.5-ci bəndinə uyğun olaraq növbəti il üçün dövlət büdcəsində ayrıca sətirdə nəzərdə tutulur.

2.2. Dövlət büdcəsi təsdiq olunduqdan sonra beynəlxalq və ölkə səviyyəli tədbirlərlə bağlı xərclərin təşkilatlar və tədbirlər üzrə bölgüsü bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilməklə təsdiq edilir.

3.1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bölgüyə uyğun olaraq, vəsaitlərin ayrılması ilə bağlı aidiyyəti təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tədbirin keçirilməsinə ən azı 40 gün qalmış müraciət edilir və bu zaman müvafiq xərclər smetası, təsdiqedici sənədlər, hesablamalar həmin müraciətə əlavə olunur.

3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyində təqdim edilən sənədlərə baxıldıqdan sonra tədbirin keçirilməsi proqramına uyğun olaraq vəsaitlərin ayrılması təmin edilir.

3.3. Beynəlxalq və ölkə səviyyəli tədbirlər baş tutmadıqda və ya bunların keçirilməsi üçün ayrılmış vəsaitin müəyyən edilmiş məqsədlərə xərclənməsi mümkün olmadıqda və ya ayrılmış vəsaitə qənaət edildikdə, bu vəsait mövcud qanunvericiliyə uyğun olaraq təxirə salınmadan ilkin mənbəyinə qaytarılır.

Təsdiq olunmuş bölgü üzrə ödənişlər həyata keçirilərkən konkret tədbirə ayrılan vəsait çatışmadıqda, yaranmış fərq artıq həyata keçirilmiş digər tədbirlərin maliyyələşdirilməsi zamanı əmələ gələn qənaət və ya ehtiyat vəsait hesabına ödənilə bilər.

3.4. Beynəlxalq səviyyəli tədbirin keçirilməsi ilə bağlı xərclər (mehmanxana, nəqliyyat, yemək və s.) bu tədbirlərin keçirilməsinə dair razılaşma sənədinə əsasən Azərbaycan Respublikası tərəfindən ödənilməli olduqda, həmin xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi həyata keçirilir.

3.5. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün vəsait ayrılmış olan təşkilatların rəhbərləri həmin vəsaitin təyinatı üzrə və bu Qaydalara əlavə olunan normalara uyğun olaraq xərclənməsinə ciddi nəzarət etməlidirlər.

3.6. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsindən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq hesabat tədbirləri keçirən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

3.7. Azərbaycan Respublikasına səfər edən dövlət və ya hökumət nümayəndə heyətlərinin və ayrı- ayrı rəsmi şəxslərin şərəfinə rəsmi qaydada ziyafətlər verilə bilər.

3.8. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı dövlət büdcəsində vəsait nəzərdə tutulmadıqda, dövlət başçısının tapşırığı və ya razılığı əsasında bu tədbirlərin keçirilməsi üçün maliyyə vəsaiti ayrılması ilə bağlı aidiyyəti təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət oluna bilər. Bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin dövlət büdcəsindən ayrılması, istifadəsi və istifadəsinə nəzarət bu Qaydaların tələbləri gözlənilməklə həyata keçirilir.

4.1. Xarici ölkələrin nümayəndə heyətlərinin, ayrı-ayrı rəsmi şəxslərin qəbulu və onlara xidmət göstərilməsi üçün vəsaitlər hər il dövlət büdcəsində aidiyyəti dövlət büdcəsindən maliyyələşən təşkilatların saxlanılması xərclərində dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatının müvafiq xərc yarımmaddəsində nəzərdə tutulur.

4.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərləri tərəfindən xarici ölkələrin nümayəndə heyətlərinin, ayrı-ayrı rəsmi şəxslərin qəbulu zamanı bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində müvafiq qaydada smeta təsdiq edilir.

4.3. Xarici ölkələrin nümayəndə heyətlərinin və ayrı-ayrı rəsmi şəxslərin qəbulu və onlara xidmətlə bağlı xərclərin ödənilməsi bu Qaydaların əlavəsində göstərilən xərc normalarına uyğun olaraq, Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarının rəhbərləri və yuxarı dövlət orqanının rəhbəri tərəfindən xarici ölkələrin nümayəndə heyətlərinin, ayrı-ayrı rəsmi şəxslərin qəbulu və onlara xidmət göstərilməsi ilə bağlı xərclər isə faktiki məsrəflərə uyğun olaraq və aidiyyəti dövlət orqanları aparatlarının saxlanılması xərclərində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

ziyafət (tədbir ərzində 2 dəfədən artıq olmamaq şərtilə)

gün ərzində tədbirin təşkili ilə bağlı cəlb olunan yardımçı heyət (sürücülər, könüllülər, təhlükəsizlik işçiləri və s.) üçün yemək xərci

gün ərzində danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi və qəlyanaltı

nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün

nümayəndə heyətinin üzvləri üçün

nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün

nümayəndə heyətinin üzvləri üçün

1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi zamanı Azərbaycan Respublikası tərəfindən tədbirdə iştirak edən şəxslər üçün bu xərc normaları (3-cü hissə istisna olmaqla) tətbiq edilir.

2. Xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar, şam yeməyi, habelə ziyafət verilməsi zamanı Azərbaycan Respublikası tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayının 1,5 mislindən çox olmamalıdır. Ziyafət yalnız ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanlarının, həmçinin yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən verilə bilər. Tədbirin təşkili ilə bağlı cəlb olunan yardımçı heyətin sayı xarici nümayəndə heyəti üzvlərinin ¼-dən çox olmamalıdır.

3. Mehmanxanalarda kateqoriyalar üzrə nömrələrin kirayə xərcləri xarici nümayəndə heyətlərinin və ayrı-ayrı rəsmi şəxslərin qəbul edildiyi şəhərin mehmanxanalarında qüvvədə olan tariflərə uyğun olaraq müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. Xarici ölkələrdən gələn qonaq yüksəkvəzifəli şəxs (qorunan şəxs) olduqda, qonağın yaşadığı mehmanxanada mühafizə məqsədi ilə Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən təhkim olunmuş əməkdaşlar üçün otaqların kirayə haqqı təqdim edilən hesab əsasında ödənilir.

4. Mehmanxanalarda yerlər nümayəndə heyətini və ayrı-ayrı rəsmi şəxsləri qəbul edən təşkilatın tələbnaməsinə əsasən bronlaşdırılır.

5. Tərcümə xidmətlərinin ödənişi:

5.1. xarici ölkələrin nümayəndə heyətlərinə və ayrı-ayrı rəsmi şəxslərə tərcümə xidməti xərcləri tərcümə xidməti göstərən hüquqi və ya fiziki şəxslərlə real bazar qiymətlərinə uyğun olaraq bağlanmış müqavilə və müvafiq təsdiqedici sənədlər əsasında ödənilir;

5.2. xarici ölkələrin nümayəndə heyəti üzvlərinin sayı 5 nəfərdən çox olduqda, nümayəndə heyətinə xidmət göstərən tərcüməçilərin və müşayiət edən şəxslərin sayı 5 nəfərdən az olmayan hər nümayəndə heyəti üçün 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxs hesabı ilə müəyyən edilir;

5.3. xarici nümayəndə heyətinin say tərkibindən asılı olmayaraq, nümayəndə heyətinə (nümayəndəsinə) tərcümə xidmətinə görə 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxsin təyin edilməsi onların ayrı-ayrı dil qruplarına mənsub olması zamanı tətbiq edilir.

6. Xarici ölkələrin nümayəndə heyətlərinə və ayrı-ayrı rəsmi şəxslərə avtomobil nəqliyyatı xidməti xərcləri nəqliyyat xidməti göstərən və ya nəqliyyat vasitələrinin icarəsini təklif edən müəssisələrlə real bazar qiymətlərinə uyğun bağlanmış müqavilə əsasında saat hesabı ilə aşağıdakı qaydada ödənilir:

6.1. nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün banı “Sedan” tipli minik avtomobili ilə 1 gündə 12 saata qədər (tədbir keçirilən müddətdə respublikanın regionlarına səfər etmək zərurəti yarandıqda, habelə ölkənin beynəlxalq hava limanlarında uçuşların vaxt qrafiki nəzərə alınmaqla, daha artıq müddətə);

6.2. nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərə qədər olduqda, nümayəndə heyətinin hər 3 üzvünə banı “Sedan” tipli 1 ədəd minik avtomobili ilə 1 gündə 10 saata qədər;

6.3. nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərdən çox olduqda, üzvlərin sayından asılı olaraq müvafiq tipli avtobusla 1 gündə 10 saata qədər.

1. 1 oktyabr 2014-cü il tarixli 318 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1289)

2. 4 mart 2020-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 338)

3. 18 noyabr 2025-ci il tarixli 337 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 noyabr 2025-ci il, “Xalq” qəzeti, 29 noyabr 2025-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1088)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver