Qanunvericilik › “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.01.2020) › Tam mətn

“Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.01.2020)

“Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.01.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 10 yanvar 2020-ci il

1.1. Bu Qayda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının dövlət büdcəsi gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılmasının təşkilati prinsiplərini və qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasının məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının həlli, ortamüddətli resurs zərfinin müəyyən edilməsi, dövlətin funksiyalarının həyata keçirilməsi üçün maliyyə vəsaitinin toplanılmasını və istifadəsini təmin etməkdir.

1.3. Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması prosesi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanuna, digər qanunlara və normativ hüquqi aktlara, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qaydaya uyğun olaraq həyata keçirilir.

1.4. Dövlət büdcəsinin gəlirlərinin mənbələr üzrə proqnozlaşdırılmasında vahid büdcə təsnifatından istifadə olunur.

1.4-1. Bu Qaydanın məqsədləri üçün vergi inzibatçılığı dedikdə vergilərin dövlət büdcəsinə tam və vaxtında yığılmasını təmin etmək məqsədilə vergi orqanları tərəfindən uçot və hesabat məlumatlarının yoxlanılması, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlbetmə, vergilər üzrə borcların alınması və artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı həyata keçirilən tədbirlər başa düşülür.

1.4-2. Vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalar (azalmalar) beynəlxalq təcrübə nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hər il protokolla təsdiq edilərək proqnozlaşdırılır.

1.5. Bu Qaydada istifadə olunan digər anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.1. Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasının prinsipləri aşağıdakılardır:

2.1.1. vahidlik – dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması sahəsində qanunvericiliyin təşkili və proqnozlaşdırmanın tətbiqi qaydalarının vahidliyi;

2.1.2. daxili balanslaşdırma – dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasına dair məlumat və hesabat sənədlərinin onun məqsəd, vəzifə və nəticə göstəriciləri ilə uyğunluğu;

2.1.3. düzgünlük və reallıq – dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasına dair qarşıya qoyulmuş məqsədlərə nail olunması və proqnozlaşdırma prosesində istifadə edilən nəticə göstəricilərinin əsaslılığı;

2.1.4. fasiləsizlik və ardıcıllıq – dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasının pilləli xarakter daşıması.

3.1. Dövlət büdcəsi gəlirlərinin proqnoz layihəsi ölkənin iqtisadi və sosial inkişafının proqnozları, məqsədli proqramları, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslərin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır.

3.2. Dövlət büdcəsi gəlirləri üzrə proqnoz layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na uyğun təqdim edilmiş hesabat və məlumatlarla yanaşı, aşağıdakılardan istifadə edilməklə tərtib olunur:

3.2.1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər il fevralın 5-dək razılaşdırılmış formada təqdim olunan son 3 ili əhatə edən statistik məlumatlar;

3.2.2. dövlət büdcəsinin gəlirlərini təmin edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin sorğusu əsasında isə büdcə təşkilatları tərəfindən mart ayının 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üzrə büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflər və büdcə qaydasının hesablanması üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsinə əsasən tələb olunan məlumatlar;

3.2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari il martın 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının xülasəsi və proqnoz göstəriciləri, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun növbəti il üçün ilkin proqnozları, həmçinin hər il avqustun 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozlarının və dövlət investisiya proqramının dəqiqləşdirilmiş variantı və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının istiqamətləri ilə bağlı məlumatlar;

3.2.4. büdcədənkənar dövlət fondları tərəfindən:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondu (rayon və şəhərlər də daxil olmaqla) tərəfindən mart ayının 1-dək təqdim olunmuş növbəti büdcə ili və sonrakı üç il üçün öz büdcə layihələrinin ilkin variantı, iyulun 1-dək isə büdcə layihələrinin dəqiqləşdirilmiş variantı;

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən hər il fevralın 5-dək təqdim olunmuş növbəti büdcə ili və sonrakı üç il üçün öz büdcə layihələrinin (dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərclər istisna olmaqla) ilkin variantı, iyulun 1-dək isə büdcə layihələrinin (dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərclər istisna olmaqla) dəqiqləşdirilmiş variantı;

3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən mart ayının 1-dək təqdim olunmuş növbəti büdcə ili və sonrakı üç il üçün icbari tibbi sığorta fondunun büdcə layihəsinin ilkin variantı, iyulun 1-dək isə büdcə layihəsinin dəqiqləşdirilmiş variantı;

3.2.5. məqsədli büdcə fondları tərəfindən hər il martın 1-dək təqdim olunmuş növbəti il və sonrakı üç il üçün büdcə layihəsinin ilkin variantı, iyulun 1-dək isə dəqiqləşdirilmiş variantı;

3.2.6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş vergi və dövlət rüsumları üzrə əvvəlki ildə tətbiq edilən və cari ildə gözlənilən güzəşt və azadolmalara (vergi və dövlət rüsumlarının növləri ayrılıqda göstərilməklə) dair məlumatlar, hər il iyunun 15-dək isə iqtisadi maraqlar mərkəzi üzrə yenidən uçota alınmış vergi ödəyicilərinə (şəhər və rayonlar, əvvəlki ildə hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödəmə məbləğləri göstərilməklə) dair məlumatlar;

3.2.7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş vergi və gömrük rüsumları üzrə əvvəlki ildə tətbiq edilən və cari ildə gözlənilən güzəşt və azadolmalara (vergi və gömrük rüsumlarının növləri ayrılıqda göstərilməklə) dair məlumatlar;

3.2.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş növbəti ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısı və özəlləşmədən daxilolmaların proqnoz göstəriciləri;

3.2.9. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, nazirliklər, komitələr, dövlət idarə və təşkilatları, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlər, yerli icra hakimiyyəti orqanları tərəfindən cari il martın 1-dək növbəti il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün təqdim olunmuş məlumatlar və sənədlər, iyunun 1-dək isə həmin məlumat və sənədlərin dəqiqləşdirilmiş variantı;

3.2.10. nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşdirilən digər təşkilatlar, dövlət büdcəsindən maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar tərəfindən hər il iyulun 1-dək təqdim olunmuş aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatlar, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən və dövlət sifarişinə aid olan tədbirlərin, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflər.

3.3. Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması zamanı istifadə olunan növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozları hər il ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və strateji proqram sənədləri əsasında ölkə üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən, regionlar üzrə isə yerli icra hakimiyyət orqanları tərəfindən tərtib olunur.

4.1. Növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozlarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktubuna və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əsasən büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar tərəfindən təqdim olunmuş məlumatlara uyğun olaraq, dövlət büdcəsinin gəlirləri aşağıdakı proqnozlaşdırma modellərindən istifadə edilməklə proqnozlaşdırılır:

4.1.1. gəlir mənbəyinə (iqtisadi artım, mallar (iş və xidmətlər) üzrə tələb və təklif, torpaq sahəsi, əmlakın dəyəri, faizlər, vergi dərəcələri və s.) təsir göstərən iqtisadi məlumatlara əsasən vergi gəlirlərini dəqiq əmsallar vasitəsilə hesablayan ekonometrik modellər;

4.1.2. inflyasiya və iqtisadi artımın təsiri nəticəsində forma-laşmış vergi bazasına tətbiq edilən vergi dərəcələri.

4.2. Ekonometrik modellər dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında proqnozlaşdırma modelinin əmsallarının hesablanması üçün istifadə olunur.

4.3. Ekonometrik proqnozlaşdırma modellərinin xüsusiyyətləri aşağıdakı kimidir:

4.3.1. təhlilə bütün müvafiq sərbəst iqtisadi dəyişənlər daxil edilir;

4.3.2. sərbəst dəyişənlər və onların əsasını təşkil edən ehtimallar proqnozlaşdırılan gəlir mənbəyi ilə birbaşa əlaqəlidir;

4.3.3. dəyişənlərin təhlili dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında ehtimalların təsirini qiymətləndirmək imkanı verir;

4.3.4. iqtisadi fəaliyyətin gəlir mənbələrinə təsirinə dair məlumatları tənzimləyir;

4.3.5. dövlət gəlirlərinin proqnozlaşdırılmasında hər bir mühüm faktoru müəyyən etməyi və onun gəlir mənbəyinə olan münasibətini qiymətləndirməyi tələb edir;

4.3.6. daha statistik və iqtisadi stabilliyin olmasını tələb edir;

4.3.7. iqtisadi məlumatların və gəlir barədə məlumatların ətraflı olmasını tələb edir;

4.3.8. proqnozlaşmada iqtisadi dəyişikliklər baş verərsə, dəyişənlər arasında münasibətləri davamlı tərzdə qiymətləndirməyi tələb edir.

4.4. Ekonometrik proqnozlaşdırma modelləri ilə dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması üçün hesablama modelləri dəqiqləşdirilməlidir.

4.5. Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında istifadə olunan hesablama modellərinin strukturu aşağıdakı kimidir:

4.5.1. fiziki şəxslərin gəlir vergisi üzrə – f (ödəyicilərin sayı, əməkhaqqı fondu, orta aylıq əməkhaqqı, qeyri-neft ÜDM, vergi dərəcəsi, qeyri-neft ÜDM-nin nominal artım (azalma) tempi, hesab-lanmış vergi, faktiki daxilolma, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar əlavə daxilolmalar);

4.5.2. hüquqi şəxslərin mənfəət vergisi üzrə – f (qeyri-neft ÜDM, neft və qaz sahəsi üzrə hasilat, vergi dərəcəsi, qeyri-neft ÜDM-nin nominal artım (azalma) tempi, hesablanmış vergi, faktiki daxilolma, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalar, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar əlavə daxilolmalar);

4.5.3. əlavə dəyər vergisi (bundan sonra – ƏDV) üzrə – f (qeyri-neft ÜDM, idxalın, o cümlədən ƏDV-yə cəlb olunan idxalın həcmi, ÜDM-nin nominal artım (azalma) tempi, hesablanmış vergi, faktiki daxilolma, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalar, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar əlavə daxilolmalar);

4.5.4. aksiz vergisi üzrə – f (istehsalın həcmi, idxalın həcmi, vergi dərəcəsi, qeyri-neft ÜDM, qeyri-neft ÜDM-nin artım (azalma) tempi, hesablanmış vergi, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar əlavə daxilolmalar);

4.5.5. sadələşdirilmiş vergi üzrə – f (sektorlar üzrə ÜDM-nin nominal artım (azalma) tempi, vergi dərəcəsi, mənbələr üzrə faktiki daxilolmalar, nağd qaydada bank və digər ödəniş hesablarından çıxarılan vəsaitlər);

4.5.6. mədən vergisi üzrə – f (hasilat, vergi dərəcəsi, qeyri-neft ÜDM, tikinti sektoru üzrə qeyri-neft ÜDM-nin artım (azalma) tempi, hesablanmış vergi, faktiki daxilolma, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar əlavə daxilolmalar);

4.5.7. əmlak vergisi üzrə – f (hüquqi şəxslərin və fərdi sahibkarların mülkiyyətində və istifadəsində olan əmlakın ortaillik qalıq dəyəri, əsas kapitala yönəldilən investisiya, vergi dərəcəsi, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar əlavə daxilolmalar);

4.5.8. torpaq vergisi üzrə – f (torpaq sahəsi, vergi dərəcəsi, kadastr qiymətləri, müxtəlif təyinatlar üzrə torpaq vergisinə cəlb olunan torpaq sahəsi);

4.5.9. yol vergisi üzrə – f (avtonəqliyyat vasitələrinin növü və sayı, vergi dərəcəsi, avtomobil benzininin, dizel yanacağının və maye qazın həcmi);

4.5.10. gömrük rüsumu üzrə – f (idxalın həcmi, idxala cəlb olunmayan həcm, gömrük rüsumunun dərəcəsi gömrük rüsumunun tarif dərəcəsinə görə növü);

4.5.11. vergi olmayan ödənişlər üzrə – f (qeyri-neft ÜDM, qiyməti tənzimlənən məhsullar üzrə ixracın həcmi, məhsul növü üzrə ölkədaxili topdansatış qiyməti, məhsul növü üzrə ixrac xərcləri, məhsul növü üzrə kontrakt (satış) qiyməti, daxilolmalar, qanun-vericilikdə nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalar).

4.6. Bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulan hər bir vergi bazasına münasibətdə vergi elastikliyini əldə etmək məqsədilə bütün modellər loqaritmik formada aşağıdakı düsturla hesablanır:

4.7. Bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulan düsturla hesablanan bərabərliklər loqaritmik formada olduğundan, əmsallar hər bir verginin vergi elastikliyini əks etdirir.

4.8. Vergi bazasında 1% dəyişilmə ilə münasibətdə vergidə faiz dəyişikliyini ölçən vergi elastikliyi aşağıdakı kimi müəyyən edilir:

% D vergi daxilolmaları

4.10. Vergi dərəcələrindən istifadə etməklə, dövlət büdcəsinin gəlir mənbələri aşağıdakı kimi proqnozlaşdırılır:

4.10.1. növbəti il üçün fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların proqnozu bu yarımbəndin 1-ci və 2-ci abzaslarına uyğun qaydada hesablanmış məbləğlərin ədədi ortası ilə 3 nömrəli abzasına uyğun hesablanmış məbləğin cəmi kimi müəyyən edilir və aşağıdakı üsullarla hesablanır:

1. muzdlu işə aid olan fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların proqnozu ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozlarına əsasən əvvəlki il üzrə faktiki əməkhaqqı fondundan, cari il üzrə gözlənilən və növbəti il üzrə proqnozlaşdırılan orta aylıq əməkhaqlarının artım (azalma) templərindən istifadə etməklə, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların proqnozu;

- əvvəlki ildə faktiki əməkhaqqı fondu;

- cari il üzrə gözlənilən orta aylıq əməkhaqqının nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə orta aylıq əməkhaqqının nominal artım (azalma) tempi;

- son 2 il üzrə əməkhaqqı fondundan hesablanmış gəlir vergisi üzrə orta vergi dərəcəsi;

- proqnozlaşdırılan ildə qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

2. muzdlu işə aid olan fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların proqnozu proqnozlaşdırılan il üzrə qeyri-neft ÜDM-in həcmindən, son 2 il üzrə faktiki daxilolmaların və cari il üzrə proqnozlaşdırılan daxilolmaların qeyri-neft ÜDM-də xüsusi çəkilə-rindən istifadə etməklə, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların proqnozu;

- proqnozlaşdırılan ildə qeyri-neft ÜDM;

- son 2 il üzrə faktiki daxilolmaların və cari il üzrə proqnozlaşdırılan daxilolmaların qeyri-neft ÜDM-də xüsusi çəkilərinin ədədi ortası;

- proqnozlaşdırılan ildə qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

3. muzdlu işə aid olmayan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlir vergisi üzrə daxilolmaların proqnozu aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlir vergisi üzrə daxilolmaların proqnozu;

- əvvəlki il üzrə muzdlu işə aid olmayan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən hesablanmış (maliyyə sanksiyaları və faizlər daxil olmaqla) məbləğ;

- cari il üzrə qeyri-neft ÜDM-in gözlənilən nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə qeyri-neft ÜDM-in nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

4.10.2. hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların proqnozu aşağıdakı üsullarla müəyyən edilir:

1. qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların proqnozu əvvəlki il üzrə hesablanmış mənfəət vergisi (maliyyə sanksiyaları və faizlər daxil olmaqla) məbləğindən, ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozlarına uyğun olaraq cari il üzrə gözlənilən və növbəti il üzrə proqnozlaşdırılan qeyri-neft ÜDM-in nominal artım (azalma) tempindən istifadə etməklə, bu abzasa və bu yarımbəndin 2-ci abzasına uyğun qaydada hesablanmış məbləğlərin ədədi ortası ilə müəyyən edilir və aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların proqnozu;

- əvvəlki ildə mənfəət vergisi üzrə hesablanmış məbləğ;

- cari il üzrə qeyri-neft ÜDM-in gözlənilən nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə qeyri-neft ÜDM-in nominal artım (azalma) tempi;

- vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalar;

- proqnozlaşdırılan ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

2. ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnoz-larına uyğun olaraq proqnozlaşdırılan il üzrə qeyri-neft ÜDM-in həcmindən, son 2 il üzrə faktiki daxilolmaların və cari il üzrə proqnozlaşdırılan daxilolmaların qeyri-neft ÜDM-də xüsusi çəkilə-rindən istifadə etməklə aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların proqnozu;

- proqnozlaşdırılan ildə qeyri-neft ÜDM-in həcmi;

- son 2 il üzrə faktiki daxilolmaların və cari il üzrə proqnozlaşdırılan daxilolmaların qeyri-neft ÜDM-də xüsusi çəkilərinin ədədi ortası;

- vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalar;

- proqnozlaşdırılan ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

3. neft sektoru üzrə mənfəət vergisindən daxilolmalar aşağıdakı qaydada proqnozlaşdırılır:

3.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üzrə mənfəət vergisindən daxilolmalar ölkənin əsas makroiqtisadi və yanacaq-enerji balansının proqnoz göstəricilərinə və həmin şirkət tərəfindən təqdim edilən büdcə məlumatlarına əsasən xam neft və neft məhsullarının, təbii qazın, kimya məhsullarının ixracı və daxili bazarda satışı, şirkətin istehsal və maliyyə göstəricilərinin, gəlirlərinin, xərclərinin və mənfəət vergisinə təsir edən digər zəruri göstəricilərin təhlili əsasında bu yarımbənd ilə müəyyən edilən üsullarla proqnozlaşdırılır;

3.2. Hasilatın Pay Bölgüsü sazişləri üzrə fəaliyyət göstərən podratçı tərəflərin mənfəət vergisindən daxilolmaların proqnozu ölkənin əsas makroiqtisadi və yanacaq-enerji balansının proqnoz göstəricilərinə və podratçılar tərəfindən təqdim edilən illik iş proqramına və büdcə məlumatlarına əsasən növbəti il üçün karbohidrogenlərin hasilat və satış həcmləri, satışdan əldə edilən gəlirlər, xərclər, xam neftin 1 (bir) barelinin dünya bazarında nəzərdə tutulan qiyməti, vergi bəyannaməsi məlumatları və digər zəruri göstəricilərdən istifadə etməklə, həmin sazişlərdə nəzərdə tutulmuş hesablamalar əsasında müəyyən edilir;

3.3. Hasilatın Pay Bölgüsü sazişləri üzrə podratçıların mənfəət vergisi üzrə daxilolmaların proqnozu zamanı aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- Hasilatın Pay Bölgüsü sazişləri üzrə mənfəət vergisindən daxilolmaların proqnozu;

- hasil olunan karbohidrogenlərin həcmi;

- karbohidrogenlərin nəzərdə tutulan proqnoz qiyməti;

- Hasilatın Pay Bölgüsü sazişləri üzrə fəaliyyət göstərən podratçıların payının ümumi hasilata nisbəti;

- Hasilatın Pay Bölgüsü sazişlərinə uyğun çıxılmalar;

- Hasilatın Pay Bölgüsü sazişləri üzrə nəzərdə tutulan vergi dərəcəsidir;

- proqnoz ilində karbohidrogenlərin təqdim edilməsindən əldə edilən gəlirlər;

- ümumi gəlirdən çıxılan xərclər;

- sazişdə olan iştirak payının satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən əldə olunan xalis gəlir;

- sazişdə olan iştirak payının satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən əldə olunan zərər;

- keçmiş illərin çıxılası zərəri;

- Hasilatın Pay Bölgüsü sazişləri üzrə nəzərdə tutulan vergi dərəcəsidir;

4.10.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən mallara, yerinə yetirilən işlərə və göstərilən xidmətlərə görə ƏDV üzrə daxilolmalar aşağıdakı üsullarla proqnozlaşdırılır:

1. qeyri-neft sektorundan ƏDV üzrə daxilolmaların proqnozu əvvəlki ildə hesablanmış ƏDV (maliyyə sanksiyaları və faizlər daxil olmaqla) məbləğindən, ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozlarına uyğun olaraq cari il üzrə gözlənilən və növbəti il üzrə proqnozlaşdırılan ÜDM-in nominal artım (azalma) tempindən istifadə etməklə, bu abzasa və bu yarımbəndin 2-ci abzasına uyğun qaydada hesablanmış məbləğlərin ədədi ortası ilə müəyyən edilir və aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- ƏDV üzrə daxilolmaların proqnoz məbləği;

- əvvəlki ildə ƏDV üzrə hesablanmış məbləğ;

- cari il üzrə qeyri-neft ÜDM-in gözlənilən nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə qeyri-neft ÜDM-in nominal artım (azalma) tempi;

- vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalar;

- proqnozlaşdırılan ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

2. ƏDV üzrə daxilolmaların proqnoz məbləği ölkənin sosial-iqtisadi inkişafının ortamüddətli proqnozlarına uyğun olaraq proqnozlaşdırılan il üzrə qeyri-neft ÜDM-in həcminə, son 2 il üzrə faktiki daxilolmaların və cari il üzrə proqnozlaşdırılan daxilolmaların qeyri-neft ÜDM-də xüsusi çəkilərinə əsaslanmaqla, aşağıdakı hesablamalar əsasında müəyyən edilir:

- ƏDV üzrə daxilolmaların proqnoz məbləği;

- proqnozlaşdırılan dövr üçün qeyri-neft ÜDM-in həcmi;

- son 2 il üzrə faktiki daxilolmaların və cari il üzrə proqnozlaşdırılan daxilolmaların qeyri-neft ÜDM-də xüsusi çəkilərinin ədədi ortası;

- vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalar;

- proqnozlaşdırılan ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

4.10.4. Azərbaycan Respublikasının ərazisinə idxal edilən mallar üzrə ƏDV-nin proqnozu ortamüddətli sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq idxalın proqnozlaşdırılan həcmindən, qanunvericiliyə əsasən vergiyə cəlb olunan malların cəmi idxalda xüsusi çəkisi göstəricilərindən istifadə etməklə, aşağıdakı hesab-lamalar əsasında müəyyən olunur:

- idxal olunan mallar üzrə ƏDV-dən daxilolmaların proqnoz məbləği;

- proqnozlaşdırılan il üçün idxalın həcmi;

- son 2 il üzrə faktiki və cari il üzrə proqnozlaşdırılan ƏDV-yə cəlb olunan idxalın cəmi idxalda xüsusi çəkilərinin ədədi ortası;

- proqnozlaşdırılan il üçün idxal olunan mallara gömrük rüsumu üzrə daxilolmaların proqnoz məbləği;

- proqnozlaşdırılan il üçün idxal olunan mallar üzrə aksiz vergisindən daxilolmaların proqnoz məbləği;

- vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalar;

4.10.5. qeyri-neft sektoru üzrə Azərbaycan Respublikasında istehsal edilən mallardan tutulan aksiz vergisi üzrə daxilolmaların proqnozu dövlət büdcəsinin gəlirlərinin təsnifat bölgüsünə uyğun olaraq bu yarımbəndin 1-ci və 2-ci abzaslarına uyğun qaydada hesablanmış məbləğlərin cəmi ilə müəyyən edilir və aşağıdakı üsullarla hesablanır:

1. pivə, spirtli içkilərin bütün növləri və tütün məmulatları üzrə aksiz vergisi proqnozlaşdırılan il üçün hər bir məhsul növü üzrə istehsalın həcmindən və aksiz vergisinin dərəcəsindən istifadə etməklə, hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan il üçün pivə, spirtli içkilərin bütün növləri və tütün məmulatları üzrə aksiz vergisindən daxilolmaların proqnoz məbləği;

- aksizli malların adı;

– hər bir məhsul növü üzrə proqnozlaşdırılan il üçün istehsalın həcmi;

- hər bir məhsul növü üzrə aksiz vergisinin dərəcəsi (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aksiz dərəcəsindən tutulmalar çıxılmaqla);

- proqnozlaşdırılan ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır.

Araq, konyak, şampan, şərab məhsulları üzrə aksiz vergisinin proqnoz məbləği müəyyən edilərkən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş formada vergi ödəyiciləri üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan son 5 il üzrə xam spirtdən xammal kimi istifadə olunan aksizli məhsulların istehsalında xam spirtə görə ödənilmiş və xam spirtə görə əvəzləşdirilmiş aksizin cəmi hesablamada xüsusi çəkilərinin ədədi ortası qədər azaldılması nəzərə alınır;

2. içməli spirt və sair məhsullar üzrə aksiz vergisi üçün hesablanmış (maliyyə sanksiyaları və faizlər daxil olmaqla) məbləğdən, ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozlarına uyğun olaraq cari il üzrə gözlənilən və növbəti il üzrə proqnozlaşdırılan qeyri-neft ÜDM-in nominal artım (azalma) tempindən istifadə etməklə, daxilolmaların proqnozu aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan il üçün qeyri-neft sektoru üzrə aksiz vergisindən daxilolmaların proqnoz məbləği;

- əvvəlki ildə hər bir məhsul növü üzrə hesablanmış aksiz məbləği;

- aksizli malların adı;

- cari il üzrə qeyri-neft ÜDM-in gözlənilən nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə qeyri-neft ÜDM-in nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

3. neft sektoru üzrə aksiz vergisindən daxilolmalar növbəti il üzrə yanacaq-enerji balansının proqnoz göstəricilərindən və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təqdim edilən məlumatlardan istifadə etməklə, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan il üçün neft sektoru üzrə aksiz vergisindən daxilolmaların proqnoz məbləği;

- aksiz vergisinə cəlb olunan məhsulların adı;

- ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının həcmi;

- ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili tarifinin aksiz dərəcəsinin hasilidir;

4.10.6. idxal olunan mallar üzrə aksiz vergisindən daxilolmalar gömrük yük bəyannamələrinin məlumatlarına əsasən aksizli malların hər növü üzrə idxalın həcminin dəyişməsi təhlil olunmaqla və proqnozlaşdırılan ildə manatın ABŞ dollarına ortaillik proqnoz-laşdırılan məzənnəsi nəzərə alınmaqla, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- idxal olunan mallar üzrə aksiz vergisindən daxilolmaların proqnoz məbləği;

- ölkənin ortamüddətli sosial-iqtisadi inkişaf proqnoz məlumatları üzrə idxalın həcmi;

- cari ildə aksiz vergisi üzrə daxilolmaların cəmi idxalın həcmində gözlənilən xüsusi çəkisidir;

4.10.7. sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği dövlət büdcəsinin gəlirlərinin təsnifat bölgüsünə uyğun olaraq aşağıdakı üsullarla hesablanır:

1. avtonəqliyyat vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

- əvvəlki ildə faktiki daxilolmalar;

- cari ildə nəqliyyat sektoru üzrə ÜDM-in gözlənilən nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə nəqliyyat sektoru üzrə ÜDM-in nominal artım (azalma) tempi;

2. mülkiyyətindəki yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan ilə sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

- əvvəlki ildə faktiki daxilolmalar;

- cari ildə tikinti sektoru üzrə ÜDM-in gözlənilən nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə tikinti sektoru üzrə ÜDM-in nominal artım (azalma) tempi;

3. idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş verginin proqnoz məbləği son 2 ildə idman mərc oyunlarının biletlərinin satışından əldə edilmiş vəsaitin və operator tərəfindən idman mərc oyunlarının satıcısına verdiyi haqların (mükafatların) orta məbləği əsasında hesablanır və aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

- son 2 il üzrə idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsaitin orta məbləği;

- idman mərc oyunlarının operatoru tərəfindən idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsaitdən tutulan sadələşdirilmiş verginin dərəcəsi;

- son 2 il üzrə operatorun idman mərc oyunlarının satıcısına verdiyi haqların (mükafatların) orta məbləği;

- idman mərc oyunlarının operatorunun idman mərc oyunlarının satıcısına verdiyi haqdan (mükafatdan) tutulan sadələş-dirilmiş verginin dərəcəsidir;

4. lotereya təşkilatçıları və lotereya biletlərinin satıcıları tərəfindən ödənilən sadələşdirilmiş verginin proqnoz məbləği son 2 ildə lotereya biletlərinin satışından əldə edilmiş vəsaitlərin və lotereya təşkilatçısının lotereya biletlərinin satıcısına verdiyi haqların (mükafatların) orta məbləği əsasında hesablanır və aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

- son 2 il üzrə lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin satışından əldə edilmiş vəsaitin orta məbləği;

- lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin satışından əldə edilmiş vəsaitdən tutulan sadələşdirilmiş verginin dərəcəsi;

- son 2 il üzrə lotereya təşkilatçısının lotereya biletlərinin satıcısına verdiyi haqların (mükafatların) orta məbləği;

- lotereya təşkilatçısının lotereya biletlərinin satıcısına verdiyi haqdan (mükafatdan) tutulan sadələşdirilmiş verginin dərəcəsi;

5. hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank və digər ödəniş hesablarından çıxarılmasına görə tutulan sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnozu aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

- sahibkarlar tərəfindən proqnozlaşdırılan ildə bank və digər ödəniş hesablarından nağd qaydada çıxarılması ehtimal olunan pul vəsaitinin ümumi məbləği;

- sadələşdirilmiş verginin dərəcəsidir;

6. digər hüquqi və fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş verginin məbləği cari il və proqnozlaşdırılan il üzrə qeyri-neft ÜDM-in nominal artım (azalma) tempindən istifadə etməklə, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan il üçün sadələşdirilmiş vergi üzrə daxilolmaların proqnoz məbləği;

- əvvəlki ildə faktiki daxilolmalar;

- cari il üzrə qeyri-neft ÜDM-in gözlənilən nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə qeyri-neft ÜDM-in nominal artım (azalma) tempidir;

4.10.8. mədən vergisi üzrə daxilolmaların proqnozu Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntılardan istifadə edənlər üçün müəyyən olunmuş vergi dərəcəsinə uyğun olaraq hesablanır;

1. mədən vergisi üzrə daxilolmaların proqnozlaşdırılması üçün aşağıdakı məlumatlardan istifadə edilir:

1.1. təbii sərvətlərin (neft, qaz və digərləri) çıxarılmasının (hasilatının) natura ifadəsində proqnozlaşdırılan həcmi (müəssisələr (yataqlar), rayon (şəhər) üzrə proqnoz dövrü üçün təqdim olunan);

1.2. neft, qaz və digər faydalı qazıntılardan dolayı vergilər, daxili tələbat və onların satış (göndərilmə) məntəqələrinə qədər nəql edilməsinə faktiki xərclərin məbləğləri nəzərə alınmadan orta satış qiyməti;

1.3. neftin və qazın topdansatış qiyməti;

1.4. mədən vergisinin dərəcələri;

1.5. geri vurulan neftin və qazın həcmi;

1.6. mədən vergisinə cəlb olunan dövriyyə;

2. qeyri-neft sektoru üzrə mədən vergisindən daxilolmaların proqnozu əvvəlki ildə mədən vergisi üzrə hesablanmış (maliyyə sanksiyaları və faizlər daxil olmaqla) məbləğdən, ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozlarına uyğun olaraq cari il üzrə gözlənilən və növbəti il üzrə proqnozlaşdırılan tikinti sektoru üzrə qeyri-neft ÜDM-in nominal artım (azalma) tempindən, qeyri-neft ÜDM-in həcmindən istifadə etməklə, bu abzasa və bu yarımbəndin 3-cü abzasına uyğun qaydada hesablanmış məbləğlərin ədədi ortası ilə müəyyən edilir və aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- mədən vergisindən daxilolmaların proqnoz məbləği;

- əvvəlki ildə mədən vergisi üzrə hesablanmış məbləğ;

- cari ildə tikinti sektoru üzrə ÜDM-in gözlənilən nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə tikinti sektoru üzrə ÜDM-in nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

3. qeyri-neft sektoru üzrə mədən vergisindən daxilolmaların proqnozu ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozlarına uyğun olaraq, proqnozlaşdırılan il üzrə qeyri-neft ÜDM-in həcmindən, son 2 il üzrə faktiki daxilolmaların və cari il üzrə proqnozlaşdırılan daxilolmaların qeyri-neft ÜDM-də xüsusi çəkilə-rindən istifadə etməklə, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- mədən vergisindən daxilolmaların proqnoz məbləği;

- proqnozlaşdırılan ildə qeyri-neft ÜDM-in həcmi;

- son 2 il üzrə faktiki daxilolmaların və cari il üzrə proqnozlaşdırılan daxilolmaların qeyri-neft ÜDM-də xüsusi çəkilərinin ədədi ortası;

- proqnozlaşdırılan ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

4. neft sektoru (xam neft və təbii qaz) üzrə mədən vergisindən daxilolmaların proqnoz məbləği aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan ilə mədən vergisi üzrə daxilolmaların proqnoz məbləği;

- proqnozlaşdırılan il üzrə mədən vergisinə cəlb olunan faydalı qazıntıların (xam neft və təbii qazın) hasilat həcmi (daxili tələbat və texniki itkilər istisna olmaqla);

- mədən vergisinə cəlb olunan faydalı qazıntıların (xam neft və təbii qazın) topdansatış qiyməti;

- mədən vergisinin dərəcəsidir;

4.10.9. hüquqi şəxslərin və fərdi sahibkarların əmlak vergisi üzrə daxilolmaların proqnozu aşağıdakı üsulla proqnozlaşdırılır:

1. neft və qeyri-neft sektorundan əmlak vergisi üzrə daxilolmaların proqnozu Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi dərəcəsi əsasında əvvəlki ilin sonuna əmlakın ortaillik qalıq dəyərindən, ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozlarına uyğun olaraq cari və proqnozlaşdırılan illərin müvafiq olaraq neft və qeyri-neft sektorları üzrə əsas kapitala yönəldilən investisiyanın artım (azalma) tempindən istifadə etməklə, aşağıdakı hesablamalar əsasında müəyyən edilir:

- əmlak vergisi üzrə daxilolmaların proqnozu;

- əvvəlki ilin sonuna vergi tutulmalı olan əmlakın ortaillik qalıq dəyəri;

- cari il üzrə əsas kapitala yönəldilən investisiyanın proqnoz olunan nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan dövr üçün əsas kapitala yönəldilən investisiyanın proqnozlaşdırılan nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalardır;

4.10.10. torpaq vergisi üzrə daxilolmaların proqnozlaşdırılması zamanı hüquqi və fiziki şəxslər üzrə ayrılıqda kateqoriyalar üzrə torpaqların sahəsinə dair məlumatlar, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların sahələri, bonitet (keyfiyyət göstəricisi) ballarına mütənasib olaraq torpaqların coğrafi yerləşməsinə, keyfiyyətinə və növlərinə görə fərqlənən baza vergi dərəcələri və digər məlumatlardan istifadə edilir. Torpaq vergisi üzrə daxilolmalar aşağıdakı üsullarla proqnozlaşdırılır:

1. təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisindən daxilolmaların proqnozu kadastr qiymət rayonları və oraya daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilən şərti ballar, torpaq sahəsi və torpaq vergisinin dərəcəsi istifadə edilməklə aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisindən daxilolmaların proqnoz məbləği;

- təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq sahəsi;

- təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi;

- ayrı-ayrı ödəyicilər üçün kadastr qiymət rayonları və oraya daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla əmsallardır;

2. təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisindən daxilolmalar təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq sahəsi və vergi dərəcəsi nəzərə alınmaqla, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisindən daxilolmaların proqnoz məbləği;

- təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq sahəsi;

- təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsidir;

3. sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahəsinə uyğun olaraq, torpaq vergisi üzrə daxilolmaların proqnozu aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisindən daxilolmaların proqnoz məbləği;

- proqnoz ilində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisinə cəlb olunan torpaq sahəsi;

və - torpaq sahəsi 10000 m2-dək və 10000 m2-dən yuxarı olduqda, yaşayış məntəqələri üzrə hər 100 m2 üçün torpaq vergisinin dərəcəsidir;

4.10.11. yol vergisi üzrə daxilolmalar aşağıdakı üsullarla proqnozlaşdırılır:

1. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi üzrə daxilolmaların proqnoz məbləği onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksizlər də daxil olmaqla) yol vergisinin dərəcəsi əlavə edilməklə, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- yol vergisi üzrə daxilolmaların proqnoz məbləği;

- proqnozlaşdırılan il üçün daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininin, dizel yanacağının və maye qazın həcmi;

- yol vergisinin dərəcəsidir;

2. idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksizlər də daxil olmaqla) yol vergisinin dərəcəsi əlavə edilməklə, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- yol vergisi üzrə daxilolmaların proqnoz məbləği;

- proqnozlaşdırılan il üçün idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın həcmi;

- yol vergisinin dərəcəsidir;

3. Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslərdən Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisi proqnozlaşdırılarkən aşağıdakı göstəricilərdən istifadə olunur:

3.1. avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

3.2. oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

- avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

3.3. avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;

3.4. Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.

Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslərdən Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisi aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- yol vergisi üzrə daxilolmaların proqnoz məbləği;

- nəqliyyat vasitəsinin növü;

- proqnozlaşdırılan il üçün vergiyə cəlb olunan avtonəqliyyat vasitələrinin sayı;

- hər bir əməliyyat üzrə yol vergisinin dərəcəsidir;

4.10.12. Azərbaycan Respublikasının ərazisinə idxal edilən mallara gömrük rüsumundan daxilolmalar ortamüddətli sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq idxalın proqnozlaşdırılan həcmindən, qanunvericiliyə əsasən gömrük rüsumundan azad olunan malların həcmindən və vergiyə cəlb olunan malların həcm göstəricilərindən istifadə etməklə, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- idxal olunan mallara gömrük rüsumu üzrə daxilolmaların proqnoz məbləği;

- proqnozlaşdırılan il üçün idxalın həcmi;

- proqnozlaşdırılan il üçün gömrük rüsumundan azad olmuş idxalın həcmi;

- gömrük rüsumlarının tarif dərəcələrinə görə növü (5%, 15%, spesifik);

- hər bir tarif dərəcəsinə görə son 2 il üzrə idxalın həcminin gömrük rüsumuna cəlb olunan idxalda xüsusi çəkilərinin ədədi ortası;

- gömrük rüsumunun dərəcəsidir;

4.10.13. Azərbaycan Respublikasında istehsal edilən və qiyməti tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə proqnoz yanacaq-enerji balansının növbəti il üzrə qiyməti tənzimlənən məhsulların ixrac proqnoz həcmləri, həmin məhsulların ölkədaxili topdansatış qiyməti və kontrakt (satış qiyməti (ixrac xərcləri çıxılmaqla) nəzərə alınmaqla, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- Azərbaycan Respublikasında istehsal edilən və qiyməti tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə proqnoz;

- qiyməti tənzimlənən məhsulların növləri;

- proqnozlaşdırılan il üçün qiyməti tənzimlənən məhsullar üzrə ixracın həcmi;

- hər il dövlət büdcəsi haqqında qanunla təsdiq edilən yığım dərəcəsi;

- məhsul növü üzrə kontrakt (satış) qiymətləri;

- məhsul növü üzrə ixrac xərcləri;

- məhsul növü üzrə ölkədaxili topdansatış qiymətidir;

4.10.14. xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmaların proqnozu müvafiq kredit sazişlərinin şərtləri (kreditin qaytarılması və ona hesablanmış faizlərin ödəniş qrafikləri) və manatın xarici valyutaya nəzərən məzənnəsinin proqnozu əsasında müəyyən edilir;

4.10.15. səhmlərində dövlətin payı olan hüquqi şəxslərdən alınan dividendlərin proqnozu səhmlərində dövlətin payı olan hüquqi şəxslərin təqdim etdiyi məlumatlar, həmin hüquqi şəxslər üzrə maliyyə göstəricilərinin, o cümlədən xalis mənfəətin əvvəlki illər üzrə dinamikası və növbəti illər üzrə proqnoz göstəriciləri, makroiqtisadi və digər zəruri göstəricilər əsasında müəyyən olunur;

4.10.16. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin proqnozu “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilir;

4.10.17. dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolma-ların proqnoz məbləğinin hesablanması zamanı aşağıdakı göstəricilərdən istifadə olunur:

1. büdcədən maliyyələşdirilən təşkilatlar üzrə bağlanılmış müqavilələrin sayı, icarəyə verilmiş sahə;

2. kommersiya prinsipləri əsasında fəaliyyət göstərən təşkilat üzrə bağlanılmış müqavilələrin sayı, icarəyə verilmiş sahə;

3. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici diplomatik qurumlar üzrə bağlanılmış müqavilələrin sayı, icarəyə verilmiş sahə.

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyekt-lərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların proqnozu “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarına uyğun hesablanır.

1 kvadratmetr sahə üçün icarə haqqının minimum məbləği aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- icarə haqqının ilkin minimum məbləği;

- müəyyən edilmiş icarə haqqı tarifi;

- memarlıq əmsalıdır.

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlə-rinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların proqnozu aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların proqnoz məbləği;

- icarə müqaviləsinin tipi;

- müqavilə tipi üzrə icarəyə verilmiş cəmi icarə sahəsi;

- müqavilə tipi üzrə icarəyə verilmiş obyektlərin icarə haqqıdır;

4.10.18. dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmaların proqnozu hesablanan zaman dövlət mülkiyyətində olan və icarəyə verilmiş torpaqların sahələri, kadastr qiymət rayonları və oraya daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla əmsallar, torpaq vergisinin dərəcəsi, icarə müqavilələri, hesablanmış icarə haqları üzrə məlumatlar nəzərə alınır;

4.10.19. dövlət rüsumu üzrə daxilolmalar dövlət rüsumu üzrə faktiki daxilolma məbləğinə, qeyri-neft ÜDM-in nominal artım (azalma) tempinə əsaslanmaqla, aşağıdakı hesablamalar əsasında müəyyən olunur:

- proqnozlaşdırılan dövr üçün dövlət rüsumu üzrə daxilolmaların proqnoz məbləği;

- əvvəlki ildə dövlət rüsumu üzrə faktiki daxilolma məbləği;

- cari il üzrə qeyri-neft ÜDM-in gözlənilən nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə qeyri-neft ÜDM-in nominal artım (azalma) tempi;

- proqnozlaşdırılan ildə qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin qiymətləndirilməsi ilə əlaqədar gözlənilən əlavə daxilolmalar;

4.10.20. büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilol-maların proqnozu idarə və təşkilatlar tərəfindən təqdim olunan büdcədənkənar vəsaitlər üzrə gəlirlərin keçən ildə faktiki və cari il üzrə gözlənilən icrası, həmin gəlirlərin keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən qalığı barədə məlumatlar və növbəti il üçün büdcədənkənar gəlirlərin proqnozuna dair hesablamalar əsasında tərtib edilir;

4.10.21. vergi orqanları xətti ilə toplanan sair daxilolmaların proqnozu fiziki şəxslərin gəlir vergisi, o cümlədən muzdlu işlə əlaqədar gəlir vergisi və muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, torpaq vergisi, əmlak vergisi, ƏDV, aksiz, sadələşdirilmiş vergi, mədən vergisi, digər vergi və daxilolmalar üzrə maliyyə sanksiyalarından daxilolmalar və Azərbaycan Respublikası Vergi Məcəlləsinin pozulmasına görə inzibati cərimələr üzrə dövlət büdcəsinə daxilolmaların keçən ildə faktiki və cari il üzrə gözlənilən icrası və növbəti il üçün proqnoza dair hesablamalar əsasında müəyyən edilir;

4.10.22. sair daxilolmaların proqnozuna inzibati xətalara görə cərimələrdən daxilolmalar, büdcədən verilmiş kreditlər üzrə daxilolmalar və digər daxilolmaların proqnozu aiddir:

1. inzibati xətalara görə cərimələrdən daxilolmalar inzibati xətalara görə cərimələr üzrə dövlət büdcəsinə daxilolmaların dinamikasının təhlilinə, cari ilin daxilolmasının proqnozlaşdırılan ildə istehlak qiymətləri indeksinə uyğun düzəliş edilmiş qiymətlən-dirilməsinə əsaslanaraq proqnozlaşdırılır;

2. büdcədən verilmiş kreditlər üzrə daxilolmaların proqnozu əvvəlki illərdə verilmiş kreditlərin qaytarılması qrafikinin yerinə yetirilməsi dinamikası, verilmiş kreditlərin qaytarılması vəziyyəti, əvvəllər verilmiş və ödənilməmiş kreditlərin həcmi, kreditin ödənilməsi və onlar üzrə faizlərin ödənilməsi qrafikləri, hesablanmış cərimələr və faizlərin təhlili, kreditlərin verilməsi siyasəti, büdcə kreditlərinin verilməsi sahəsində qəbul edilmiş normativ hüquqi aktlar, vəsaitlərin büdcəyə qaytarılması tədbirlərinə uyğun olaraq həyata keçirilən kredit müqavilələrinin şərtləri (kreditin qaytarılması və ona hesablanmış faizlərin ödəniş qrafikləri) əsasında müəyyən edilir.

4.11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydalarla müəyyən edilmiş üsullardan istifadə etməklə, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması zamanı hər bir tədiyə növü üzrə aparılmış hesablamalar üzrə proqnozları müəyyən edir.

4.12. Dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunanadək növbəti il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf proqnozlarında dəyişiklik baş verərsə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlarla müzakirələr aparır. Müzakirələrin nəticəsi yenidən protokollaşdırılır.

5.1. Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması dövlət büdcəsi və icmal büdcə layihələrinin tərtibinin ayrılmaz tərkib hissəsidir.

5.2. Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması zamanı vergi və gömrük sahəsində verilmiş və proqnozlaşdırılan dövrdə qüvvəyə minəcək güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi nəzərə alınır.

5.3. Dövlət büdcəsi gəlirlərinin, o cümlədən neft və qeyri-neft gəlirlərinin proqnozlaşdırılmasına metodoloji rəhbərlik və koordinasiya Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

1. 13 may 2022-ci il tarixli 188 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2022-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 550)

2. 23 may 2022-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 567)

3. 2 fevral 2023-cü il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 3 fevral 2023-cü il, “Xalq” qəzeti, 5 fevral 2023-cü il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 293)

4. 16 may 2023-cü il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, 17 may 2023-cü il, “Xalq” qəzeti, 19 may 2023-cü il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 724)

5. 5 sentyabr 2023-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 6 sentyabr 2023-cü il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1325)

6. 22 aprel 2024-cü il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 aprel 2024-cü il, “Xalq” qəzeti, 25 aprel 2024-cü il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 473)

7. 3 may 2024-cü il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 may 2024-cü il, “Xalq” qəzeti, 7 may 2024-cü il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 583)

8. 1 avqust 2025-ci il tarixli 232 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 avqust 2025-ci il, “Xalq” qəzeti, 5 avqust 2025-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 804)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver