Qanunvericilik › “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarına əlavə edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.09.2008) › Tam mətn

“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarına əlavə edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.09.2008)

“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarına əlavə edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 16.09.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 391; 2005-ci il № 4, maddə 377, № 6, maddə 548; 2007-ci il № 2, maddələr 197, 201; 2008-ci il № 2, maddə 105) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na aşağıdakı məzmunda 5.22-ci bənd əlavə edilsin:

“5.22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22.2-ci maddəsində nəzərdə tutulan vergi orqanlarının büdcədənkənar fonduna vəsaitin ayrılması vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 5 faizi həcmində (dövlət büdcəsindən vergi orqanlarının saxlanılması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla) hesabat ilinin faktiki mədaxillərinin azaldılması hesabına həyata keçirilir.”.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 16 sentyabr 2008-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver