Qanunvericilik › Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.12.2002) › Tam mətn

Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.12.2002)

Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.12.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli, 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartları təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 10 dekabr 2002-ci il

Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartları aşağıdakılardır:

1. narkoloji xəstəliklərə düçar olmuş şəxslərdə bu xəstəliklər nəticəsində onların həyatı üçün təhlükə yaradan hallarda (kəskin psixotik pozuntular, qıcolmalar, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu) vəziyyətdə) təxirəsalınmaz tibbi tədbirlər;

2. insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi;

3. fiziki vəziyyətin korreksiyası – ümumi möhkəmləndirici, psixotrop maddələrlə müalicə;

4. metadon hidroxlorid əvəzedici preparatla müalicə;

5. psixoloji reabilitasiya və psixoloji korreksiya;

1. 22 fevral 2020-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 210)

2. 13 mart 2024-cü il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 mart 2024-cü il, “Xalq” qəzeti, 17 mart 2024-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 322)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver