Qanunvericilik › “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”ın təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 16.01.2019) › Tam mətn

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”ın təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 16.01.2019)

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”ın təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 16.01.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.6-cı bəndini rəhbər tutaraq, Kollegiya

1. “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Təlimatın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən öyrənilməsi və xidməti fəaliyyətdə rəhbər tutulması təmin olunsun.

3. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q12-001-19 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Təlimat dövlət daktiloskopik və genom qeydiyyatının aparılması məqsədilə daktiloskopik xəritələrin tərtib edilməsi, göndərilməsi, habelə daktiloskopik və dezoksiribonuklein turşusu (bundan sonra - DNT) məlumat banklarının, qeydiyyat kartotekasının formalaşması qaydalarını müəyyən edir.

1.2. Dövlət daktiloskopik və genom qeydiyyatı aparılarkən Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, bu Təlimat və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları rəhbər tutulur.

1.3. Qeydiyyat kartotekası və məlumat bankları qeydiyyat obyektləri barədə tərtib olunmuş sənədlər, daktiloskopik xəritə və DNT profilləri əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi (bundan sonra - DİN KTİ) tərəfindən aparılır.

1.4. Daktiloskopik və genetik məlumatların uçotu qeydiyyat kartotekasında toplanmış məlumatlar əsasında DİN KTİ-də aparılır.

1.5. Qeydiyyat kartotekası və məlumat banklarının fəaliyyətinin əsası şəxsin dövlət daktiloskopik və ya genom qeydiyyatından keçməsidir.

1.6. Qeydiyyat obyektləri dövlət daktiloskopik və genom qeydiyyatından keçən Azərbaycan Respublikası vətəndaşları, naməlum meyitlər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

1.7. Müvafiq məlumat banklarına daxil edilmiş daktiloskopik xəritə və DNT profillərinin müqayisəli tədqiqatı DİN KTİ-də avtomatlaşdırılmış eyniləşdirmə sistemlərinin vasitəsilə aparılır.

1.8. Bu Təlimat Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarının və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərin məcburi dövlət genom qeydiyyatının aparılması hallarına şamil edilmir.

2.1. Qeydiyyat kartotekası dövlət daktiloskopik və genom qeydiyyatından keçirilmiş şəxsə dair məlumatların qeydiyyat kartlarına əsasən formalaşır.

2.2. Məlumat bankları:

2.2.1. daktiloskopik məlumat bankı dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsə və ya naməlum meyitə dair tərtib olunmuş daktiloskopik xəritələrin elektron formatda məcmusundan formalaşır;

2.2.2. DNT məlumat bankı dövlət genom qeydiyyatından keçirilmiş şəxslərdən və ya naməlum meyitdən götürülmüş bioloji materialın DNT analizi nəticəsində əldə olunmuş DNT profillərinin elektron formatda məcmusundan formalaşır.

3.1. Qeydiyyat sənədləri aşağıdakılardan ibarətdir:

3.1.1. dövlət daktiloskopik və genom qeydiyyatından keçirilmiş şəxslərə və naməlum meyitlərə dair qeydiyyat kartları (1 nömrəli əlavə);

3.1.2. könüllü dövlət daktiloskopik və genom qeydiyyatından keçirilmə barədə ərizə (2 nömrəli əlavə);

3.1.3. könüllü dövlət daktiloskopik və genom qeydiyyatından keçirilmiş şəxslərin daktiloskopik və ya genetik məlumatlarının məhv edilməsi barədə ərizə (3 nömrəli əlavə);

3.1.4. dövlət daktiloskopik və genom qeydiyyatından keçirilmiş şəxsin ölümü barədə məlumat (4 nömrəli əlavə).

3.2. Dövlət daktiloskopik və genom qeydiyyatından keçirilən şəxslərə, həmçinin naməlum meyitlərə münasibətdə qeydiyyat kartları təhqiqat və ya ibtidai istintaqı həyata keçirən orqanların, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ya ərazi polis orqanının əməkdaşı tərəfindən tərtib edilir və DİN KTİ-yə təqdim olunur.

3.3. Tərtib edilən qeydiyyat kartında aşağıdakı məlumatlar qeyd olunur:

3.3.1. dövlət daktiloskopik və ya genom qeydiyyatından keçmiş şəxsin fərdi identifikasiya nömrəsi (FİN), soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı, bu Təlimatın 6.1.4-cü yarımbəndində qeyd olunan şəxslərə münasibətdə, həmçinin fəaliyyət sahəsi haqqında məlumatlar;

3.3.2. dövlət daktiloskopik və ya genom qeydiyyatının aparılmasının əsası və tarixi;

3.3.3. məlumatı hazırlamış bu Təlimatın 3.2-ci bəndində göstərilən orqanın adı.

3.4. Daktiloskopik xəritələr qeydiyyat kartlarına əlavə olunmaqla aşağıdakı qaydada tərtib edilir:

3.4.1. Daktiloskopik xəritələr (5 nömrəli əlavə) “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət daktiloskopik qeydiyyatını aparan orqanlar tərəfindən kağız üzərində xüsusi rəngin köməyi ilə və ya elektron qaydada canlı skanerin köməyi ilə tərtib olunur;

3.4.2. Əl əksləri çıxarılarkən şəxsin əlləri təmiz və quru olmalıdır. Əllər yoxlanılır, barmaqlarda açıq yara və ya dəri örtüyünün xəstəliyi aşkar olunarsa, əl əkslərinin çıxarılması problem aradan qalxanadək təxirə salınır.

3.4.3. Barmaq əksləri aşağıdakı qaydalara ciddi riayət olunmaqla çıxarılır:

1. barmaq əksləri daktiloskopik xəritədə (canlı skanerdə) göstərilən ardıcıllıqla əks etdirilməlidir;

2. əksi çıxarılan barmağın hər tərəfi kağıza (canlı skanerə) eyni tərzdə sıxılmalı və yuvarlanmalıdır;

3. baş barmaqdan başlayaraq bir-bir çevirməklə növbə ilə bütün barmaqların əksləri çıxarılır. Bu məqsədlə hər bir barmağın ucundakı buğumu (1-ci falanqa) və növbəti buğumun 3-4 mm hissəsi kağıza (canlı skanerə) sıxılaraq yuxarıda göstərilən qaydada barmaq əksləri çıxarılır;

4. çıxarılan barmaq əkslərinin kvadratlarda düzgün yerləşdirildiyini yoxlamaq məqsədilə daktiloskopik xəritənin aşağı hissəsində sağ və sol əllərin barmaqlarının əlavə əksləri çıxarılır (nəzarət məqsədli əkslər).

3.4.4. Nəzarət məqsədli əkslər aşağıdakı qaydada çıxarılır:

1. sağ, sonra sol əlin dörd barmağının (baş barmaqdan başqa) əksləri daktiloskopik xəritəyə (canlı skanerə) köçürülür (əkslər çıxarılarkən barmaqları dırnağın bir tərəfindən digər tərəfinə qədər çevirmək olmaz);

2. baş barmaqlar və ovuc əksləri çıxarılır. Barmaq əkslərinin dəqiq çıxarılması üçün daktiloskopik xəritəyə (canlı skanerə) aydın əks etdirilir, dırnağın bir kənarından digərinə qədər olan hissəsi tam götürülür.

3.4.5. Şəxsin əli və ya barmaqları olmadıqda, bu barədə daktiloskopik xəritənin (canlı skanerin) müvafiq kvadratında qeydlər aparılır.

3.5. Daktiloskopik xəritə informasiya texnologiyalarından istifadə olunmaqla tərtib edildikdə dövlət daktiloskopik qeydiyyatından keçən şəxsin (süni işıqlandırma ilə, rəqəmsal fotoaparatla üzdən (frontal) rəngli biometrik fotoşəkli çəkilərək əlavə olunur.

3.6. Fərdi məlumatlar kateqoriyasına aid olan qeydiyyat kartları və daktiloskopik xəritələr bu sahədə ixtisaslaşmış və həmin işin aparılması üçün təyin edilmiş əməkdaşlar tərəfindən hazırlanır.

3.7. Fərdi məlumatlar, onların tərtib olunması və götürülməsində istifadə edilən informasiya texnologiyaları və ləvazimatlar xüsusi mühafizəsi təşkil edilən otaqlarda əldə edilir və saxlanılır.

3.8. Dövlət daktiloskopik və genom qeydiyyatının aparılması məqsədi ilə göndərilən məlumatların tamlığına və düzgünlüyünə nəzarəti həmin məlumatı göndərən dövlət orqanının (təşkilatın) və ya müvafiq struktur qurumun rəhbəri həyata keçirir.

4.1. Qeydiyyat sənədləri aşağıdakı müddətə göndərilir:

4.1.1. bu Təlimatın 3.2-ci bəndində nəzərdə tutulmuş müvafiq orqanlar tərəfindən:

1. dövlət daktiloskopik qeydiyyatından keçən şəxslər barədə qeydiyyat sənədləri 5 (beş) iş günü ərzində, naməlum meyitə münasibətdə isə 1 (bir) gündən gec olmayaraq DİN KTİ-yə göndərilir;

2. dövlət genom qeydiyyatından keçən şəxslər və naməlum meyit barədə qeydiyyat sənədləri 1 (bir) gündən gec olmayaraq DİN KTİ-yə göndərilir;

4.2. bu Təlimatın 6.1.4 və 6.2.1-6.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda dövlət daktiloskopik və genom qeydiyyatını aparan orqan tərəfindən 7 (yeddi) iş günü ərzində şəxslərə dövlət daktiloskopik və ya genom qeydiyyatından keçməsi barədə arayış (10 nömrəli əlavə) verilir.

4.3. Dövlət daktiloskopik və genom qeydiyyatının aparılması məqsədi ilə təqdim olunmuş məlumatların vaxtında, tam və düzgün tərtib olunması və göndərilməsinə nəzarət DİN KTİ tərəfindən həyata keçirilir.

5.1. Qeydiyyat sənədlərinin dolğunluğu DİN KTİ tərəfindən yoxlanılır və 3 (üç) iş günü ərzində kartotekaya yerləşdirilir.

5.2. Qeydiyyat kartotekası informasiya texnologiyalarının köməyi ilə aparılır. Kağız formasında daxil olmuş qeydiyyat sənədləri skan edilir, məlumatlar elektron qaydada kartotekaya daxil edildikdən sonra məhv edilir. Skan edilmiş sənədin surəti elektron formada saxlanılır.

5.3. Tərtib olunmuş qeydiyyat kartında, daktiloskopik xəritədə və bioloji materialın zərfinin üzərində olan məlumatların eyni bir şəxsə aid olması, daktiloskopik xəritədə olan əl əkslərinin keyfiyyəti və müqayisəli tədqiqata yararlılığı, habelə bioloji materialın vəziyyəti yoxlanılır və müvafiq kodlaşdırılması aparılır.

5.4. Dövlət daktiloskopik və genom qeydiyyatından keçmiş şəxsə dair qeydiyyat kartları elektron formada qeydiyyat kartotekasına yerləşdirilir.

5.4.1. Qeydiyyata eyni şəxs barəsində eyni məzmunlu qeydiyyat kartının daxil olduğu müəyyən edilərsə, bu kartların eyniliyi bir daha dəqiqləşdirildikdən sonra kartotekada yalnız 1 (bir) kartın elektron nüsxəsi saxlanılır və bu barədə qeydiyyat aparılır;

5.4.2. Qeydiyyata eyni şəxs barəsində ayrı-ayrı məzmunlu 2 (iki) və daha artıq qeydiyyat kartı daxil olduqda, onlar birgə saxlanılır.

5.5. Daktiloskopik və genetik məlumatların uçotu qeydiyyat kartının arxa tərəfində qeyd olunan və elektron kartotekaya daxil edilmiş məlumatlar əsasında aparılır.

5.6. Qeydiyyat sənədlərinin kartotekaya nə vaxt və kim tərəfindən daxil edilməsi, həmçinin nə vaxt və kim tərəfindən dəyişiklik edilməsi qeyd olunur.

6.1. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik və genom qeydiyyatından keçirilir:

6.1.1. şəxsiyyət vəsiqəsi, habelə ümumvətəndaş pasportu alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində və ya “ASAN xidmət” mərkəzlərində məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir;

6.1.2. xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir;

6.1.3. müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində tibbi müayinə müddətində ərazi polis orqanının əməkdaşı tərəfindən dövlət daktiloskopik qeydiyyatından keçirilir;

6.1.4. sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri, mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar işlədikləri idarə, təşkilat və müəssisələr tərəfindən onlara verilən göndəriş (6 nömrəli əlavə) əsasında yaşadığı və ya olduğu yer üzrə ərazi polis orqanında məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir;

6.1.5. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin məcburi dövlət daktiloskopik və genom qeydiyyatı müəyyən olunduğu ərazi polis orqanı tərəfindən aparılır;

6.1.6. cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən şəxslərin daktiloskopik qeydiyyat sənədləri təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların müraciəti ilə (7 nömrəli əlavə) ərazi polis orqanı, inzibati qaydada həbs edilmiş şəxslərin daktiloskopik qeydiyyat sənədləri isə ərazi polis orqanı tərəfindən tərtib edilir;

6.1.7. məhkum olunmuş şəxslərin daktiloskopik qeydiyyat sənədləri istintaq təcridxanalarında təhkim olunmuş əməkdaş tərəfindən tərtib edilir;

6.1.8. müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (15 yaşı tamam olmamış uşaqlar istisna olmaqla), Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə müvəqqəti yerləşdirmə mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir;

6.1.9. naməlum meyitlərin şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə onların daktiloskopik və genom qeydiyyat sənədləri ərazi polis orqanı tərəfindən tərtib edilir;

6.1.10. ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət, o cümlədən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərin genom qeydiyyat sənədləri təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların müraciəti ilə (8 nömrəli əlavə) ərazi polis orqanı tərəfindən tərtib edilir;

6.1.11. xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarının (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) məcburi dövlət genom qeydiyyatı müəyyən olunduğu ərazi polis orqanı tərəfindən aparılır.

6.2. Könüllü dövlət daktiloskopik və genom qeydiyyatından keçmə:

6.2.1. Azərbaycan Respublikasının vətəndaşlarının könüllü dövlət daktiloskopik və ya genom qeydiyyatı onların müraciətlərinə əsasən yaşadığı və ya olduğu yer üzrə ərazi polis orqanı və ya DİN KTİ tərəfindən aparılır;

6.2.2. Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin könüllü dövlət daktiloskopik qeydiyyatı onların müraciətlərinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən aparılır;

6.2.3. Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin könüllü dövlət genom qeydiyyatı onların müraciətlərinə əsasən yaşadığı və ya olduğu yer üzrə ərazi polis orqanı və ya DİN KTİ tərəfindən aparılır;

6.2.4. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanların könüllü dövlət daktiloskopik və ya genom qeydiyyatı onların qanuni nümayəndələrinin iştirakı ilə yaşadığı və ya olduğu yer üzrə ərazi polis orqanı və ya DİN KTİ tərəfindən aparılır;

6.2.5. qohumluq əlaqələrinin qiymətləndirilməsi məqsədilə şəxsin (şəxslərin) müraciəti (9 nömrəli əlavə) əsasında könüllü dövlət genom qeydiyyatının aparılması və DNT profillərinin müqayisəli genetik tədqiqatı DİN KTİ tərəfindən aparılır.

6.2.6. könüllü dövlət daktiloskopik və dövlət genom qeydiyyatı, həmçinin könüllü dövlət genom qeydiyyatı əsasında qohumluq əlaqələrinin qiymətləndirilməsi üzrə müqayisəli genetik tədqiqat aparılarkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda rüsum tutulur.

7.1. Daxil olunmuş daktiloskopik kartlar və DNT analizi nəticəsində əldə olunmuş DNT profilləri şəxsiyyətin eyniləşdirilməsi məqsədilə müqayisəli yoxlamaların aparılması üçün sistemləşdirilərək DİN KTİ tərəfindən müvafiq məlumat banklarına daxil edilir.

7.2. Daktiloskopik məlumat bankı üzrə:

7.2.1. Elektron formada daxil olmuş və dövlət daktiloskopik qeydiyyatına götürülmüş daktiloskopik xəritə birbaşa olaraq DİN KTİ tərəfindən məlumat bankına daxil edilir;

7.2.2. Kağız formasında daxil olmuş və dövlət daktiloskopik qeydiyyatına götürülmüş daktiloskopik xəritədə olan məlumatlar mütəxəssis tərəfindən daxil edilərək, əl əkslərinin elektron surəti çıxarılır. Hazırlanmış elektron formanın tələblərə uyğunluğu yoxlanıldıqdan sonra məlumat bankına daxil edilir. Daktiloskopik xəritənin skan edilmiş surəti elektron formada saxlanılır, kağız forması isə məhv edilir;

7.2.3. Daktiloskopik xəritələr daktiloskopik məlumat bazasına daxil edildikdə avtomatlaşdırılmış daktiloskopik eyniləşdirmə sistemi vasitəsilə müqayisəli eyniləşdirməsi aparılır. Uyğunsuzluq aşkar edildikdə fakt araşdırılır və qeydiyyatı aparan orqanlara məlumat verilir;

7.2.4. Daktiloskopik xəritəsi məlumat bazasında olan hər hansı bir şəxs barəsində yeni daktiloxəritə daxil olduqda, onlar müqayisə edilir, tam uyğunluq varsa, daha yararlısı saxlanılır. Fərqləndirici əlamətlər olduqda, onun səbəbi araşdırılır, düzgün daktiloxəritə müəyyən edilir və əvvəlki qeydiyyat sənədlərində də düzəlişlər aparılır. Fərq barmaq xəstəliyi və ya barmağın kəsilməsi və s. ilə əlaqədar olarsa, hər 2 (iki) daktiloskopik xəritə saxlanılır.

7.3. DNT məlumat bankı üzrə:

7.3.1. məcburi və könüllü dövlət genom qeydiyyatının aparılması məqsədilə daxil olmuş bioloji materialın DNT analizi aparıldıqdan sonra əldə olunmuş DNT profili elektron formada DİN KTİ tərəfindən DNT məlumat bankına daxil edilir;

7.3.2. DNT profilləri DNT məlumat bankına daxil edildikdə avtomatlaşdırılmış müqayisəli eyniləşdirməsi aparılır;

7.3.3. DNT profili məlumat bankında olan hər hansı bir şəxs barəsində yeni bioloji material daxil olduqda, ondan əldə olunmuş DNT profilləri müqayisə edilir. Fərqləndirici əlamətlər olduqda, onun səbəbi araşdırılır, düzgün olanı müəyyən edilir və əvvəlki qeydiyyat sənədlərində də düzəlişlər aparılır.

7.4. Daktiloskopik xəritələrin və DNT profillərinin müvafiq məlumat banklarına nə vaxt və kim tərəfindən daxil edilməsi, həmçinin nə vaxt və kim tərəfindən dəyişiklik edilməsi qeyd olunur.

8.1. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, miqrasiya orqanları sorğu göndərməklə daktiloskopik və genetik məlumatlardan istifadə etmək hüququna malikdirlər.

8.2. Daktiloskopik və DNT məlumat banklarında saxlanılan məlumatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətlərin dövlət orqanlarına verilə bilər.

8.3. Dövlət daktiloskopik və genom qeydiyyatından keçmiş şəxs barədə sorğular 7 (yeddi) iş günü, təcili sorğular isə 1 (bir) iş günü ərzində icra edilir.

8.4. Qeydiyyatlar üzrə verilmiş məlumatın yoxlanılan şəxsə aid olub-olmaması barədə hüquq-mühafizə orqanlarının və məhkəmələrin, eləcə də vətəndaşların müraciətləri əsasında DİN KTİ tərəfindən araşdırma aparılır. Qeydiyyatda olan məlumatların digər yolla araşdırılması mümkün olmadıqda həmin şəxsin yazılı müraciəti əsasında DİN KTİ-də əl əksləri çıxarılır, bioloji material götürülür, kartoteka və banklarda olan məlumatlarla müqayisə edilərək nəticəsi barədə 30 (otuz) gün müddətində cavab verilir.

9.1. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aşağıda qeyd olunan şəxslərin maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatları onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək saxlanılır:

9.1.1. şəxsiyyət vəsiqəsi, habelə ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları;

9.1.2. müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikasının vətəndaşları;

9.1.3. sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;

9.1.4. mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;

9.1.5. cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslər;

9.1.6. müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

9.1.7. Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə müvəqqəti yerləşdirmə mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

9.1.8. Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.

9.2. Cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslər haqqında daktiloskopik məlumatlar onlar barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdən və ya məhkəmənin bəraət hökmü qanuni qüvvəyə mindikdən, habelə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verildikdən (inzibati məsuliyyətə cəlb etmə müddətlərinin başa çatması ilə əlaqədar icraata xitam verildiyi hallar istisna olmaqla) sonra 30 (otuz) gündən gec olmayaraq məhv edilir.

9.3. Şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər və naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin 80 ildən çox olmamaqla) saxlanılır.

9.4. DNT Məlumat Bankında əksini tapmış genetik məlumatlar aşağıdakı müddətdə saxlanılır:

9.4.1. ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət, o cümlədən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər haqqında məlumatlar onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək;

9.4.2. xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) haqqında məlumatlar xəbərsiz itkin düşmüş şəxsin doğum tarixindən 100 il müddətində və ya həmin şəxslər tapılanadək;

9.4.3. şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər və naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin 80 ildən çox olmamaqla).

9.5. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar onun saxlanılmasını həyata keçirən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə) və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) tərəfindən həmin qeydiyyatı keçmiş şəxsin, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış vətəndaşlara və yetkinlik yaşına çatmayanlara münasibətdə isə onların qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir və bu barədə 30 gündən gec olmayaraq ərizəçiyə məlumat verilir.

9.6. Könüllü dövlət genom qeydiyyatının aparılması nəticəsində alınmış genetik məlumatlar onun saxlanılmasını həyata keçirən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həmin qeydiyyatı keçmiş şəxsin, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış vətəndaşlara və yetkinlik yaşına çatmayanlara münasibətdə isə onların qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir və bu barədə 30 (otuz) gündən gec olmayaraq ərizəçiyə məlumat verilir.

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a 1 nömrəli əlavə

1. Fərdi identifikasiya nömrəsi (FİN) ________________________________________________

2. Soyadı ________________________ 3. Adı ____________ 4. Atasının adı ______________

5. Vətəndaşlığı ________________________________ 6. Cinsi __________________________

7. Doğulduğu yer və tarix __________________________________________________________

8. Yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı _________________________________________

__________________________________________________________________________________

9. Fəaliyyət sahəsi ________________________________________________________________

Dövlət daktiloskopik qeydiyyatı Dövlət genom qeydiyyatı

Qeydiyyatın növü: məcburi könüllü

Qeydiyyatın aparılmasının əsası____________________________________________

CM-in maddəsi İXM-in maddəsi

Qeydiyyatdan keçmə tarixi ______________________

Qeyd: ___________________________________________________________________________

__________________________________________________________________________________

Kartı tərtib etdi: ________________________________________________

Orqanın (təşkilatın) rəhbəri _____________________________________

“___”_________20___ ci il

1. Məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilən şəxslər:

şəxsiyyət vəsiqəsi və pasport alan Azərbaycan Respublikasının vətəndaşı;

şəxsiyyət vəsiqəsi ümumvətəndaş xidməti diplomatik

müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikası vətəndaşı;

sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvü;

mədən və şaxtalarda işləyən əməkdaş;

dənizdə işləyən, dənizdəki obyektlərə ezam olunan əməkdaş;

şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan şəxs;

səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxs;

cinayət törətməkdə şübhəli bilinən cinayət törətməkdə təqsirləndirilən

məhkum olunmuş inzibati qaydada həbs edilmiş

müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün müraciət etmiş

əcnəbi vətəndaşlığı olmayan şəxs

Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə müvəqqəti yerləşdirmə mərkəzlərində saxlanılan

əcnəbi vətəndaşlığı olmayan şəxs

Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxs

2. Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslər:

ağır və ya xüsusilə ağır cinayət törətməkdə:

şübhəli bilinən təqsirləndirilən məhkum olunmuş

şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət, o cümlədən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə:

şübhəli bilinən təqsirləndirilən məhkum olunmuş

şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan

səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan

xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları:

ata ana övlad ər arvad

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a 2 nömrəli əlavə

______________________________________

_______________________________ rəisinə

Mən ________________________il tarixində _________________________ anadan olmuş

(anadan olduğu gün, ay, il) (anadan olduğu yer)

__________________________________________________________________________________

__________________________________________________________________________________

Şəxsiyyət vəsiqəsi: seriya __________ № ___________________ verilib ___________________

__________________________________________________________________________________

qeydiyyatından keçirilməyimi xahiş edirəm.

İmza:__________________

“___”___________20___ il.

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a 3 nömrəli əlavə

______________________________________

_______________________________ rəisinə

Mən ________________________il tarixində _________________________ anadan olmuş

(anadan olduğu gün, ay, il) (anadan olduğu yer)

__________________________________________________________________________________

__________________________________________________________________________________

Şəxsiyyət vəsiqəsi: seriya __________ № ___________________ verilib ___________________

__________________________________________________________________________________

Könüllü dövlət daktiloskopik və genom qeydiyyatı aparılması nəticəsində barəmdə əldə

genetik məlumatların məhv edilməsini xahiş edirəm.

İmza:__________________

“___”___________20___ il.

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a 4 nömrəli əlavə

Azərbaycan Respublikası

Daxili İşlər Nazirliyinin

Kriminalistik Tədqiqatlar İdarəsinə

№ ____________________

“___”__________20___ il.

__________________________________________________________________________________

__________________________________________________________________________________

genom qeydiyyatından keçmiş______________________

(anadan olduğu tarix: gün, ay, il)

____________________________________________________________________ anadan olmuş

şəxs _____________________________________________________________________________

“___”_____ 20___il tarixdə vəfat etmişdir (həlak olmuşdur).

Ölüm haqqında məlumat __________________________________________________________

__________________________________________________________________________________

_________________________________

_________________________________

orqanın (təşkilatın) rəhbəri

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a 5 nömrəli əlavə

Fərdi identifikasiya nömrəsi (FIN) _____________________________

Soyadı _____________________________________________________

Adı ________________________________________________________

Atasının adı ________________________________________________

Vətəndaşlığı ________________________________________________

Cinsi _______ Doğulduğu yer və tarix _________________________

___________________________________________________________

Şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında

məlumat ___________________________________________________

__________________________________________________________________________________

Qatlama xətti _____________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

Fiziki çatışmazlıqlar:

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

Dövlət daktiloskopik qeydiyyatının aparılmasının əsası: ____________ tarix “____” “____” “_____” il.

Daktiloskopik məlumatı hazırlamış orqanın adı: ______________________________________________

Daktiloskopik xəritəni tərtib etdi: ________________ imza ___________ tarix “____” “_____” “____” il.

Kartın düzgün tərtib olunmasını yoxladı: ____________ imza _______ tarix “____” “_____” “_____” il.

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a 6 nömrəli əlavə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ____________________________ şəhər (rayon) Polis İdarəsinin (şöbəsinin) rəisinə

№ _____________________

“___”_____________20___il.

___________________________________________________________________________işləyən

________________________il tarixində __________________________________ anadan olmuş

(anadan olduğu gün, ay, il) (anadan olduğu yer)

__________________________________________________________________________________

__________________________________________________________________________________

Şəxsiyyət vəsiqəsi: seriya _______ № __________________ verilib _______________________

__________________________________________________________________________________

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməsini Sizdən xahiş edirəm.

__________________________________

__________________________________

müəssisənin (idarə, təşkilat) rəhbəri

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a 7 nömrəli əlavə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ____________________________ şəhər (rayon) Polis İdarəsinin (şöbəsinin) rəisinə

№ _____________________

“___”_____________20___il.

_________________________ il tarixdə __________________________________ anadan olmuş

(anadan olduğu gün, ay, il) (anadan olduğu yer)

__________________________________________________________________________________

Şəxsiyyət vəsiqəsi: seriya _______ № __________________ verilib _______________________

__________________________________________________________________________________

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməsini Sizdən xahiş edirəm.

__________________________________

__________________________________

orqanın (təşkilatın) rəhbəri

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a 8 nömrəli əlavə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ____________________________ şəhər (rayon) Polis İdarəsinin (şöbəsinin) rəisinə

№ _____________________

“___”_____________20___il.

Ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət, o cümlədən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş (altından xətt çəkməli)

_______________________ il tarixdə ____________________________________ anadan olmuş

(anadan olduğu gün, ay, il) (anadan olduğu yer)

__________________________________________________________________________________

Şəxsiyyət vəsiqəsi: seriya _______ № _________________ verilib ________________________

__________________________________________________________________________________

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət genom qeydiyyatından keçirilməsini Sizdən xahiş edirəm.

__________________________________

_________________________________

orqanın (təşkilatın) rəhbəri

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a 9 nömrəli əlavə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Kriminalistik Tədqiqatlar İdarəsinin rəisinə

Mən ________________________ il tarixində _____________________________ anadan olmuş

(anadan olduğu gün, ay, il) (anadan olduğu yer)

__________________________________________________________________________________

__________________________________________________________________________________

Şəxsiyyət vəsiqəsi: seriya ________ № __________________ verilib ____________________

__________________________________________________________________________________

və ____________________________ il tarixdə _____________________________ anadan olmuş

(anadan olduğu gün, ay, il) (anadan olduğu yer)

__________________________________________________________________________________

__________________________________________________________________________________

Şəxsiyyət vəsiqəsi: seriya ________ № _________________ verilib ____________________

__________________________________________________________________________________

Könüllü dövlət genom qeydiyyatından keçirilməyimizi və qohumluq əlaqələrimizin qiymətləndirilməsini xahiş edirik.

1. _____________________ ___________ 2. ______________________ ____________

(soyadı və adı) (imza) (soyadı və adı) (imza)

“___”________20___il.

“Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a 10 nömrəli əlavə

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa və _________________________________________

təşkilatın (vətəndaşın) adı

___________________ “___”______20__il tarixli _______№-li göndərişinə (ərizəsinə) əsasən

____________________________________________________________________ anadan olmuş

(anadan olduğu yer və tarix: gün, ay, il)

şəxs _____________________________________________________________________________

__________________________________________________________________________________

Şəxsiyyət vəsiqəsi: seriya ______ № ____________verilib ______________________________

(hansı orqan və tarix)

“___”______20___il tarixdə _________________________________________________________

Məcburi (könüllü) dövlət

genom qeydiyyatından keçirilmişdir.

_________________________________

_________________________________

“___”_____________20___il.

1. 20 iyun 2019-cu il tarixli Q32-001-19 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201906200032, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2019-cu il)

2. 29 iyul 2022-ci il tarixli Q16-001-22 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202207290016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 avqust 2022-ci il)

3. 28 iyul 2023-cü il tarixli 3-13/Q33/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202307280033, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 avqust 2023-cü il)

4. 28 avqust 2023-cü il tarixli 3-13/Q41/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202308280041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 sentyabr 2023-cü il)

5. 10 iyun 2025-ci il tarixli 3-13/Q25/2025 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202506100025, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2025-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver