“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 8.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği” təsdiq edilsin (əlavə olunur).
1-1. “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamı çərçivəsində tikilən qurğular üzrə illik icarə haqqının minimum məbləği bu Qərarda həmin qurğular üçün nəzərdə tutulmuş icarə haqqına sıfır əmsalı tətbiq edilməklə hesablanır.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi haqqında” 1999-cu il 5 mart tarixli 34 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №3, maddə 190; 2000-ci il, №3, II kitab, maddə 248) və “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 5 mart tarixli, 34 nömrəli qərarına dəyişiklik edilməsi barədə” 2000-ci il 27 mart tarixli 60 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3, maddə 248) qərarları qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu qərarın icrası ilə bağlı zəruri tədbirlər görsün.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 29 noyabr 2007-ci il
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və yaradıcılıq ittifaqlarının üzvlərinə ayrılmış emalatxanalar, yaradıcı gənclərin istifadəsinə verilmiş yaradıcılıq emalatxanaları, sərgi salonları üzrə
İctimai və siyasi təşkilatlar, dini və xeyriyyə təşkilatları, media subyektləri, hüquq məsləhətxanaları, təhsil və səhiyyə, əsas məqsədi gəlir əldə etmək olmayan dövlət idarə, müəssisə və təşkilatları üzrə
Kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin (paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır) icarəyə götürdükləri sahələr, istehsal və kənd təsərrüfatı təyinatlı sahələr, apteklər, bank, rabitə və poçt xidmətləri göstərən sahələr, sığorta və birja məqsədi ilə icarəyə götürülmüş sahələr üzrə
Xarici səfirliklərin, diplomatik nümayəndəliklərin və nizamnamə kapitalında xarici investorların payı 50 faiz və daha çox olan müəssisələrin, tamamilə xarici investorlara məxsus olan müəssisələrin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və xarici fiziki şəxslərin icarəyə götürdükləri sahələr üzrə
İcarə haqqının minimum məbləğinin hesablanması zamanı icarə haqqı tarifinə müvafiq olaraq, icarəyə götürülən sahənin yerləşdiyi əraziyə görə zona əmsalı (Zə) və sahənin tarix və mədəniyyət abidəsində yerləşdiyini nəzərə alaraq memarlıq əmsalı (Mə) tətbiq edilir. *
Zə – zona əmsalı icarəyə verilən dövlət əmlakının yerləşdiyi əraziyə görə bu qərarda göstərilən zonalar üzrə və bu zonaların müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş sərhədləri aşağıdakı kimi qəbul edilir:
Zona nömrəsi Zona əmsalı
şəhərkənarı qəsəbələr - 1.2
Zona nömrəsi Zona əmsalı
digər zonalar (kənd, qəsəbə və s.) 1,2
Naxçıvan MR, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə:
Zona nömrəsi Zona əmsalı
digər zonalar (kənd, qəsəbə və s.) 1,0
Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Göyçay şəhərləri üzrə:
Zona nömrəsi Zona əmsalı
digər zonalar (kənd, qəsəbə və s.) 1,0
Zona nömrəsi Zona əmsalı
digər zonalar (kənd, qəsəbə və s.) 0,9
Tarix və mədəniyyət abidələrinə aid binalarda yerləşən yerüstü sahələr üzrə 1 kv.m sahənin illik icarə haqqı əlavə olaraq 1,2 əmsalına (memarlıq əmsalı) vurulur.
Beləliklə, 1 kv.m sahə üzrə icarə haqqının ilkin minimum məbləği aşağıdakı düsturla hesablanır:
1 İm – icarə haqqının ilkin minimum məbləği;
Tm – müəyyən edilmiş icarə haqqı tarifi;
Mə – memarlıq əmsalıdır.
İcarə haqqı tarifi cədvəlindəki 1-ci qrupa daxil olan sahələr üzrə icarə haqqı hesablanarkən zona əmsalı tətbiq edilmir.
Talvar sahələri üzrə icarə haqqı adi qaydada hesablanmış icarə haqqının 50 faizi miqdarında müəyyən edilir.
İcarəçi icarə sahəsini təyinatına görə istifadə etmədikdə, icarə haqqı sahənin faktiki təyinatına görə müəyyən edilir.
1. 10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586)
2. 22 oktyabr 2008-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 937)
3. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)
4. 18 noyabr 2013-cü il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 dekabr 2013-cü il, № 267; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1461)
5. 21 oktyabr 2014-cü il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1309)
6. 5 avqust 2020-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 avqust 2020-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1097)
7. 30 mart 2022-ci il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2022-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 289)
8. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)
9. 27 fevral 2024-cü il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 239)