11.1. Dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür.
11.2. Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etməklə bağlı xərclərin ödənilməsi üçün özəlləşdirməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar nəzərdə tutulur.
11.3. Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən pul vəsaitindən vergi tutulmur.