Qanunvericilik › Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Dövlət əmlakının təsnifatı

Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır:

6.1.1. özəlləşdirilməsi qadağan olunan əmlak;

6.1.2. özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak;

6.1.3. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak;

6.1.4. dövlət əmlakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak.

6.2. Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi qadağandır:

6.2.1. yerin təki, meşə fondu, su ehtiyatları, dövlət sərhəd zolaqları və üzərindəki daşınmaz əmlak, hava məkanı, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun suları;

6.2.2. qorunan və xüsusi qaydada istifadə olunan təbiət əraziləri;

6.2.3. Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakı, o cümlədən Azərbaycan xalqının tarix və mədəniyyət abidələri (yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla), dövlət muzeyi, dövlət arxivi və mərkəzi dövlət kitabxanasının eksponatları və fondu;

6.2.4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlak;

6.2.5. sanitar-epidemioloji, meşə idarələri;

6.2.6. patent xidməti;

6.2.7. dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və qurğuları;

6.2.8. ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri və dəmir yolları, körpülər və tunellər;

6.2.9. narkotik və zəhərli maddələr istehsal edən, habelə onları əkən, becərən, emal edən və saxlayan müəssisələr;

6.2.10. toksiki və ionizə şüaları verən maddələri, radioaktiv tullantıları basdıran müəssisə və obyektlər;

6.2.11. dövlət geologiya, kartoqrafiya-geodeziya hidrometeorologiya xidməti, ətraf mühiti və təbiəti mühafizə xidməti müəssisə və təşkilatları;

6.2.12. mülki-müdafiə və səfərbərlik obyektləri;

6.2.13. islah-əmək və ixtisaslaşdırılmış müalicə-istehsalat müəssisə və obyektləri;

6.1.14. qəbirstanlıq və krematoriyalar;

6.2.15. ixtisaslaşdırılmış dövlət uşaq, körpələr və qocalar evləri;

6.2.16. dövlət təhsil müəssisələri (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla);

6.2.17. əhalinin sosial müdafiəsini təmin edən dövlət müəssisə və təşkilatları;

6.2.18. psixiatriya, psixonevroloji. yoluxucu, onkoloji və dəri-zöhrəvi xəstəliklərin, İÇV-na yoluxmuşların və QİÇS xəstələrin müalicə və profilaktikası üzrə dövlət müəssisələri.

6.2.19. İctimai Televiziya və Radio Yayımları Şirkətinin əmlakı;

6.2.20. fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver