Qanunvericilik › “Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.05.2006) › Tam mətn

“Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.05.2006)

“Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 10.05.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.16-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi halları və Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 10 may 2006-cı il

1. Bu Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.16-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi hallarını və qaydalarını müəyyən edir.

2. Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi hüquqi və fiziki şəxslərin (bundan sonra - şəxs) rəsmi müraciətləri əsasında aparılır və qiymətli metallardan hazırlanmış məmulatlarda əyar damğalarının və ad damğalarının izlərinin həqiqiliyini müəyyən edir.

3. Dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizası Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

4. Ekspertizanın keçirilməsinə dair təqdim olunmuş müraciətdə ekspertiza qarşısında qoyulan suallar öz əksini tapmalı və ekspertizaya təqdim edilən məmulatlar əlavə olunmalıdır.

5. Ekspertiza müraciət daxil olduğu vaxtdan, bir qayda olaraq, 1 (bir) ay müddətində həyata keçirilməlidir.

Ekspertizanın aparılması 1 (bir) ay ərzində mümkün olmadıqda, Agentlik tərəfindən ekspertizanın aparılması üçün müraciət edən şəxs məlumatlandırılır və onunla razılaşdırılaraq, ekspertizanın aparılması üçün əlavə müddət təyin olunur.

6. Məmulatlarda olan əyar damğalarının izlərinin ekspertizası aşağıdakı qaydada aparılır:

konfiqurasiyanın oxşarlığını müəyyən etməklə;

çərçivənin ölçülərinin eyniliyini müəyyən etməklə;

optik cihazın köməyi ilə damğaların şəkillərinin relyefinə uyğun olaraq elementlərin qrafikinin yerinə yetirilməsini müəyyən etməklə.

7. Ekspertizanı həll etmək üçün nəzərdə tutulan suallar ekspertin səlahiyyətlərinə aid olmadıqda və ya təqdim edilmiş məmulatlarla tədqiqatların həyata keçirilməsi qeyri-mümkün olduqda, bu barədə analizin və ekspertizanın aparılması üçün müraciət etmiş şəxsə məlumat verilir.

8. Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, ekspert (ekspertlər) öz adından yazılı rəy verir və onu imzalayır. Ekspertin (ekspertlərin) imzaları Agentliyin möhürü ilə təsdiq olunur.

Rəy 2 (iki) nüsxədə tərtib edilir və onun 1 (bir) nüsxəsi Agentlikdə saxlanılır, digər nüsxəsi isə müraciət edən şəxsə verilir.

Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və şəxs tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.

Əgər ekspert tədqiqat apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, onun bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə hüququ vardır.

9. Şəxs aparılmış tədqiqatın nəticələri ilə razılaşmadıqda, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

1. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)

2. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver