Qanunvericilik › Dövlət Gömrük Komitəsi tərəfindən elektron xidmətlərin göstərilməsi üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 04.11.2013) › Tam mətn

Dövlət Gömrük Komitəsi tərəfindən elektron xidmətlərin göstərilməsi üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 04.11.2013)

Dövlət Gömrük Komitəsi tərəfindən elektron xidmətlərin göstərilməsi üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 04.11.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN KOLLEGİYASININ QƏRARI

Dövlət Gömrük Komitəsi tərəfindən elektron xidmətlərin göstərilməsi üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.3-cü və 5.11.1-ci yarımbəndlərinə əsasən

1. Dövlət Gömrük Komitəsi tərəfindən elektron xidmətlərin göstərilməsi üzrə aşağıdakı inzibati reqlamentlər təsdiq edilsin (əlavə olunur):

1.1. “Xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatların verilməsi üzrə inzibati reqlament”;

1.2. “Dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma üzrə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”;

1.3. “Malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatların verilməsi üzrə inzibati reqlament”;

1.4. “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sərnişin bəyannaməsinin qəbulu üzrə inzibati reqlament”;

2. Hüquq şöbəsi (Sənan Muxtarov) qeyd olunan inzibati reqlamentlərin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 4 noyabr 2013-cü il tarixli, 100/03/001 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı:

Xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatların verilməsi.

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət vasitəsilə xarici iqtisadi fəaliyyət iştirakçıları həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatları elektron qaydada əldə edə bilərlər.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 39-cu maddəsi;

- “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-1-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 22.5-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

1.5. Elektron xidmətin digər icraçıları:

Xidmət bilavasitə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir və bu zaman digər qurumlar iştirak etmir.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

Elektron xidmətin icra müddəti: Xidmət real-vaxt rejimində həyata keçirilir və xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı vaxtına bərabərdir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Xidmətdən istifadə nəticəsində fiziki və hüquqi şəxslər həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatları əldə edirlər.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsizdir

2.3. Elektron xidmətin istifadəçiləri:

Xarici iqtisadi fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://customs.gov.az/az/xif_access.html

2.5. Elektron xidmət barədə məlumatlandırma:

http://www.customs.gov.az

http://www.dgk.gov.az/

tel: (99412) 404-22-00

e-poçt: office@customs.gov.az

DGK-nın “192” Çağrı Mərkəzi

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Bu elektron xidmət növündən 2 fərqli yolla yararlanmaq olar:

1) Dövlət Gömrük Komitəsinə yazılı qaydada müraciət etmək və müqavilə sənədini (əlavə olunur) imzalamaq və ya

2) Elektron xidmətlər portalından (www.e-gov.az) istifadə etməklə Milli Sertifikat Xidmətləri Mərkəzindən elektron imza əldə etməklə

Dövlət Gömrük Komitəsi ilə müqaviləni imzalamaq məqsədilə aşağıdakı sənədlər təqdim edilməlidir:

1.Xidmətdən istifadə etmək üçün DGK-ya rəsmi müraciət məktubu

2.İmzalanmış və möhürlənmiş müqavilə

3.Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

4.Qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti

5.Hüquqi şəxsin təsisçisinin və ya təsisçilərinin şəxsiyyət vəsiqələrinin surəti

1. Xidmətdən istifadə etmək üçün DGK-ya rəsmi müraciət məktubu

3. Hüquqi şəxs yaratmadan xarici iqtisadi fəaliyyətlə məşğul olan fiziki şəxslər üçün VÖEN olmadıqda Gömrük Ödənişlərinin Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (GÖÖEN) surəti

4. Şəxsiyyət vəsiqəsinin surəti

Müqavilə imzalandıqdan sonra, müraciət edən şəxsə 1 (bir) ay müddətində İstifadəçi Adı və Şifrə verilir və həmin istifadəçi adı və şifrə ilə istifadəçilər sistemə daxil olmaqla və əlavə heç bir sənəd təqdim etmədən xidmətdən sərbəst surətdə istifadə edə bilərlər.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Xarici iqtisadi fəaliyyət iştirakçıları onlara məxsus istifadəçi adı və şifrə ilə DGK-nin rəsmi internet saytı vasitəsilə sistemə daxil olur və həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatları əldə etmək üçün elektron qaydada Komitənin informasiya sisteminə sorğu göndərirlər;

3.1.2. Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən verilmiş sorğular üzrə məlumatlar informasiya sistemi vasitəsilə emalından sonra sorğu qəbul edilmiş sayılır.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğu real-zaman rejimində təqdim olunduğu üçün imtina halı istisna olunur. Sorğu göndərən şəxs sistemə yalnız öz fərdi istifadəçi adı və məxfi parolu ilə daxil olduğundan sistem ona yalnız özünün həyata keçirdiyi əməliyyatlar barədə məlumat əldə etməyə imkan verir.

3.3. Sorğunun icrası:

3.3.1. Xidmətin göstərilməsi zamanı əlavə inzibati əməliyyat həyata keçirilmir. Məlumatlar sistem vasitəsilə təqdim edilir, emal edilir və sorğunun cavablandırılması ilə bağlı gömrük orqanları tərəfindən əlavə qərar qəbul edilmir.

3.3.2. Sorğu qəbul edildikdən onun cavablandırılması sistemdə məlumatların emal sürətindən asılı olaraq dəyişir;

3.3.3. Əməliyyatda digər dövlət qurumları iştirak etmir;

3.3.4. Təqdim edilmiş məlumatlar əsasında gömrük qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülür.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Xidmətin yerinə yetirilməsinə nəzarət sistem vasitəsi ilə real-vaxt rejimində həyata keçirilir. Komitənin internet saytı vasitəsilə həyata keçirilən sorğuların uçotu və göstərilən xidmətin nəticəsinin qeydiyyatı aparılır.

3.4.2. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi tərəfindən həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Elektron xidmətlərin göstərilməsinə görə Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi məsuliyyət daşıyır.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Dövlət Gömrük Komitəsinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilə bilər. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı və ya poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 4 noyabr 2013-cü il tarixli, 100/03/001 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı:

Dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma üzrə müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət vasitəsilə fiziki və hüquqi şəxslər gömrük sərhədindən keçirdikləri mallar və nəqliyyat vasitələri barədə məlumatları gömrük orqanlarına onlayn qaydada təqdim edirlər. Bu gömrük rəsmiləşdirilməsi prosedurlarının sürətləndirilməsinə və sərhədkeçmə zamanı ləngimə hallarının qarşısını almağa imkan verir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-1-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 22.2-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

1.5. Elektron xidmətin digər icraçıları:

Xidmət bilavasitə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir və bu zaman digər qurumlar iştirak etmir.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

Xidmət real-vaxt rejimində həyata keçirilir və xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı vaxtına bərabərdir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Xidmətdən istifadə nəticəsində fiziki və hüquqi şəxslər gömrük sərhədindən keçirəcəkləri mallar və nəqliyyat vasitələri barədə qabaqcadan gömrük orqanlarını məlumatlandırmış olurlar və bunun nəticəsində gömrük nəzarəti və rəsmiləşdirilməsi prosedurları daha qısa müddətdə və effektiv şəkildə həyata keçirilir.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsizdir

2.3. Elektron xidmətin istifadəçiləri:

Azərbaycan Respublikası gömrük sərhədindən mal və nəqliyyat vasitələri keçirən hüquqi və fiziki şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://c2b.customs.gov.az/login_pd.aspx

2.5. Elektron xidmət barədə məlumatlandırma:

http://www.customs.gov.az

http://www.dgk.gov.az/

tel: (99412) 404-22-00

e-poçt: office@customs.gov.az

DGK-nın “192” Çağrı Mərkəzi

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- Hüquqi şəxslərin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi

- Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün VÖEN və ya Gömrük Ödənişlərinin Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (GÖÖEN)

- Şəxsiyyəti təsdiq edən sənəd

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Azərbaycan Respublikası gömrük sərhədlərindən mal və nəqliyyat vasitələri keçirən fiziki və hüquqi şəxslər həmin mallar və nəqliyyat vasitələri barədə məlumatları elektron formada gömrük orqanlarına real vaxt rejimində təqdim edirlər.

3.1.2. Təqdim edilən məlumatlar informasiya sistemi vasitəsilə emal edilir və qəbul olunur.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Məlumatlar real-zaman rejimində təqdim olunduğu üçün imtina halı istisna olunur.

3.2.2. Gömrük orqanı məlumatların qəbulundan imtina edə bilməz.

3.3. Sorğunun icrası:

3.3.1. Xidmətin göstərilməsi zamanı əlavə inzibati əməliyyat həyata keçirilmir.

Məlumatlar sistem vasitəsilə təqdim edildikdən sonra sistem vasitəsilə qeydiyyata alınır.

3.3.2. Məlumatlar sistem vasitəsilə qeydiyyata alındıqdan sonra gömrük əməkdaşı tərəfindən yoxlanılır və qəbul edilir.

3.3.3. Əməliyyatda digər dövlət qurumları iştirak etmir.

3.3.4. Təqdim edilmiş məlumatlar əsasında gömrük qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülür.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Xidmətin yerinə yetirilməsinə nəzarət informasiya sistemi vasitəsi ilə real-vaxt rejimində həyata keçirilir. Komitənin internet saytı vasitəsilə həyata keçirilən sorğuların uçotu və göstərilən xidmətin nəticəsi barədə müvafiq qeydlər aparılır.

3.4.2. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi tərəfindən həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Elektron xidmətlərin göstərilməsinə görə Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi məsuliyyət daşıyır.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Dövlət Gömrük Komitəsinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilə bilər. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı və ya poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 4 noyabr 2013-cü il tarixli, 100/03/001 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı:

Malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatların verilməsi.

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət vasitəsilə fiziki və hüquqi şəxslər xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq malların tarif təsnifatı və həmin mallara tətbiq olunan gömrük ödənişləri barədə elektron qaydada məlumat əldə edə bilərlər.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 218-ci və 219-cu maddələri;

- “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-1-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 22.7-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

1.5. Elektron xidmətin digər icraçıları:

Xidmət bilavasitə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir və bu zaman digər qurumlar iştirak etmir.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

Xidmət real-vaxt rejimində həyata keçirilir və xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı vaxtına bərabərdir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Xidmətdən istifadə nəticəsində fiziki və hüquqi şəxslər xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq malların tarif təsnifatı və həmin mallara tətbiq olunan gömrük ödənişləri barədə məlumat əldə edirlər.

2.1. Elektron xidmətin növü: informativ

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsizdir

2.3. Elektron xidmətin istifadəçiləri:

Elektron xidmətdən fiziki və hüquqi şəxslər istifadə edə bilərlər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://c2b.customs.gov.az/tnved_public.aspx

2.5. Elektron xidmət barədə məlumatlandırma:

http://www.customs.gov.az

http://www.dgk.gov.az/

tel: (99412) 404-22-00

e-poçt: office@customs.gov.az

DGK-nın “192” Çağrı Mərkəzi

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

3.1. Xidmət istifadəçilər üçün daim açıqdır və sistemə müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırılmır. Xidmət informativ xidmət olduğu üçün identikləşdirmə tələb olunmur.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Xidmətin göstərilməsi üçün istifadəçilər tərəfindən müraciət real-zaman rejimində təqdim olunur.

3.2.2. Sorğunun yerinə yetirilməsi üçün imtina halı istisna olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Xidmətin göstərilməsi zamanı əlavə inzibati əməliyyat həyata keçirilmir. Məlumatlar sistem vasitəsilə təqdim edilir, emal edilir və sorğunun cavablandırılması ilə bağlı gömrük orqanları tərəfindən əlavə qərar qəbul edilmir.

3.3.2. Müraciət qəbul edildikdən sonra onun cavablandırılması sistemdə məlumatların emal sürətindən asılı olaraq dəyişir;

3.3.3. Əməliyyatda digər dövlət qurumları iştirak etmir;

3.3.4. Təqdim edilmiş məlumatlar əsasında gömrük qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülür.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Xidmətin yerinə yetirilməsinə nəzarət informasiya sistemi vasitəsi ilə real-vaxt rejimində həyata keçirilir. Komitənin internet saytı vasitəsilə həyata keçirilən sorğuların uçotu və göstərilən xidmətin nəticəsi barədə müvafiq qeydlər aparılır.

3.4.2. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi tərəfindən həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Elektron xidmətlərin göstərilməsinə görə Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi məsuliyyət daşıyır.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Dövlət Gömrük Komitəsinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilə bilər. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı və ya poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 4 noyabr 2013-cü il tarixli, 100/03/001 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı:

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron Sərnişin bəyannaməsinin qəbulu.

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət vasitəsilə fiziki şəxslər Azərbaycan Respublikasına keçirdikləri mallar və nəqliyyat vasitələri, həmçinin valyuta sərvətləri barədə məlumatları gömrük orqanlarına onlayn qaydada təqdim edirlər. Bu xidmət sərhədkeçmə zamanı ləngimə hallarının qarşısını almağa imkan verir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 300-cü maddəsi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-1-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 22.3-cü bəndi;

- Milli Bankın İdarə Heyətinin 18 mart 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın 2.2-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

1.5. Elektron xidmətin digər icraçıları:

Xidmət bilavasitə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir və bu zaman digər qurumlar iştirak etmir. Buna baxmayaraq, xidmətin həyata keçirilməsi məqsədilə «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə sorğu göndərilir.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

Xidmət real-vaxt rejimində həyata keçirilir və xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı vaxtına bərabərdir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Xidmətdən istifadə nəticəsində fiziki şəxslər gömrük bəyannaməsini əldə edirlər.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsizdir

2.3. Elektron xidmətin istifadəçiləri:

Azərbaycan Respublikası gömrük sərhədini keçən fiziki şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://c2b.customs.gov.az/PasDeclarAz.aspx

2.5. Elektron xidmət barədə məlumatlandırma:

http://www.customs.gov.az

http://www.dgk.gov.az/

tel: (99412) 404-22-00

e-poçt: office@customs.gov.az

DGK-nın “192” Çağrı Mərkəzi

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Fiziki şəxslərin pasportunun seriya və nömrəsi

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Azərbaycan Respublikasının gömrük sərhədlərini keçən fiziki şəxslər bəyan etmək istədikləri mallar və nəqliyyat vasitələri barədə məlumatları DGK-nin rəsmi internet saytı və ya gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılmış elektron köşklər vasitəsilə gömrük orqanlarına real vaxt rejimində təqdim edirlər.

3.1.2. Fiziki şəxslər tərəfindən bəyan edilən məlumatlar sistem vasitəsilə emal edilir, çap olunur və qəbul olunur. Bəyannamə gömrük orqanına təqdim edildiyi andan qəbul edilmiş sayılır.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Məlumatlar real-zaman rejimində təqdim olunduğu üçün imtina halı istisna olunur. Bəyan edilən məlumatlar fiziki şəxs tərəfindən sistemdə təsdiqləndikdən sonra, bəyannamə çap edilir və gömrük orqanına təqdim olunur.

3.2.2. Gömrük orqanı bəyannamənin qəbulundan imtina edə bilməz.

3.3. Sorğunun icrası:

3.3.1. Xidmətin göstərilməsi zamanı əlavə inzibati əməliyyat həyata keçirilmir. Məlumatlar sistem vasitəsilə təqdim edildikdən sonra bəyannamə bəyan

edən şəxs tərəfindən imzası ilə təsdiq edilir, çap olunur və gömrük əməkdaşına təqdim edilir.

3.3.2. Bəyannamə qəbul edildikdən sonra gömrük əməkdaşı tərəfindən yoxlanılır və qəbul edilir.

3.3.3. Əməliyyat zamanı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə sorğu göndərilir.

3.3.4. Bəyan edilmiş məlumatlar əsasında gömrük qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülür.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Xidmətin yerinə yetirilməsinə nəzarət informasiya sistemi vasitəsi ilə real-vaxt rejimində həyata keçirilir. Dövlət Gömrük Komitəsinin internet saytı vasitəsilə həyata keçirilən müraciətlərin uçotu və göstərilən xidmətin nəticəsinin qeydiyyatı aparılır.

3.4.2. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi tərəfindən həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Elektron xidmətlərin göstərilməsinə görə Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi məsuliyyət daşıyır.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Dövlət Gömrük Komitəsinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilə bilər.

Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı və ya poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

1. 21 noyabr 2017-ci il tarixli 100/05/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711215001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 dekabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver