“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 418-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1544 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 fevral 2023-cü il
1.1. Bu Qayda Azərbaycan Respublikasının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 7.1-ci maddəsinin ikinci cümləsinə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 7.1-ci maddəsinin ikinci cümləsinə, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 10.1-ci maddəsinin ikinci cümləsinə və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununun 30-7-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən dövlət icbari şəxsi sığorta ödənişi (bundan sonra – sığorta ödənişi) almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi qaydasını müəyyən edir.
1.2. Sığorta ödənişi almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşları və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər.
1.3. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisələri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının qanunları (bundan sonra – qanunlar) ilə müəyyən edilir.
1.4. Sığorta ödənişi baş vermiş sığorta hadisəsinə uyğun olaraq (“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş sığortaolunanlara münasibətdə, həmçinin bu bəndin ikinci cümləsi nəzərə alınmaqla) qanunlarla müəyyən edilmiş faiz nisbətində olan məbləğlərdə ödənilir. Sığorta ödənişi “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş sığortaolunanların müvafiq olaraq dövlət icbari şəxsi sığorta haqqının hesablandığı sonuncu əməkhaqqına (vəzifə maaşına) uyğun olaraq həyata keçirilir.
1.5. Bu Qaydanın 4.7-ci bəndi nəzərə alınmaqla, sığorta ödənişinin verilməsi ilə bağlı xidmətlər (müraciətlərin qəbulu, sığorta ödənişi almaq hüququ olan şəxslər barədə məlumatların yoxlanılması, sığorta ödənişinin təyin edilməsi və s.) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra - MEİS) vasitəsilə göstərilir.
1.6. Bu Qaydanın 4.7-ci bəndinə uyğun olaraq sığorta ödənişi almaq hüququ olan şəxslər Fondun müvafiq struktur bölmələrinə (bundan sonra – Bölmə) və Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) müraciət edirlər.
1.7. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə bu Qaydaya uyğun olaraq təqdim edilən sənədlər (o cümlədən məlumat və arayışlar) MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil edilmir.
1.8. Nazirliyin rəsmi internet səhifəsində sığorta ödənişi almaq hüququ olan şəxslərin (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar istisna olmaqla) soyadını, adını, atasının adını və FİN-ni daxil etməklə həmin şəxs barədə məlumatın mövcudluğunu, habelə sığorta ödənişinin proaktiv qaydada təyin olunmasını yoxlamaq imkanı verən müvafiq bölmə yaradılır.
2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. proaktiv təyinat - sığorta ödənişi almaq hüququ olan şəxslərə bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq MEİS tərəfindən avtomatik olaraq sığorta ödənişlərinin təyin edilməsi və bu barədə onların məlumatlandırılması;
2.1.2. müraciət əsasında təyinat - bu Qaydanın 1.8-ci bəndinə əsasən yaradılan bölmədə adları aşkar olunmayan, habelə proaktiv təyinat aparılması mümkün olmayan hallarda sığorta ödənişinin verilməsi məqsədilə müvafiq sənədlərin Bölməyə və ya Mərkəzə birbaşa və ya poçt vasitəsilə təqdim edilməsi əsasında sığorta ödənişinin təyin edilməsi;
2.1.3. barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanları.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar qanunlarla müəyyənləşdirilmiş mənaları ifadə edir.
3.1. Sığortalı (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu istisna olmaqla) bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla sığorta hadisəsi hesab edilə bilən halın (bundan sonra – hadisə) baş verməsi barədə məlumat əldə etdikdən sonra 3 (üç) iş günü müddətində müvafiq rüb (rüblər) üzrə Fonda hesabat təqdim olunmadığı və ya təqdim olunmuş hesabatda sığortaolunanın adı qeyd olunmadığı hallarda həmin şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair məlumatları da əks etdirən bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib olunmuş arayışda olan məlumatları gücləndirilmiş elektron imza ilə təsdiq edərək elektron qaydada Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə ötürür.
3.2. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) hadisə baş verməsi barədə məlumat əldə etdikdən sonra 3 (üç) iş günü müddətində müvafiq rüb (rüblər) üzrə Fonda hesabat təqdim olunmadığı və ya təqdim olunmuş hesabatda sığortaolunanın unikal kodu qeyd olunmadığı hallarda həmin şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair məlumatları da əks etdirən bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib edilmiş arayışı kağız daşıyıcıda (elektron daşıyıcıda əlavə edilməklə) sığortaçıya təqdim edir.
3.3. Sığortalı işğaldan azad olunmuş, çətin relyefli, dağlıq və infrastruktur olmayan ərazilərdə yerləşən struktur bölmələrdə fəaliyyət göstərən sığortaolunanlar üzrə hadisə baş verməsi barədə məlumat əldə etdikdən sonra bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilən arayışı 1 (bir) ay müddətində həmin bəndlərlə müəyyən edilən qaydada sığortaçıya təqdim edir.
3.4. Hadisə ilə bağlı bu Qaydanın 1 nömrəli əlavəsinin 2.1-ci bəndində nəzərdə tutulan halların mövcudluğuna dair məlumat verilmədikdə, hadisə ilə bağlı həmin halların mövcud olmadığı hesab olunur.
4.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 4.1-ci bəndinə əsasən MEİS-ə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərindən sığorta ödənişi almaq hüququ olan şəxs barəsində, habelə sığorta ödənişi verilməsi üçün bu Qaydanın 3-cü hissəsində və 4.2-4.5-ci bəndlərində qeyd edilən məlumatları əldə etmək mümkün olduqda, bu məlumatların daxil olduğu gündən 10 (on) iş günü müddətində MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsistemi vasitəsilə proaktiv qaydada təyinat aparılır və sığorta ödənişi almaq hüququ olan şəxsin əks-əlaqə vasitəsinə (bu barədə məlumat olduqda) və ya poçt vasitəsilə məlumat göndərilir. Proaktiv təyinat aparılması mümkün olmayan hallarda sığorta ödənişinin verilməsinə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciəti əsasında baxılır.
4.2. Hadisə sığortaolunanın ölümünə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsinə və ya xəbərsiz itkin düşməsinə səbəb olduqda aşağıdakı məlumatlar (o cümlədən müraciət edən şəxsin əks-əlaqə vasitələri qeyd edilməklə) və sığorta ödənişi almaq hüququ olan şəxs tərəfindən təqdim edilən ərizə notarius tərəfindən elektron qaydada təsdiq edilərək MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə ötürülür:
4.2.1. sığortaolunanın ölümü haqqında şəhadətnamənin surəti;
4.2.2. vərəsəlik hüququ haqqında şəhadətnamə;
4.2.3. sığortaolunanın ölmüş elan edilməsi və ya xəbərsiz itkin düşməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.
4.3. Əlilliyin müəyyən edilməsi ilə nəticələnən hadisə zamanı sığortaolunanın əlilliyinə dair məlumatlar MEİS-in “Əlillik” (TSERAS) altsistemindən əldə olunur.
4.4. Xəsarətlə nəticələnən hadisə zamanı tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları sığortaolunanları üzrə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara münasibətdə unikal kod qeyd olunmaqla) müraciət edildiyi tarixdən 5 (beş) iş günü müddətində (bu Qaydanın 4.5-ci bəndi nəzərə alınmaqla) rəsmiləşdirildiyi gün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. Digər sığortalıların sığortaolunanları üzrə isə bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib olunmuş arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 16 yanvar tarixli 12 nömrəli Qərarı elə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci bəndinə uyğun müəyyən edilmiş siyahıda qeyd edilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən müraciət edildiyi tarixdən 5 (beş) iş günü müddətində (bu Qaydanın 4.5-ci bəndi nəzərə alınmaqla) rəsmiləşdirildiyi gün EHİS vasitəsilə MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə ötürülür.
4.5. Sığortaolunanın əlavə müalicəyə ehtiyacı olduğu halda bu Qaydanın 4.4-cü bəndinə uyğun olaraq təqdim edilən arayış əlavə müalicə başa çatdığı gündən 5 (beş) iş günü müddətində həmin bəndlə müəyyən edilən qaydada əldə edilir.
4.6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EHİS vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydaya uyğun olaraq tələb olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
4.7. Müraciət əsasında təyinat aparılması məqsədilə sığorta ödənişi almaq hüququ olan şəxs (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanları və onların vərəsələri istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsində və 4.2-4.5-ci bəndlərində qeyd edilən məlumatları sığorta ödənişinin verilməsi üçün qeydiyyatda olduğu yer üzrə Bölməyə və ya Mərkəzə birbaşa və ya poçt vasitəsilə şəxsən və ya nümayəndə vasitəsilə bu Qayda ilə müəyyən edilən sənədlərin əlavə olunduğu (bu Qaydanın 4.6-cı bəndinin tələbi nəzərə alınmaqla) ərizə ilə müraciət edir. Hadisə baş verdiyi anda və sığorta ödənişi almaq hüququ yarandıqdan sonra Azərbaycan Respublikasından kənarda fəaliyyətini davam etdirən sığortaolunanlar sığorta ödənişinin verilməsi üçün ərizəni və ona əlavə edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Bölməyə və ya Mərkəzə təqdim edirlər.
4.8. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar və ya onların vərəsələri sığorta ödənişinin verilməsi üçün Fondun Aparatına birbaşa və ya poçt vasitəsilə şəxsən və ya nümayəndə vasitəsilə bu Qayda ilə müəyyən edilən sənədlərin əlavə olunduğu ərizə ilə müraciət edirlər.
4.9. Bölməyə və ya Mərkəzə təqdim edilən və ya daxil olan ərizə və ona əlavə edilmiş sənədlər elektron surəti çıxarılmaqla MEİS-in “Dövlət icbari şəxsi sığorta” altsisteminə hər bir müraciət üzrə yalnız bir dəfə daxil edilir, icraata qəbul edilməsi məqsədilə məsul icraçılar tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanmaqla elektron sənəd formasına salınır. Ərizə qeydə alındıqdan sonra bu barədə müraciət edən şəxsə 3 (üç) iş günü müddətində müraciətdəki əks-əlaqə vasitələrindən birinə bildiriş (3 nömrəli əlavə) göndərilir.
4.10. Bu Qaydanın 1 nömrəli əlavəsində qeyd edilən məlumatların sığortaçıya təqdim edilməsindən və bu Qaydanın 4.7-ci bəndinə uyğun olaraq təqdim edilən ərizənin qeydə alındığı gündən 10 (on) iş günü müddətində Fond tərəfindən sığorta ödənişinin verilməsi və ya imtina əsasları qeyd olunmaqla sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə müvafiq qərar qəbul edilir. Sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə qərar 5 (beş) iş günü müddətində müraciət edən şəxsə göndərilir. Müraciət edən şəxsin sığorta ödənişinin verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ vardır.
4.11. Sığorta ödənişinin verilməsindən qanunlarla müəyyən edilmiş hallarda imtina edilir.
4.12. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanı nəzərə alınmaqla Fond və ya “Azərsığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə, bu Qaydanın 1 nömrəli əlavəsində qeyd edilən məlumatların təqdim edilməsi tələb olunmur. Həmin sığorta ödənişinin məbləği bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilir.
4.13. Bu Qaydanın 4.6-cı bəndinin tələbi nəzərə alınmaqla sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədiyinə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və (və ya) düzgün olmadığı müəyyən edildiyinə görə sığorta ödənişinin verilməsindən imtina edildikdə imtinaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra sığorta ödənişinin verilməsi üçün təkrar müraciət edilə bilər.
4.14. Sığortalı və digər aidiyyəti orqanlar (qurumlar) sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin və məlumatların əldə edilməsində sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.
4.15. Hadisə ilə birbaşa bağlı olan qəsdən törədilmiş cinayətin əlamətlərinə, habelə hadisənin sığortaolunanın özünə qəsd etməsi nəticəsində baş verdiyinə dair məlumatların olması barədə sığortalı tərəfindən sığortaçıya məlumat verildiyi zaman sığorta ödənişinin verilməsi məsələsinə həmin hallar üzrə məhkəmə tərəfindən yekun qərar qəbul edildikdən sonra baxılır.
5.1. Sığorta ödənişi bu Qaydanın 4.10-cu bəndində qeyd edilən müddət ərzində Fond tərəfindən açılan hesaba və ya mövcud olduğu halda sığorta ödənişi almaq hüququ olan şəxsin bank hesabına nağdsız qaydada ödənilir və bu barədə həmin gün əks-əlaqə vasitəsilə (bu barədə məlumat olduqda) və ya poçt vasitəsilə məlumat göndərilir.
5.2. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi qanunlara əsasən əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla yeni sığorta hadisəsinə görə faiz nisbətində müəyyən edilmiş məbləğlə əvvəl ödənilmiş sığorta ödənişi məbləği arasındakı fərq məbləğində bu Qaydaya uyğun olaraq hesablanaraq ödənilir.
5.3. Sığortalı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş hesabat məlumatlarına əsasən eyni sığorta hadisəsi ilə bağlı sığortaolunana ödənilmiş sığorta ödənişindən artıq məbləğdə sığorta ödənişi ödənilməli olduğu halda, məbləğ fərqi Fond tərəfindən 15 (on beş) iş günü müddətində sığortaolunana nağdsız ödənilir.
1.1. Sığortalının tam adı ______________________________________________________
1.2. Sığortalının ünvanı ______________________________________________________
1.3. soyadı, adı, atasının adı, FİN-i (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlara münasibətdə unikal kod) _____________________________________________________________________________
1.4. yaşadığı ünvan (məlumat olduğu halda) _____________________________________
1.5. iş yeri, vəzifəsi (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar istisna olmaqla) _______________________________________________
1.6. əks-əlaqə vasitələri (olduğu halda) _____________________________________
1.7. sığorta məbləği ______________________________________________________
1.8. fəaliyyətdə olması________________tarixdən____________tarixinədək
2.1. hadisənin səbəbi və başvermə şəraiti (hadisə bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində baş verdikdə, bu barədə məlumat) _____________________________________________________________________________
2.2. hadisənin baş verdiyi tarix _________________________________________________
2.3. hadisə yeri _______________________________________________________________
2.4. xəsarətin dərəcəsi _________________________________________________________
2.5. hadisə ilə birbaşa bağlı olan qəsdən törədilmiş cinayətin əlamətlərinə dair məlumatlar
2.6. hadisənin sığortaolunanın özünə qəsd etməsi nəticəsində baş verdiyinə dair məlumatlar
__________________________________________________________
Verilir____________________________________________________________
ona görə ki, o, (və ya vərəsəsi olduğu_________________________________________
(soyadı, adı, atasının adı, FİN)
Sığortaolunan baş vermiş hadisə nəticəsində __________________________ səbəbdən ___________________ dərəcədə (xəsarət (yüngül, az ağır, ağır) xəsarət almışdır.
_________________________________________________________________________
Hörmətli _____________________________________________________________________
Sizin dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi üçün 20____ il “_____”__________ tarixli müraciətiniz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Dövlət icbari şəxsi sığorta” altsistemi tərəfindən ____________ nömrəsi ilə qeydiyyata alınmışdır.
1. 16 noyabr 2023-cü il tarixli 417 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 noyabr 2023-cü il, “Xalq” qəzeti, 18 noyabr 2023-cü il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1580)
2. 5 aprel 2024-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 aprel 2024-cü il, “Xalq” qəzeti, 7 aprel 2024-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 454)
3. 19 iyun 2025-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 iyun 2025-ci il, “Xalq” qəzeti, 24 iyun 2025-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 598)
4. 21 oktyabr 2025-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 23 oktyabr 2025-ci il, № 227, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 982)
5. 2 mart 2026-cı il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 mart 2026-cı il, “Xalq” qəzeti, 19 mart 2026-cı il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 263)