Dövlət icra məmurları (bundan sonra – icra məmurları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin (bundan sonra – məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, məhkəmələrin mülki işlər, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının, həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər.
Maddə 1. Dövlət icra məmurlarının funksiyaları
Dövlət icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver