Qanunvericilik › Dövlət mülkiyyətinin özləşdirilməsinin hüquqi və normativ təminatı sahəsində tədbirlər haqqında (Prezidentin fərmanı, 23.06.1992) › Tam mətn

Dövlət mülkiyyətinin özləşdirilməsinin hüquqi və normativ təminatı sahəsində tədbirlər haqqında (Prezidentin fərmanı, 23.06.1992)

Dövlət mülkiyyətinin özləşdirilməsinin hüquqi və normativ təminatı sahəsində tədbirlər haqqında (Prezidentin fərmanı, 23.06.1992) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət mülkiyyətinin özləşdirilməsinin hüquqi və normativ təminatı sahəsində tədbirlər haqqında

Mülkiyyət münasibətlərinin dəyişilməsi prosesində özləşdirmənin hüquqi və iqtisadi əsaslarını təmin etmək, səmərəli bazar iqtisadiyyatını formalaşdırmaq, vahid dövlət siyasətini həyata keçirmək məqsədilə və “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi yaradılsın.

Müəyyən edilsin ki, Dövlət Əmlak Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinə tabedir və Azərbaycan Respublikası Milli Məclisinə hesabat verir.

2. Dövlət Əmlak Komitəsinə tapşırılsın:

bir ay ərzində Komitə haqqında Əsasnaməni və onun strukturunu hazırlayıb müəyyən olunmuş qaydada təsdiqə təqdim etsin;

iki ay ərzində 1992—1993-cü illərdə dövlət əmlakının özləşdirilməsi proqramını hazırlayıb Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsin.

3. Müəyyən edilsin ki, özləşdirmə barədə Dövlət Əmlak Komitəsinin öz səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ aktların tələbləri respublika və bələdiyyə müəssisələri, təşkilatları və idarəetmə orqanları tərəfindən mütləq icra edilməlidir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Dövlət Əmlak Komitəsinin maliyyə-təsərrüfat fəaliyyətini təmin etmək üçün lazımi tədbirlər görsün.

5. Bu Fərman imzalandığı andan qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 1992-ci il.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver