“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə bağlı qərara alıram:
2. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 581; 2003-cü il, № 8, maddə 441; 2007-ci il, № 8, maddə 768, № 9, maddə 873; 2008-ci il, № 5, maddə 363) qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu fərmanla təsdiq edilən “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 4-cü bəndinin ikinci abzasında nəzərdə tutulmuş inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
1. 15 mart 2010-cu il tarixli 232 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 17 mart 2010-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 183)
2. 03 mart 2011-ci il tarixli 392 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 05 mart 2011-ci il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 173)
19 dekabr 2012-ci il tarixli 772 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci il, № 284, “Azərbaycan” qəzeti 22 dekabr 2012-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1246)
29 yanvar 2018-ci il tarixli 1799 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2018-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 55)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI