Qanunvericilik › Dövlət özəlləşdirmə çeklərinin deponentləşdirilməsi haqqında şəhadətnamənin verilməsi və ondan istifadə olunması Qaydaları (Əmlak Məsələləri Dövlət Komitəsi, 21.10.1998) › Tam mətn

Dövlət özəlləşdirmə çeklərinin deponentləşdirilməsi haqqında şəhadətnamənin verilməsi və ondan istifadə olunması Qaydaları (Əmlak Məsələləri Dövlət Komitəsi, 21.10.1998)

Dövlət özəlləşdirmə çeklərinin deponentləşdirilməsi haqqında şəhadətnamənin verilməsi və ondan istifadə olunması Qaydaları (Əmlak Məsələləri Dövlət Komitəsi, 21.10.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli 580 №-li Fərmanı ilə təsdiq edilmiş “Milli Depozit Sistemi haqqında” Əsasnaməyə uyğun olaraq dövlət özəlləşdirmə çeklərinin (bundan sonra - özəlləşdirmə çekləri) nağdsız dövriyəsini təmin etmək və investorların dövlət əmlakının özəlləşdirilməsi prosesində iştirakı mexanizmini təkmilləşdirmək məqsədi ilə özəlləşdirmə çeklərinin deponentləşdirilməsi, özəlləşdirmə çeklərinin deponentləşdirilməsi haqqında şəhadətnamənin verilməsi və ondan istifadə olunması, ixtisaslaşdırılmış çek auksionlarında səhmdar cəmiyyətlərin səhmlərinin nağdsız satışı və özəlləşdirmə çekləri ilə digər nağdsız əməliyyatların aparılması qaydalarını müəyyən edir.

1.2. Özəlləşdirmə çeklərinin deponentləşdirilməsi dedikdə deponentin (hüquqi və ya fiziki şəxslərin) tapşırığı ilə onların müvəkkil depozitar tərəfindən saxlanmağa qəbul edilməsi və bu barədə müvafiq “depo” hesabının açılması yolu ilə özəlləşdirmə çeklərinin nağdsız dövriyyəsinin təmin edilməsi üzrə əməliyyatlar başa düşülür.

2.1. Özəlləşdirmə çekləri saxlanmağa qəbul edildikdə deponentlə müvəkkil depozitar arasında özəlləşdirmə çeklərinin deponentləşdirilməsi haqqında müqavilə imzalanır.

2.2. Deponent depozitar xidmətlərinin göstərilməsi üzrə xidmət haqqının ödənilməsini müqavilənin şərtlərinə və müvəkkil depozitarın preyskurantına uyğun olaraq həyata keçirir.

2.3. Müqavilə bağlanarkən deponent hüquqi şəxs olarsa, depozitara notarial qaydada təsdiq edilmiş təsis sənədlərini - dövlət qeydiyyatı haqqında şəhadətnaməni və müəssisənin nizamnaməsini, nümunələri bu müqaviləyə əlavə edilən doldurulmuş anketləri və zəruri olduqda depozitar tərəfindən müəyyən edilən identifikasiya məqsədli digər sənədləri təqdim edir. Nümunəvi anketlərdən biri (Forma № 1 D) hüquqi şəxs üçün nəzərdə tutulur və ilkin imza etmək hüququna malik şəxs tərəfindən imzalanaraq möhürlə təsdiq edilir. Digər anket (Forma № 3 D və ya № 4 D) hüquqi şəxsin 2 (iki) nəfərdən artıq olmamaq şərti ilə etibarnamə ilə onun adından çıxış etməyə vəkil edilmiş şəxsləri tərəfindən doldurulur. Bu zaman vəkil edilmiş şəxslərin anketləri etibarnamə ilə birlikdə müvəkkil depozitara təqdim edilir.

Deponent fiziki şəxs olarsa özünün (Forma № 2 D) və 1 (bir) nəfərdən artıq olmamaqla vəkil edilmiş şəxsin (Forma № 3 D və ya № 4 D ) nümunəvi anketini etibarnamə ilə birlikdə təqdim edir.

2.4. Müvəkkil depozitar özəlləşdirmə çeklərinin həqiqiliyini və ödənişliyini yoxladıqdan sonra onları saxlamağa qəbul edir, “depo” hesabı açır və bu haqda deponentləşdirmə haqqında şəhadətnamələrin qeydiyyat jurnalında qeydlər aparır.

2.5. Deponentləşdirilən özəlləşdirmə çeklərinin seriya və nömrəsi qeyd edilməklə siyahısı tərtib edilir və təhvil-təslim aktı formasında müqaviləyə əlavə edilir. Depozitar özəlləşdirmə çeklərinin maddi formada təhvil-təslim aktındakı siyahıda göstərilən ardıcıllıqla saxlanılmasını təmin edir.

2.6. Deponent özəlləşdirmə çeklərinin deponentləşdirilməsi haqqında müqavilə üzrə xidmət haqqı öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra müqaviləyə istənilən zaman xitam vermək hüququna malikdir.

3.1. Özəlləşdirmə çekləri saxlanmağa qəbul edilərkən bu barədə müvəkkil depozitar tərəfindən deponentə onun depozitə qoyulmuş özəlləşdirmə çeklərinə mülkiyyət hüquqlarını təsdiq edən sənəd - özəlləşdirmə çeklərinin deponentləşdirilməsi haqqında şəhadətnamə (bundan sonra - deponentləşdirmə haqqında şəhadətnamə) verilir.

Deponentləşdirmə haqqında şəhadətnamə adlıdır və digər fiziki, yaxud hüquqi şəxslər tərəfindən istifadə oluna bilməz.

Deponentləşdirmə haqqında şəhadətnamə verən müvəkkil depozitar, deponentləşdirmə haqqında şəhadətnaməni alan şəxs kimi çıxış edə bilməz.

3.2. Deponentləşdirmə haqqında şəhadətnamə forma etibarı ilə, bu Qaydalara əlavədə nəzərdə tutulmuş şəkildə (Forma № 5D) tərtib edilərək, xüsusi blank üzərində aşağıdakı məlumatları özündə əks etdirməlidir:

- Deponentləşdirmə haqqında şəhadətnamənin sıra nömrəsi və onun verilmə tarixi;

özəlləşdirmə çeklərinin deponentləşdirilməsi haqqında şəhadətnaməni verən müvəkkil depozitarın tam adı, hüquqi ünvanı və digər rekvizitləri;

- deponentləşdirmə haqqında şəhadətnamənin verildiyi şəxs haqqında məlumat: fiziki şəxs üçün-adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi, hüquqi şəxslər üçün-onun tam adı, hüquqi ünvanı və qeydiyyatı nömrəsi;

- müqabilində deponentləşdirmə haqqında şəhadətnamənin verildiyi özəlləşdirmə çeklərinin sayı (rəqəm və hərflərlə yazılmaqla);

- müvəkkil depozitar tərəfindən açılmış “depo” hesabının nömrəsi;

Deponentləşdirmə haqqında şəhadətnamə müvəkkil depozitarın vəzifəli şəxsi tərəfindən imzalanır və möhür ilə təsdiqlənir.

3.3. Deponentləşdirmə haqqında şəhadətnamələrin qeydiyyat jurnalında verilən şəhadətnamələr haqqında məlumat, həmçinin deponentləşdirmə haqqında şəhadətnamələrin silinmə səbəbi və tarixi qeyd edilir.

3.4. Deponentləşdirmə haqqında şəhadətnamə 2 (iki) nüsxədə tərtib edilir. Deponentləşdirmə haqqında şəhadətnamənin birinci nüsxəsi müştəriyə yeridir, ikinci nüsxəsi isə müvəkkil depozitarda saxlanılır.

Müvəkkil depozitarda saxlanılan deponentləşdirmə haqqında şəhadətnamənin 2-ci nüsxəsi, ixtisaslaşdırılmış çek hərraclarında ödəniş vasitəsi kimi qəbul edilir.

3.5. Deponentin tələbi ilə deponentləşdirmə haqqında şəhadətnaməni təmin edən özəlləşdirmə çeklərinin miqdarının dəyişdirilməsi hallarında, həmçinin deponent tərəfindən deponentləşdirmə haqqında şəhadətnamə itirildiyi zaman özəlləşdirmə çeklərini saxlamağa götürən müvəkkil depozitar deponentləşdirmə haqqında şəhadətnamənin nüsxələrinin silinməsini təmin edir. Deponentləşdirmə haqqında şəhadətnamə itirildikdə deponent dərhal bu barədə müvəkkil depozitarı, depozitar isə öz növbəsində çek auksionlarının təşkilatçısını xəbərdar etməlidir.

4.1. İxtisaslaşdırılmış çek auksionunda səhmdar cəmiyyətlərin səhmlərinin satışının təşkilatçısı sifarişi qəbul edərkən deponentləşdirmə haqqında şəhadətnaməni təhvil alır və onun üzərində sifarişdə göstərilmiş sayda özəlləşdirmə çekinin ödəndiyi barədə qeyd apararaq möhürü ilə təsdiq edir. Deponentləşdirmə haqqında şəhadətnamədə çeklərin ödənişə qəbul edilməsi barədə (bir) gün ərzində edilməklə bir neçə qeyd aparıla bilər. İxtisaslaşdırılmış çek auksionunun təşkilatçısı 2(iki) iş günü ərzində deponentləşdirmə haqqında şəhadətnaməni müvəkkil depozitara istifadə edilmiş çeklərin silinməsi üçün təqdim edir.

4.2. Müvəkkil depozitar çek auksionu mərkəzinin ödəniş üçün qəbul etdiyi və şəhadətnamədə qeyd olunan sayda nəğd özəlləşdirmə çekini auksion mərkəzinə təhvil verir.

4.3. Müvəkkil depozitar ixtisaslaşdırılmış çek auksionunda daxil olmuş deponentləşdirmə haqqında şəhadətnamənin əvəzində deponentə onun hesabının yeni vəziyyətini əks etdirən şəhadətnamə təqdim edir.

Deponentləşdirmə haqqında yeni şəhadətnamə verildikdə qeydiyyat jurnalında müvafiq qeydlər edilir.

5.1. Deponentin hesabında olan özəlləşdirmə çeklərini satmaq, bağışlamaq, girov qoymaq, irsən vermək və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirmək hüququ vardır. Alqı-satqı (bağışlama) zamanı satıcı və alıcı müvəkkil depozitarın iştirakı ilə ötürücü sərəncamı imzalayırlar. Depozitar ötürücü sərəncamın əsasında alıcı üçün “depo” hesabı açaraq (alıcının şəxsi hesabı olmadıqda) özəlləşdirmə çeklərini bu hesaba köçürür.

5.2. Depozitar deponentin sifarişi əsasında hesablarda müvafiq dəyişiklik aparmaqla tələb edilən sayda nəğd özəlləşdirmə çekini deponentə təqdim etməyə borcludur. Bu zaman depozitar onun hesabının yeni vəziyyətini əks etdirən şəhadətnamə təqdim edir.

5.3. Depozitar girov müqaviləsi tərəflərinin tapşırığı ilə “depo” hesabında aktivlərin öhdəliklərlə yüklənməsi barədə qeyd apararaq girov əməliyyatları həyata keçirə bilər.

Forma № 1D Azərbaycan Respublikası

Milli Depozit Sistemi

Depo hesabının növü ( tipi ):

Nominal saxlayıcının hesabı

girovsaxlayıcının hesabı

rəsmi adı: __________________________________________________________________________

qısaldılmış adı:_________________________________________________________________________________

Haqında şəhadətnamədə: seriya ______________________ № _____________________________________

Verilib: - __________- _________________________--199 -ci il

Qeydiyyata alan orqanın adı: _________________________________________________________________

5. Hüquqi ünvanı:__________________________________________________________________________

6. Faktiki ünvanı:__________________________________________________________________________

__________________________________________________________________________________________

7. Bank rekvizitləri: ________________________________________________________________________

M/N ________________________FAB______________________

N/N_____________________________________________________

_________________________________________________________

8. Əlaqə vasitəsi:_______________________________________________\_________________________

9. İlkin imza etmək hüququ olan şəxslərin siyahısı:

15. Poçtun (sənədlərin) alınma forması: ______________________________________________________________________

16. Möhürün nümunəsi:

17. Hüquqi şəxsin vəkil edilmiş nümayəndələri:

I. __________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________

II.______________________________________________________________________________________________________________

________________________________________________________________________________________________________________

Anketi ilkin imza etmək hüququ olan şəxs imzalayır. Təqdim olunmuş informasiyanın tamlığına və düzgünlüyünə görə imza edən şəxs məsuliyyət daşıyır. Anket məlumatları dəyişdikdə yazılı bildiriş təqdim olunmalıdır.

İmza _______________________\ ______________________\

M.Y. “_____” __________________________199 __________-cü il

Forma № 2 D Azərbaycan Respublikası

Milli depozit sistemi

Depo hesabının növü (tipi):

girovsaxlayanın hesabı

nominal saxlayanın hesabı

Atasının adı, soyadı __________________________________________________________________________

2. Vətəndaşlıq:__________________________________________________________________________________

təsdiq edən sənəd: seriya _____________________________ № _________________________________

verilib: _____________________________________________________________________

________________________ ______________________________________________________________

4. Qeydiyyat ünvanı:____________________________________________________________________________

_____________________________________________________________________________________________

5. Faktiki ünvanı______________________________________________________________________________

_________________________________________________________________________________________

6. Əsas iş yeri: ______________\ _______________________\ __________________________________

(idarə) (tutduğu vəzifə) (ünvan)

7. Telefonlar: ______________\ _______________________\ _____________________________________

(şəhərin kodu) ( iş ) (ev)

8. Poçtun (sənədlərin) alınma forması: ________________________________________________________

10. Vəkil edilmiş nümayəndə:___________________________________________________________________

(şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və orqanı / qeydiyyat haqqında şəhadətnamənin nömrəsi, seriyası, verilmə tarixi, qeydiyyat aparan orqan)

Anketə imza edən şəxs təqdim olunmuş məlumatın tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır. Anketə daxil olan məlumatlarda dəyişiklik edildikdə, yazılı şəkildə bildiriş təqdim edilməlidir.

İmza: _____________________ \ ________________________ \

“______” _______________________199 ________ -ci il

Forma № 3 D Azərbaycan Respublikası

Milli depozit sistemi

DOPONENT ______________________________________________________________________________

___________________________________________________________________________________________

Depo hesabının növü (tipi):

girovsaxlayanın hesabı

nominal saxlayıcının hesabı

1.Vəkil edilmiş şəxsin

Adı, Atasının adı, soyadı _______________________________________________________________________

2. Vətəndaşlıq:__________________________________________________________________________________

təsdiq edən sənəd: seriya _____________________________ № _________________________________

verilib: _____________________________________________________________________

4. Qeydiyyat ünvanı:____________________________________________________________________________

_____________________________________________________________________________________________

5. Faktiki ünvanı______________________________________________________________________________

_________________________________________________________________________________________

6. Əsas iş yeri: ______________\ _______________________\ _________________________________

(idarə) (tutduğu vəzifə) (ünvan)

7. Telefonlar: ______________\ _______________________\ _________________________________

(şəhərin kodu) ( iş ) (ev)

8. Poçtun (sənədlərin) alınma forması: ___________________________________________________

Anketə imza edən şəxs təqdim olunmuş məlumatın tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır. Anketə daxil olan məlumatlarda dəyişiklik edildikdə, yazılı şəkildə bildiriş təqdim edilməlidir.

İmza: _____________________ \ ________________________ \

“______” _______________________199 ________ -ci il

Forma № 4 D Azərbaycan Respublikası

Milli Depozit Sistemi

DEPONENT ____________________________________________________________________________

________________________________________________________________________________________

Depo hesabının növü ( tipi ):

Nominal saxlayıcının hesabı

girovsaxlayıcının hesabı

rəsmi adı: __________________________________________________________________________

qısaldılmış adı:_________________________________________________________________________________

Haqında şəhadətnamədə: seriya ______________________ № _____________________________________

Verilib: - __________-_________________________--199 -ci il

Qeydiyyata alan orqanın adı: _______________________________________________________________

5. Hüquqi ünvanı:___________________________________________________________________

6. Faktiki ünvanı:________________________________________________________________________

7. Bank rekvizitləri:______________________________________________________________________

M/N ________________________FAB______________________

N/N_____________________________________________________

_________________________________________________________

8. Əlaqə vasitəsi:_______________________________________________\_________________________

9. İlkin imza etmək hüququ olan şəxslərin siyahısı:

15. Poçtun (sənədlərin) alınma forması: ____________________________________________________

16. Möhürün nümunəsi:

17. Hüquqi şəxsin vəkil edilmiş nümayəndələri:

I. __________________________________________________________________________________________________________

___________________________________________________________________________________________________________

(şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və orqanı /qeydiyyat haqqında şəhadətnamənin nömrəsi, seriyası, verilmə tarixi, qeydiyyat aparan orqan)

II.__________________________________________________________________________________________________________

__________________________________________________________________________________________________________

(şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və orqanı /qeydiyyat haqqında şəhadətnamənin nömrəsi, seriyası, verilmə tarixi, qeydiyyat aparan orqan)

Anketi ilkin imza etmək hüququ olan şəxs imzalayır. Təqdim olunmuş informasiyanın tamlığına və düzgünlüyünə görə imza edən şəxs məsuliyyət daşıyır. Anket məlumatları dəyişdikdə yazılı bildiriş təqdim olunmalıdır.

İmza _______________________\ ______________________\

“_____” __________________________199 __________-cü il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver