Qanunvericilik › Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 25.12.2015) › Tam mətn

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 25.12.2015)

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə (Tarif Şurasının qərarı, 25.12.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci 11-21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qərara alır:

1. Bu qərara “Əlavə 1”də göstərilən siyahı üzrə dərman vasitələrinin aptek təşkilatına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilsin.

2. Müəyyən edilsin ki, 2016-cı il 25 fevral tarixindən etibarən bu qərara “Əlavə 2”də göstərilən təsiredici maddələr üzrə (bu Əlavədə göstərilməyən digər kombinə olunmuş dərman vasitələri istisna olmaqla) qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq edildikdən sonra həyata keçirilə bilər.

3. Nəzərə alınsın ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Əlavə 1” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır.

4. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi bu qərardan irəli gələn məsələlərlə bağlı zəruri tədbirlərin görülməsini təmin etsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 25 dekabr 2015-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver