32.1 Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu ilə, habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər.
32.2. Dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant vəzifə olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu zaman rotasiya olunmuş inzibati vəzifə tutan dövlət qulluqçularına üstünlük verilir.
32.5. Dövlət qulluqçusunun potensialından düzgün istifadə edilərək hərtərəfli inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və motivasiyasının təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli istifadə edilməklə dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdırılır. Dövlət qulluqçularının karyerasının planlaşdırılması üçün dövlət orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanır.