Qanunvericilik › “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 07.02.2005) › Tam mətn

“Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 07.02.2005)

“Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 07.02.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət qulluqçularının əmək pensiyası təminatı məqsədi ilə qərara alıram:

1. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” təsdiq edilsin (Əlavə 1).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 6-cı bəndində nəzərdə tutulmuş vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə təkliflərini təqdim etsin.

4. Müəyyən edilsin ki, bu fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş qaydalar Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavini, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə və diplomatik xidmət əməkdaşlarına da şamil olunur.

5. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş Qaydalar 2005-ci il yanvarın 1-dən tətbiq edilir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2005-ci il

1. Bu Qaydalar " əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququnun yarandığı tarixədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı aylıq vəzifə maaşının, ixtisas dərəcəsinə görə əlavə haqqın, qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqqın və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar dövlət qulluqçularına şamil edilən əlavələrin (qulluq şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.) məbləği əsasında bu Qaydalara uyğun olaraq hesablanır.

2-1. “Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 368-VIIQD nömrəli Qanunu qüvvəyə minənədək dövlət qulluğuna xitam verilmiş şəxslərə ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər həmin Qanunla müəyyən edilmiş yeni dövlət məvacibinin tərkibinə daxil edilir.

3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.

4. əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir.

5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.

6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.

7. əmək pensiyası təyin olunduqdan sonra yenidən dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçusu vəfat etdikdə, onun ailəsinə pensiya təyin edilməsi üçün dövlət məvacibi pensiya almaq hüququ olan ailə üzvlərinin arzusu ilə, vəfat etmiş dövlət qulluqçusunun və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısının əmək pensiyası təminatına uyğun olaraq bu

10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış üzrə nəzərə alınır.

1. 23 noyabr 2007-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1117)

2. 13 fevral 2018-ci il tarixli 1823 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 fevral 2018-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 187)

3. 14 avqust 2020-ci il tarixli 1135 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1038)

4. 9 avqust 2021-ci il tarixli 1419 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2020-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 911)

5. 16 avqust 2021-ci il tarixli 1428 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 920)

6. 28 iyun 2022-ci il tarixli 1725 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 609)

7. 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 dekabr 2022-ci il, “Xalq” qəzeti, 16 dekabr 2022-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1413)

8. 12 avqust 2024-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 13 avqust 2024-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 943)

9. 17 fevral 2025-ci il tarixli 332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 fevral 2025-ci il, “Azərbaycan” qəzeti, 18 fevral 2025-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 124)

10. 19 mart 2026-cı il tarixli 624 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 20 mart 2026-cı il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 228)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver