Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Dövlət orqanlarının (qurumlarının) rəhbərləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirləri həyata keçirsinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 88, № 12, maddə 1241; 2009, № 6, maddə 419; 2011, № 2, maddə 85; 2017, № 5, maddə 804) ləğv edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2019-cu il
1.1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydalarını müəyyən edir.
1.2. Dövlət qulluqçusunun şəxsi işi onun xidməti fəaliyyətinin obyektiv qiymətləndirilməsi, potensial imkanlarının səmərəli istifadəsi və vəzifə borcunu yerinə yetirməsi zamanı qazandığı nəticələrin uçotunun aparılması məqsədilə tərtib olunur və aparılır.
1.3. Dövlət qulluqçusunun şəxsi işinə onun fərdi məlumatları və dövlət qulluğuna qəbul edilməsi, qulluq keçməsi, dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar olan məlumatlar daxil edilir.
1.4. Dövlət qulluqçusu üçün dövlət qulluğu keçdiyi dövrdə yalnız bir şəxsi iş tərtib edilir və aparılır.
1.5. Dövlət qulluqçusunun şəxsi işi dövlət orqanının kadr qurumu tərəfindən aparılır. Kadr qurumu dövlət qulluqçusunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol verilməməsini təmin edir.
1.6. Dövlət qulluqçusunun şəxsi işi ilə tanış olmaq səlahiyyətinə onun özü, tabe olduğu rəhbər vəzifəli şəxslər və kadr qurumunda çalışan şəxslər malikdirlər.
1.7. Dövlət qulluqçusunun fərdi məlumatları şəxsin özündən alınır. Dövlət qulluqçusuna aid fərdi məlumatların digər mənbədən alınmasına “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq onun razılığı əsasında yol verilir. Bu bənddə nəzərdə tutulan tələblər dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilən fərdi məlumatlara aid edilmir.
1.8. Dövlət qulluqçusuna aid fərdi məlumatlar açıq mənbələrdən daxil olduqda və ya dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edildikdə dövlət qulluqçusuna həmin məlumatların tərkibi və mənbəyi bildirilir.
1.9. Dövlət qulluqçusunun siyasi, dini və digər baxışları, şəxsi həyatı, o cümlədən həmkarlar ittifaqlarına və ictimai birliklərə üzvlüyü barədə məlumatların və qanunla əldə edilməsinə yol verilməyən digər məlumatların toplanılmasına, həmin məlumatların işlənilməsinə və şəxsi işə tikilməsinə yalnız “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə müəyyən edilən hallarda yol verilir.
2.1. Dövlət qulluqçusunun şəxsi işi üç hissədən ibarət olmaqla tərtib edilir. Dövlət qulluqçusunun şəxsi işinə sənədlər aidiyyəti hissələrə ardıcıl tikilir, şəxsi işin səhifələri nömrələnir və hər bir hissədə saxlanılan sənədlərin qeydiyyatı bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun aparılır.
2.2. Dövlət qulluqçusunun şəxsi işinin birinci hissəsinə aşağıdakı sənədlər tikilir:
2.2.1. kadrlar uçotunun şəxsi vərəqəsi (2 nömrəli əlavə);
2.2.2. tərcümeyi-hal;
2.2.3. dövlət orqanı zəruri hesab etdikdə, kadr qurumunun tərtib etdiyi bioqrafik arayış (3 nömrəli əlavə);
2.3. Dövlət qulluqçusunun şəxsi işinin ikinci hissəsinə aşağıdakı sənədlər tikilir:
2.3.1. dövlət orqanı zəruri hesab etdikdə, kadr qurumunun tərtib etdiyi dövlət qulluqçusunun şəxsi vərəqəsi (4 nömrəli əlavə);
2.3.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə uyğun olaraq, dövlət qulluğuna qəbul haqqında ərizə, müsabiqə vasitəsilə dövlət qulluğuna qəbul edilmiş şəxslər üçün müsabiqənin, müsahibə vasitəsilə inzibati vəzifələri tutmuş şəxslər üçün müsahibənin nəticəsinə dair sənədlər;
2.3.3 dövlət qulluğu vəzifəsinə təyin edilməsi, dövlət qulluqçusunun başqa dövlət qulluğu vəzifəsinə keçirilməsi, müvəqqəti olaraq başqa dövlət qulluğu vəzifəsi üzrə qulluq funksiyalarının yerinə yetirilməsinin ona həvalə edilməsi haqqında sənədlərin surəti;
2.3.4. dövlət qulluğuna xitam verilməsi haqqında sənədlərin surəti;
2.3.5. əmək müqavilələrinin əsli, əmək müqavilələrində dəyişikliklər edilməsi haqqında sənədlərin əsli, elektron sənəd formasında bağlanılan əmək müqavilələrinə münasibətdə isə əmək müqavilələri, onlarda edilmiş dəyişikliklər və onlara xitam verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarış;
2.3.6. dövlət qulluqçusunun imzaladığı dövlət qulluqçusunun andı;
2.3.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.10-cu maddəsinə əsasən, daimi dövlət qulluğuna qəbula dair Azərbaycan Respublikasının adından verilən sənəd;
2.3.8. ixtisas dərəcələrinin, habelə hərbi rütbələrin, diplomatik və ya digər xüsusi rütbələrin verilməsi, aşağı salınması və onlardan məhrum edilməsi haqqında sənədlərin surəti;
2.3.9. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri barədə sənədlər;
2.3.10. dövlət qulluqçusunun sertifikatları barədə məlumat;
2.3.11. 2016-cı il 9 avqust tarixinədək attestasiyadan keçmiş dövlət qulluqçusunun attestasiya vərəqəsi və xidməti xasiyyətnaməsi;
2.3.12. dövlət təltiflərinin (orden və medalların), fəxri adların, dövlət mükafatlarının, fərdi mükafatların verilməsini təsdiq edən rəsmi sənədlərin surəti;
2.3.13. intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı sənədlərin surəti;
2.3.14. xidməti araşdırmanın başlanılması və onun nəticəsi barədə sənədlər;
2.3.15. ehtiyat kadrların siyahısına daxil edilməsi, habelə onun ehtiyat kadrların siyahısından çıxarılması haqqında sənədlərin surəti;
2.3.16. dövlət sirri təşkil edən məlumatlan yaymamaq barədə öhdəlik (əgər tutduğu vəzifənin yerinə yetirilməsi belə məlumatlardan istifadə ilə bağlıdırsa).
2.4. Dövlət qulluqçusunun şəxsi işinin üçüncü hissəsinə aşağıdakı sənədlər tikilir:
2.4.1. şəxsiyyət vəsiqəsinin, diplomatik və ya xidməti pasportun (vardırsa) surəti;
2.4.2. təhsili haqqında, habelə əlavə təhsil, elmi dərəcə və elmi adların verilməsi haqqında rəsmi sənədlərin surəti;
2.4.3. əmək kitabçasının (olduğu halda) və hərbi xidmət keçməsini təsdiq edən sənədlərin surəti;
2.4.4. hərbi qeydiyyat haqqında sənədlərin (hərbi vəzifəlilər və çağırışçılar üçün) surəti;
2.4.5. dövlət qulluqçusunun xidməti vəsiqəsinin surəti;
2.4.7. sağlamlıq haqqında arayış (olduğu halda);
2.4.8. dövlət qulluqçusunun soyadı, adı və ata adı dəyişmişdirsə, işlədiyi dövlət orqanında buna dair qəbul edilmiş sənəd;
2.4.9. dövlət qulluqçusunun şəxsi işi ilə tanış olduqdan sonra yazılı izahatları olduqda, həmin sənədlər;
2.4.10. dövlət orqanı rəhbərinin göstərişinə əsasən kadr uçotu sahəsinə aid vacib sənədlərin surəti.
2.5. Dövlət qulluqçusu onun barəsində məlumatlarda və sənədlərdə hər hansı bir dəyişiklik baş verdikdə, 10 iş günü müddətində həmin məlumatları və sənədləri kadr qurumuna təqdim etməyə borcludur. İşçinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi və digər üzrlü hesab edilən vaxt həmin müddətə daxil edilmir.
2.6. Bu Qaydaların 2.2.3-cü və 2.4.5-ci yarımbəndlərində göstərilən sənədlərin yenisi şəxsi işə daxil edilərkən şəxsi işdə mövcud olan əvvəlki analoji sənədlər onlarla əvəz edilir.
2.7. Şəxsi işin istifadəsini tənzimləmək məqsədilə onun tərkibinə nəzarət vərəqəsi əlavə edilir (5 nömrəli əlavə).
2.8. Dövlət orqanı dövlət qulluqçusunun şəxsi işini kağız daşıyıcılarla yanaşı, elektron qaydada da apara bilər.
3.0. Şəxsi işində saxlanılan fərdi məlumatlarla əlaqədar dövlət qulluqçusunun aşağıdakı hüquqları vardır:
3.0.1. öz fərdi məlumatları və bu məlumatların işlənilməsi barədə informasiya almaq;
3.0.2. öz fərdi məlumatları ilə tanış olmaq;
3.0.3. dürüst və tam olmayan fərdi məlumatların, habelə qanunvericiliyin pozulması yolu ilə işlənilmiş məlumatların şəxsi işindən çıxarılmasını və ya onlara müvafiq düzəliş edilməsini və qiymətləndirmə xarakterli fərdi məlumatlara dair mövqeyini əks etdirən qeydinin şəxsi işinə əlavə edilməsini tələb etmək;
3.0.4. əvvəllər dövlət qulluqçusu barəsində dürüst və tam olmayan fərdi məlumatlar vermiş bütün şəxslərə onun şəxsi işində dəyişdirilmiş və ya düzəliş edilmiş məlumatlar barədə bildiriş göndərilməsini tələb etmək;
3.0.5. fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqları pozulduğu hallarda, həmin Qanunun 7.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək.
4.1. Dövlət orqanının kadr qurumunun dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə əlaqədar əsas vəzifələri aşağıdakılardır:
4.1.1. bu Qaydaların 2.2-2.4-cü bəndlərində göstərilən sənədləri qəbul edərək bu Qaydaların tələblərinə cavab verməsini yoxlayıb şəxsi işə tikmək;
4.1.2. dövlət qulluqçusunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol verilməməsini təmin etmək;
4.1.3. dövlət qulluqçusunu onun müraciəti ilə şəxsi işindəki sənədlərlə tanış etmək.
4.2. Fərdi məlumatlar üçüncü şəxslərə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci və 13-cü maddələrinin tələbləri gözlənilməklə, yalnız dövlət qulluqçusunun razılığı əsasında verilə bilər.
4.3. Şəxsi işlər dövlət orqanının kadr qurumunda girişi möhürlənmiş xüsusi otaqda, bu məqsədlə xüsusi otaq ayrılmadıqda isə qapısı möhürlənmiş metal şkaflarda saxlanılır.
4.4. Dövlət qulluqçusu digər dövlət orqanında vəzifəyə təyin edildiyi halda, onun şəxsi işi yeni vəzifəyə təyin edildiyi dövlət orqanına təhvil verilir. Bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilmiş dövlət qulluqçusunun şəxsi vərəqəsinin surəti dövlət orqanının kadr qurumunda saxlanılır.
4.5. Dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının şəxsi işləri xitamverilmə günündən etibarən “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə dövlət orqanında saxlanılır. Şəxsi işi dövlət orqanında saxlanılan şəxs sonradan yenidən dövlət qulluğuna qəbul edildikdə, onun şəxsi işi yeni vəzifəyə təyin edildiyi dövlət orqanının müraciəti əsasında həmin orqana təhvil verilir. Bu halda da dövlət qulluqçusunun şəxsi vərəqəsinin surəti dövlət orqanının kadr qurumunda saxlanılır.
5.1. Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin etdiyi rəhbər işçilərin şəxsi işi bu Qaydalara uyğun olaraq aparılır.
5.2. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən, publik hüquqi şəxsin dövlət qulluqçusuna bərabər tutulan əməkdaşının şəxsi işi bu Qaydalara uyğun olaraq aparılır.
5.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində müəyyən edilmiş dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin şəxsi işlərinin aparılması zamanı bu Qaydaların müddəaları həmin dövlət orqanlarında qulluq (xidmət) keçmənin xüsusiyyətlərinə uyğun şəkildə nəzərə alınır.
5.4. Dövlət orqanlarında (qurumlarında) şəxsi işlərin bu Qaydaların tələblərinə uyğun olaraq aparılmasını öyrənmək və təhlil etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq struktur bölməsi yoxlamalar aparır.
5.5. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Soyadınız _______________________________________
Adınız __________________________________________
Soyadınızı, adınızı və ya atanızın adını dəyişmisinizsə, nə vaxt və hansı səbəbə görə
Doğulduğunuz tarix (gün, ay, il) və yer (ölkə, şəhər, rayon, qəsəbə, kənd)
Vətəndaşlığınız (dəyişmisinizsə, nə vaxt və hansı səbəbə görə)
Təhsiliniz (tam orta, peşə, orta ixtisas, ali)
Əlavə təhsiliniz (ixtisasartırma, təkmilləşdirmə və s. kurslarda iştirak)
Elmi dərəcəniz və elmi adınız
Dövlət qulluğunda ixtisas dərəcəniz, diplomatik və ya digər xüsusi rütbələriniz, verildiyi tarix (gün, ay, il)
Əmək fəaliyyətinə başladığınız vaxtdan (hərbi xidmət və əvəzçilik üzrə iş də daxil olmaqla) iş yeriniz
Kompüter texnikasından istifadə və digər peşə (ixtisas) bacarıqlarınız
Əmək (peşə) fəaliyyəti ilə bağlı konfrans, seminar və s. tədbirlərdə iştirakınız
Dövlət təltifləriniz və mükafatlarınız, fəxri adlarınız (nə vaxt və nə ilə təltif edilmisiniz)
Hərbi xidmətə münasibətiniz, hərbi rütbəniz və verildiyi tarix (gün, ay, il).
Cinayət məsuliyyətinə cəlb edilmisinizsə, nə vaxt və hansı əmələ görə
Əlavə etmək istədiyiniz məlumat
Şəxsiyyət vəsiqənizin seriyası, nömrəsi__________________________________________________
Fərdi identifikasiya nömrəniz (FİN)_____________________________________________________
Qeydiyyatda olduğunuz ünvan və ev telefonu ___________________________________________
Faktiki yaşadığınız ünvan və ev telefonu _______________________________________________
İş tel.: _______________________________ Mob.tel.: _____________________________
Elektron poçt ünvanınız _______________________________________________________________
Ailə vəziyyətiniz _____________________________________________________________________
Yaxın qohumlarınız (atanız, ananız, qardaşlarınız, bacılarınız, arvadınız* (əriniz), uşaqlarınız, qayınatanız, qayınananız, qayınlarınız, baldızlarınız) haqqında məlumat
* Arvad ərinin soyadını daşıyırsa, onun əvvəlki soyadı da göstərilməlidir.
Qeyd. Yaxın qohumlar haqqında qeyd yazılarkən işləməyən və vəfat etmiş şəxslərin sonuncu iş yerləri və vəzifələri göstərilməlidir. Yaxın qohumların vəfat etməsi barədə müvafiq qeyd ünvan bölməsində aparılmalıdır. Yaxın qohumların tələbə, məktəbli, azyaşlı olduğu və ya heç vaxt işləmədiyi hallarda, bu barədə müvafiq qeyd iş yeri və vəzifə bölməsində aparılmalıdır.
"_____" _________________________ 20 ___ il ______________________________
vərəqənin doldurulduğu tarix vərəqəni dolduran şəxsin imzası
Vərəqəni dolduran şəxs məlumatları düzgün qeyd etməli və bundan sonrakı bütün dəyişikliklər haqqında 10 iş günü müddətində kadr qurumuna məlumat verməlidir.
İş yeri, nə vaxtdan işləyir
Dövlət qulluğunun ixtisas dərəcəsi, hərbi rütbəsi, diplomatik və ya digər xüsusi rütbələri
Doğulduğu tarix və yer
Bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi il
Elmi dərəcəsi, elmi adı (fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor)
Hansı xarici dilləri bilir
Dövlət təltifləri və mükafatları, fəxri adları
1. Soyadı _________________________ Adı ___________________________ Atasının adı ___________________________
2. Doğulduğu tarix _____________________________ 3. Doğulduğu yer ________________________________________
4. Xarici dil bilməsi ________________________________________________________________________________________________
5. Təhsil _______________________________________________________________________________________________
Təhsil müəssisəsinin adı
6. Elmi dərəcəsi, elmi adı _________________________________________________________________________________
7. Ümumi iş stajı ___________________ il ___________________________ay __________________________________gün
Dövlət qulluğunda iş stajı _______________ il ________________________ay _________________________________gün
Hazırda işlədiyi orqanda iş stajı ______________ il _______________________ay ______________________________gün
8. Ailə vəziyyəti _________________________________________________________________________________________
9. Ailə tərkibi (ata, ana, qardaşlar, bacılar, arvad (ər), uşaqlar, qayınata, qayına- na, qayınlar, baldızlar)
Qeydiyyat qrupu ________________________________
Hərbi qeydiyyata alındığı dövlət orqanının adı_________
Qeydiyyat kateqoriyası ___________________________
Hərbi qeydiyyata alındığı tarix ____________________
Hərbi rütbə _____________________________________
Ümumi (komanda nömrəsi) _______________________
Heyət __________________________________________
Xüsusi __________________________________________
Hərbi uçot ixtisası _______________________________
Hərbi vəzifəli olmaması barədə qeyd _______________
Hərbi xidmətə yararlıq ___________________________
_________________________________________________
10. Şəxsiyyət vəsiqəsi (seriya, nömrə) _________________
Fərdi identifikasiya nömrəsi_________________________
11. Qeydiyyat ünvanı: ______________________________
Faktiki ünvan: _____________________________________
Telefonlar: ________________________________________
Elektron poçt ünvanı: _______________________________
Dövlət qulluğuna xitam verilməsinin əsası ________________________________________________________________
Xitamverilmə tarixi "_____" __________________20__ il Sənəd № ____________ "_____" __________________ 20 __ il
Kadr qurumunun işçisi _________________________________________________________________________________
1. 29 noyabr 2019-cu il tarixli 871 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 noyabr 2019-cu il, № 266, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1719)
2. 26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1480)
3. 16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579)
4. 13 aprel 2022-ci il tarixli 1662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 aprel 2022-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 323)
5. 18 noyabr 2023-cü il tarixli 2360 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 noyabr 2023-cü il, “Xalq” qəzeti, 19 noyabr 2023-cü il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1514)
6. 12 avqust 2024-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 13 avqust 2024-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 943)
7. 1 aprel 2025-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 aprel 2025-ci il, “Azərbaycan” qəzeti, 2 aprel 2025-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 325)
8. 10 mart 2026-cı il tarixli 613 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 11 mart 2026-cı il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 217)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI